» » Təqaüdlər haqqında maraqlı faktlar

Təqaüdlər haqqında maraqlı faktlar

Müəllif: Anaveusaq.az от 1-05-2021, 21:48
Təqaüdlər haqqında maraqlı faktlar

İlk dəfə təqaüd anlayışı 15-ci əsrdə XI Lüdoviqin hakimiyyəti dövründə Paris hesablama palatasının sənədlərində istifadə olunmuşdur. O, İngiltərə kralı Dördüncü Eduardın baş xəzinədarı Uilyam Qastinqsə və digər dövlət işçilərinə verilən məbləği ifadə edirdi. Hazırkı dövrdə bu tip "təqaüdlər" rüşvət adlanardı.

Rəsmi olaraq ilk dəfə 1889-cu ildə Almaniya kansleri Otto fon Bismark bütün işçilər üçün dövlət təqaüdü sistemini tətbiq etdi. 20 il sonra estafet Böyük Britaniya və Avstraliyaya keçdiyi halda, ABŞ –da yalnız XX əsrin 30-cu illərində dövlət təqaüd sistemi tətbiq olunmağa başlandı.

Təqaüd tarixi muzeyi Rusiyada Təqaüd fondunun yəhudi muxtar vilayəti üzrə fəaliyyət göstərən şöbəsinin binasında yaranmışdır. Bu muzey Birobican şəhərində Şolom-Aleyxam küç. ev 45 ünvanında yerləşir.

Bir çox şeylər kimi, təqaüdü də Rusiyada Birinci Pyotr tətbiq etmişdir. Keçmiş çarlar göstərilən xidməti pullarla deyil, mülk və xəzlərlə mükafatlandırırdı. Pyotrun "sabiq hərbçilər üçün təqaüd” haqqında əmrində deyilirdi: "Elə ömürlük müavinət təyin olunsun ki, mundirin şərəf və ləyaqətini rüsvay etməsin”.

Təqaüd zabitlərin istisna təşkil edən imtiyazı idi. 25 il xidmət göstərmiş qala işçilərini öz doğma kəndlərinə yollayırdılar.İnqilabdan sonra bolşeviklər təqaüd verməyə tələsmirdilər. 1918-ci ilin avqustunda Qırmızı ordunun əlillərinə , 1923-cü ildə yaşlı bolşeviklərə, 1928-ci ildə dağ-mədən və tekstil sənayesi işçilərinə, 1937-ci ildə isə bütün şəhər işçilərinə təqaüd verilməyə başlandı.
Hazırda dünyanın bir çox ölkələrində təqaüd yaşı 65 yaş müəyyən edilib. Avropa və ABŞ-da uzaq gələcəkdə – 2060-cı il üçün kişilərdə olduğu kimi qadınlarda da təqaüdə çıxma yaşının 70-ə çatdırılması nəzərdə tutulub. Hal-hazırdadünyada ən böyük təqaüd yaşı həddi 70-dir. Yaponiyada məhz bu yaşda pensiyaya çıxırlar.

1998-ci ildə İEÖ-lərdə (İnkişaf etmiş ölkələrdə) təqaüdçülərin sayı uşaqların sayını keçmişdir. 2050-ci ildə bu aqibət bütün dünya ölkələrini gözləyir.
Ən cüzi təqaüdlərdən biri Gürcüstandadır. Onun həcmi 40 dollar təşkil edir. (Zimbabve və Hondurası nəzərə almırıq).

Ən böyük məbləğli təqaüd isə Danimarkalı təqaüdçülərə məxsusdur. Məhz bu ölkədə təqaüdçü ayda 2800 dollar məvacib alır.

Doğru olmayan yollarla qazanılmış ən böyük təqaüd isveçli Persi Barnevike məxsusdur. Investisiya fondunun idarə heyətinin sədri vəzifəsində çalışanda o, öz pensiya hesabına 100.000.000 pul yığa bilmişdir.

Çində yaşlanmaya görə təqaüd yalnız hərbçilərə, polislərə və dövlət qulluqçularına verilir, qalan insanları saxlamaq isə onların ailəsinin öhdəsinə düşür.

Mənbə:https://banker.az/t%C9%99qaudl%C9%99r-haqqinda-maraqli-faktlar/

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz