» » Məclisdə, ictimai yerlərdə oturub-durmaq ədəb-ərkanı

Məclisdə, ictimai yerlərdə oturub-durmaq ədəb-ərkanı

Müəllif: Anaveusaq.az от 3-11-2016, 06:37

 

Məclisdə,  ictimai yerlərdə  oturub-durmaq ədəb-ərkanı 


Məclisdə, qonaqlıqda, ictimai yerlərdə əyləşmək qaydaları adi mədsələ kimi görünsə də, çox önəmli davranış normasıdır. Qonaqlıqda o qədər hiss etməsək də, ictimai yerlərdə hər gün təsadüf edirik. Unutmaq olmaz ki, qaydasınca əyləşməyi bacaran hər kəs ətrafkına hprmət etməklə yanaşı, özünü də dəyərli etmiş olur. Siz manşetdəki yazıya fikir verin. Oğlan iki adamın yerini məşğul etməklə bərabər, yanında əyləşmiş qızı da pis vəziyyətdə qoymuşdur. Ay balam, bu oturacaq babanın "taburetka"sı deyil ey, bura ictimai yerdir, ictimi nəqliyyatdır. Niyə sənin ayağın qızın dizinə toxunmalıdır? Bir qədər nəzahətə də yiyələnin, nə olar ki?! Məsələn,topuqlar və dizlər bir-birinə bitişik, ayaq ucları yüngül çölə baxar şəkildə dayanmalıdır.
Qadınlar oturarkən dizləri bir-birinə bitişik olmalıdır. Yana yüngül olaraq əyilmiş ola bilər.
Kişilər isə dizlərini çox ayrımadan oturmalıdır.

 

Məclisdə,  ictimai yerlərdə  oturub-durmaq ədəb-ərkanı


Qıçı qıçın üstünə ataraq oturmaq olar, ancaq rəsmi şəxslərlə olan məclisədə qıçını digər qıçının üstünə atmaq seçilməməlidir.
Qadınlı- kişili kiçik bir məclisdə qadın ayağa qalxdığı zaman, mühitdəki kişilərin də ayağa qalxması lazımdır. Bu zaman onlar qadının həmin mühitdən bir az uzaqlaşmasını gözləməli və yalnız bundan sonra əyləşməlidirlər. Qadın geri döndüyündə isə kişilərin yenə ayağa qalxması və qadın əyləşəndən sonra əyləşməsi lazımdır.
Kürsü sürərək və ya itələyərək deyil, qaldıraraq başqa bir yerə qoyulur. Bu zaman olmaz: ata minər kimi tərs oturmaq, kürsünün kənarına oturmaq,
ayaqları kürsünün qıçlarına dolamaq, kresloya yapışmaq, kürsüdə geriyə söykənmək, başqasının əyləşdiyi kreslonun arxasına əlini dolamaq, qıçları xeyli ayıraraq oturmaq, qıçları yanlara uzatmaq, başqa digər kürsüyə uzatmaq, süfrədə qıçı qıç üstünə aşırmaq, iki adamın otura biləcəyi bir sahəni tək ğzünə aid etmək və s.
Durmaq lazım gələn anda isə qalxmaq ən uyğunudur.
Yalnız, çox maraqlı və ciddi bir mövzu üzərində danışılarkən nitqin tamamlanmadan məclisi tərk etmək kobudluq etmək deməkdir.

Məclisdə,  ictimai yerlərdə  oturub-durmaq ədəb-ərkanı

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.