» » Kəlbəcər yaylaqlarına minlərlə qoyun və arı köçürüldü - Pilot layihə

Kəlbəcər yaylaqlarına minlərlə qoyun və arı köçürüldü - Pilot layihə


Vətən oğlu Çoban Qara,
Yay sürünü göy dalğalara.
Nur saçır Ay yamaclara.

Çal tütəyin dilə gəlsin
Azad nəğmən elə gəlsin.

Sürüləri çoxalt,bəslə
Kolxozunda sən həvəslə
Ay çıxanda eli səslə

Yurdumuzun qəhrəmanı
Azad elin xan çobanı
Alqışla gəl, bu dövranı.

Xalq şairi Mirvari Dilbazinin sözlərinə ilk qadın bəstəkarımız, Əməkdar artist Ağabacı Rzayevanın bəstələdiyi "Çoban Qara” mahnısını işğala qədərki hər kəs bilirdi, uşağından tutmuş böyüyünə kimi . İstər Qarabağ rayonlarından olan eloğlularımız olsun, istərdə də Şirvandan, Muğandan, Qəbələdən, Qubadan… Axı bizim yurdun sərvəti də, gözəlliyi də, ruzisi də axarlı-baharlı bu dağlar, bu çöllər olub. Gözümüzü açıb ətrafımızda qoyun-quzu görmüşük, arı pətəyi görmüşük.
Nənələrimizin, analarımızın əkinçi nəğmələrini, sayaçı nəğmələrini, holavarları, eydirmələri, qımqımalı, daha neçə-neçə mövsüm-mərasim nəğmələrini yaşı 60-dan yuxarı olan kim eşitməyib? Bu folklor nümunələri etnoqrafik abidələr kimi bir tərəfdən xalqımızın fikir ululuğunu təsdiq edir, digər tərəfdən isə gələcək nəsillər üçün əxlaqi-mənəvi qədirşünaslıq yaradır: sənin atan, baban, ulu babaların əməyə, zəhmətə bağlı olub.
Bizim ulular yurd-yuva salanda, ev tikəndə sularla, münbit torpağı olan yerləri seçiblər. Allah da belə torpaqları bu xalqdan əsirgəməyib.
Əsrlərlə yaşamışıq. Nəsillərin varislik yaddaşı var bu tarixdə. Erməni zatıqırıqlar bu torpağa, qonşuluğa yaramayan tayfadır. Yavaş-yavaş ayaqlarına yer etdilər, sonra buynuzlarını işə saldılar və bir də onda ayıldıq ki, havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal ediblər. Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Şuşa, Ağdam, Füzuli kimi cənnətməkan torpaqlarımızı yağı düşmən yağmaladı. Öz torpaqlarımızda qanımıza susadılar. 30 il işğal olunan rayonların əhalisi deyil, bütün xalqımız müsibətli günlər yaşadı.
Kəlbəcərlə şair Adil Cəmil yurd həsrətini çox təsirli ifadə edib:

Səni itirəndən bildik qədrini,
Ey anam Kəlbəcər, atam Kəlbəcər.
Dünya cənnət olsa verməz ətrini,
Qayıtmaz süfrəmə o tam, Kəlbəcər.

Dilim yox, mən səni dindirmək üçün,
Leysanam bu dərdi hönkürmək üçün.
Həsrət yanğısını söndürmək üçün,
Zirvəndə bir oçaq çatam, Kəlbəcər.

Keçəm o dağların kəsə yolundan,
Üzümə iz düşə moruq kolundan.
Cökə budağından, palıd qolundan,
Yıxılsam, əl atıb tutam, Kəlbəcər.

Elim obasını tərk edən gündən,
Sən mənim sinəmdə alışdın, yandın.
Axırda bir şirin butaya döndün,
Yuxuda gördüyüm butam, Kəlbəcər.

Adiləm, qoy sənə deyim sözümü,
Ürəyin tabı yox, qəlbin dözümü.
Gəzəri torpağam, bir gün özümü,
Sənin torpağına qatam, Kəlbəcər.

Ali Baş Komandan İlham Əliyevin çox uğurlu dövlətçilik təcrübəsi, diplomatik səriştəsi, təmkini və dönməz qətiyyəti ilə xalqımız həsrət qaldığı arzusuna qovuşdu, çox şükürlər.

   Aşağıdakı şəkillərə  vicdanı utana-utana baxırdıq. Erməni murdarlar  bu torpağın sərvətlərindən istifadə edib nəşələnir, amma  bizim  1 milyondan artıq qaçqın, köçkün həmvətənimiz  30 il  yurd yerlərinin həsrəti ilə yanıb yaxıldılr.
 

Kəlbəcər yaylaqlarına minlərlə qoyun və arı köçürüldü - Pilot layihə

Kəlbəcər yaylaqlarına minlərlə qoyun və arı köçürüldü - Pilot layihə


 Erməni öz arımızın  öz çəmənimizdən, öz çiçəyimizdən hazırladığı balı yeyirdi... 


Kəlbəcər yaylaqlarına minlərlə qoyun və arı köçürüldü - Pilot layihə

 Sıpa  oğlu sıpa  mənim Qarabağ atımın üzəngisini tuturdu....

Kəlbəcər yaylaqlarına minlərlə qoyun və arı köçürüldü - Pilot layihə

Zəngilanda  dədəsi-babası görməyən anlar yaşayırdı...

Kəlbəcər yaylaqlarına minlərlə qoyun və arı köçürüldü - Pilot layihə

İstisuda ətə-qana dolurdu...

Kəlbəcər yaylaqlarına minlərlə qoyun və arı köçürüldü - Pilot layihə

                                                         Şuşa elə bil ki,  buqələmun dədəsinin bağı idi....


Çox gözlədik bu günü. Nəhayət,  Ağ Atlı OĞLAN gəlib yetdi. Öz cəngavər əsgər və zabitləri ilə  ana torpağımızı murdar  ayaqlardan, murdar  niyyətlərdən təmizlədi.

Bu gün kütləvi informasiya vasitələrində qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanılması haqqında məlumatları oxuduqca çox duyğulandım. Allah xeyirli etsin, hər gün yeni bir uğur haqqında eşidirik...
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahından ( Qərargaha Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir)
Virtualaz.org-a verilən məlumata görə, qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanıb. Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqlarında zəngin ehtiyat bitki örtüyü mövcuddur. İşğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur.
Hələ işğaldan əvvəl Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanıb.
Qeyd olunub ki, köç prosesi pilot layihə çərçivəsində həyata keçirilir. Layihədə bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi nəzərdə tutulur. Artıq Kəlbəcər rayonundan olan fermerlərə məxsus 5 təsərrüfatın və Kənd Təsərrüfatı Nazirliyi yanında "Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatlarının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması başa çatıb.
 

Kəlbəcər yaylaqlarına minlərlə qoyun və arı köçürüldü - Pilot layihə

 

Kəlbəcər yaylaqlarına minlərlə qoyun və arı köçürüldü - Pilot layihə

 

Kəlbəcər yaylaqlarına minlərlə qoyun və arı köçürüldü - Pilot layihə

 

Kəlbəcər yaylaqlarına minlərlə qoyun və arı köçürüldü - Pilot layihə

 

Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub.Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.
Yaylaq mövsümü dövründə Kəlbəcər ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı dövlətin tam ciddi nəzarəti altında olacaq və mütəmadi monitorinqlər aparılacaq.
Buna çox sevinirik. Amma mətbuat səhifələrində Ermənistanı müdafiə edən ölkələrin təhlükəli niyyətlərini, yeni ssenarilərini görməməzlikdən gələ bilmərik. Xalqımız çox ayıq-sayıq olmalıdır.Əsgərlərimiz səngərdə, mülki vətəndaşlar da adi həyatda.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz