» » Daşların əsrarəngiz sirləri

Daşların əsrarəngiz sirləri

Müəllif: Vüsal от 2-11-2016, 06:12

Daşların əsrarəngiz sirləri

Bir çoxları daşları əhəmiyyətsiz bir əşya kimi görür və ya qiymətli daşları və ləl-cəvahiratları özünü belə, olsa-olsa, sırf bir bəzək əşyası olaraq qiymətləndirər. Halbuki, daşların və ləl-cəvahiratların zinət əşyası olmaqdan başqa da faydaları mövcuddur. Ümumiyyətlə, bu dünyada nə ki mövcuddur, heç də səbəbsiz yerə yaradılmamışdır və hər bir mövcud olnın özünəməxsus xüsusiyyətləri və təsiri vardır. Hərçənd daşların təsirləri və müalicə xüsusiyyətləri son illərdə daha çox maraq kəsb etməyə başlamışdır, halbuki, daşların müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi, ən köhnə bəşəri mədəniyyətlərdən bəri bilinən bir həqiqətdir.
Qədim mənbələrdə İran, Çin və Hindistanda daşların müalicəvi təsirləri barədə çoxlu mənbələr mövcuddur. İbn Sina, Əbu Reyhan Biruni və Xoca Nəsirəddin Tusi kimi məşhur elm adamları əsərlərində daşların və qiymətli ləl-cəvahiratların müalicə dəyərlərinə işarə etmişdir. Romalılar da qədim Yunan mədəniyyəti və digər tarixi mədəniyyətlərin təsiri altında daşlardan xəstəliklərin müalicəsində və sair digər məqsədlər üçün faydalanırdı. Romalı döyüşçülər müxtəlif daşları şans gətirən əşyalar olaraq daim yanlarında daşıyır və ya zireh, qalxan və qılınclarında istifadə edərdilər. Hal-hazırda da dünyanın bir çox ölkələrində insanlar çay və dənizdən çıxardıqları daşlardan, həmçinin vulkanik daşlardan şəfa məqsədləri ilə istifad edirlər. Bu daşlar xəstələrin streslerini, gündəlik həyatın gərginliklərini aradan qaldırır.

Daşların əsrarəngiz sirləri

Daş müalicəsi tətbiq edən həkimlər insan bədənində enerji mərkəzi və ya "Chakra” adını verdikləri bəzi mərkəzlərin olduğuna inanır. Xəstəliklərsə bu enerji mərkəzlərinin gərginliyi nəticəsində ortaya çıxır. Qiymətli daşlar isə ğz növbəsində bu gərginlikəri aradan qaldıraraq həyati əhəmiyyət kəsb edən enerjinin bədənimizdə normal və nizamlı bir axışını təmin edir. Bir daşın faydalı və ya zərərli xüsusiyyəti, adətən o daşdan istifadə vaxt ortaya çıxır. Buna görə bu daşları tanımaq və xüsusiyyətlərini və mahiyyətlərini bilməmiz lazımdır. İslam dinində də əqiq, firuzə, yaqut, zümrüd, "Yəmani- ceze”, "Nəcəf incisi” və "Seyni- Hadidi” adları ilə tanınan daşlardan istifadə tövsiyə edilmişdi.

Firuzə daşı

Daşların əsrarəngiz sirləri

Firuzə daşı  hər zaman böyük maraq göstərilən daşlardan biridir. Firuzə daşının mavi və yaşıl rəngində yüz mini aşan ton çaları diqqəti cəlb edir. Bu daş Asiyada Pakistan, Əfqanıstan, Hindistan və Fars körfəzində məhəbbət daşı olaraq ən qiymətli daşlardan biri olaraq qəbul edilir. Ləl-cəvahirat mütəxəssisləri dünyanın ən keyfiyyətli firuzə daşı kimi İranın şimal-şərqində yerləşən Nişabur şəhərinin firuzəsinə daha üstünlük verir. Tarixən padşahların qiymətli xəzinələrini bu daşın bəzədiyi məlumdur. Firuzə daşından istifadə ürəyə dinclik verir, həmçinin insanı qəzalara qarşı qoruyar. Firuzə daşı insanların hamisidir, gözlərə güc qazandırar və kədərli və depressiyada olan insanları sevindirər.

Daşların əsrarəngiz sirləri 

*Yazı tərcümə yolu ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz