» » Gülmək nədir və nə üçün gülürük?

Gülmək nədir və nə üçün gülürük?

 

Gülmək nədir və nə üçün gülürük?

 

Əgər soruşsalar ki, niyə gülürsünüz, sizə qəribə gələr, " bəs ağlayım” deyə ironiya ilə cavab verərsiniz. Doğrudan da, arzuolunan sual deyil, heç yerinə düşmür. Olsa-olsa, əks tərəflərə çevrildiyiniz halda, qarşı tərəfin sualını(acığını) başa düşmək olar. Əlbəttə ki, insanlarımız könül xoşluğu ilə, təbii bir gülüşlə gülsünlər. Kimsənin şəninə toxunmadan komik sözlərə və hadisələrə niyə də gülməyək ki. Yoxsa hamımız əsəb yuvası olaraq ki. Mənim soruşduğum "niyə gülürük” sualı isə tamamilə fərli bi sualdır. Axı gülmək heç də öz-özünə yaranan hal deyil, gülmək o qədər də asan məsələ deyil. Elə səhnə olar ki, kiminsə tükü də tərpənməz, amma kimsə də qəşş edər. Araşdırmalar gülmək psixoloji halının bu qədər sadə olmadığını göstərir. Gülmək halı ilə bağlı tədqiqatçılar tərəfindən illərlə bu mövzuda araşdırıldmalar olub və onlar da bu qənaətdədirlər ki, gülmək ibtidai dövlərdən, ulu babalarımızdan qalan və ətrafımıza harmoniya və sosial həyatı bölüşməklə bağlı bir davranış tərzi olsa da, müəyyən elmi əsası da var.

Gülmək nədir və nə üçün gülürük?

 

Uşaqlar anadan olan instinktiv olaraq ağlayırlar, amma dörd həftədən sonra gülümsəməyə başlayırlar. Ana və atanın bundan xoşbəxtlik duyduğunu hiss etdikcə uşaqların gülüşmələri çoxalır. Gülmək, bir növ xarici aləmlə ünsiyyət, əlaqə deməkdir. Gülərkən ürək dpyüntüsü sürətlənir, dərin nəfəs alınır, endorfın deyilən kimyəvi maddələr ifraz olunur. Endorfin isə bədənimizdə gərginliyi azaldır.
Gülmək də kədər və ya qəzəb kimi bir boşalma yoludur, ancaq bunun niyə belə olduğu tam olaraq bilinmir. Şübhəsiz, hamımız güldükdən sonra özümüzü daha yaxşı hiss edirik. Gülərkən bədəndəki gərginlik əzələlərdəki nəzarətin itirildiyi məqama qədər azaldığından bir çox hadisələrdə, hətta, özümüzü saxlaya bilmirik.
Gülmək sosial münasibətlərdə xoşbəxtliyi paylaşmaq kimi də dəyərləndirilə bilər, amma hər zaman xoşbəxtlik ifadəsi deyil.
Məsələn, pulu-imkanı olan bir kəsin, tabeçiliyində işlədiyiniz bir şəxsin adi bir zaraftına gülmək belə olmursa, yalandan dodaqlarını qaçırmaq gülmək deyildir. Təmənnalı da gülmək olarmı, gərək gülüş elə olsun ki, ürəkdən olsun və güləndə də ürəkdən doya biləsən.
Burada bir məsələ də diqqətdən qaçmasın gərək. Ürəkdən gülmək yüksək səslə gülmək də deyildir; bunu da qeyd edək ki, yüksək səslə gülmək , əksinə, ziyanlıdır.

Gülmək nədir və nə üçün gülürük?

 

Çox yüksək səslə gülmək qarşı tərəf üçün sinirsetəsir edə bilər. Məsələn, iki insan arasında hər hansı bir idman oyunu, deyək ki, nərd oyunu gedirsə, tərəflərdəbn biri həlledici məqamda bir "yek"ə ehtiyac duyur, amma ona dalbadal "şeşqoşa" verir. O nə qədər əsəbiləşirdə, oyundaşı bəh-bəhlə gülməyində olur. İstər-istəməz bu cür gülüş başqaına gülmək istiqamətində bir təcavüz göstəricisidir də.
Gülərkən insanın üz ifadəsindən xoşbəxt olduğunu hər kəs anlayır, amma o üz ifadəsi ilə arxasında yatan hisslər arasındakı əlaqələri psixoloqlar belə hələ də tam olaraq izah edə bilmirlər.

Gülmək nədir və nə üçün gülürük?

 

Hələ bir müsabiqədə uğur qazanıb xoşbəxtlikdən gülməsi lazım olanların nə üçün göz yaşları içində güldüklərini, ağlaması lazım olan bir yerdə bir insanın yenə göz yaşları içində qəhqəhələrlə niyə güldüyünü səbəbi məlum deyil. Ancaq bu arada qəhqəhə ilə gülməklə gülümsəməyi ayırd etmək lazımdır. Gülümsəmək qətiyyən insanın qarşısındakı üçün yaxşı şeylər səpkiləməsə də özü üçün bir xoşbəxtlik ifadəsidir.
Aparılan bir araşdırmaya görə, 50 yaşlı insanların gündə orta hesabla 18 dəqiqə gülərkən bu müddət günümüzdə 6 dəqiqəyə düşmüşdür. Ümumiyyətlə, tədqiqatçılar tərəfindən yeniyetmələrin gündə orta hesabla 60, uşaqların isə 500 dəfə güldüyü və bir gülüşün orta hesabla 6 saniyə davam etdiyi müəyyən edilmişdir.

Gülmək nədir və nə üçün gülürük?

 

Qeyd: Yazı tərcümədən hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.