» » Alimlər Myanmada tapılan kəhrəbada dinozavr quyruğu aşkarlayıblar

Alimlər Myanmada tapılan kəhrəbada dinozavr quyruğu aşkarlayıblar

Müəllif: Dəyanət от 12-12-2016, 00:05

Çin və Kanadadan olan alimlər Myanmada tapdıqları qeyri-adi kəhrəba barədə məlumat yayıblar. Yaponiyanın NHK televiziya kanalının yaydığı məlumata görə, onlar kəhrəbanın daxilində balaca dinozavrın quyruğunun lələklərini aşkar ediblər. Alimlər bildiriblər ki, həmin lələklərin yaşı 99 milyon ildən çoxdur.
Bu barədə məqalə ABŞ-ın "Current Biology” jurnalında dərc edilib. Həmin kəhrəba Myanmanın şimalında yerləşən Kaçin ştatındakı bazarlardan birində tapılıb. Alimlər bilidiriblər ki, kəhrəbanın daxilində dinozavra məxsus 36 millimetr uzunluğunda lələkli quyruq var.
Güman olunur ki, bu nadir tapıntı həmin növ dinozavrların görünüşü barədə müfəssəl məlumat əldə etməyə kömək göstərəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Alimlər Myanmada tapılan kəhrəbada dinozavr quyruğu aşkarlayıblar
Mənbə: http://azertag.az/xeber/Alimler_Myanmada_tapilan_kehrebada_dinozavr_quyrugu_askarlayiblar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.