» » Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar (II yazı)

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar (II yazı)

 

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar (II yazı)

Darçın –meyvə suplarının, kompotların, kükü, meyvədən hazırlanmış lay-lay formasında şirin çörəyin, piroq, süd məhsullarının, likörun, yandırıcı çaxırların, quş ətlərinin,qaz, ördək, bişirilmiş balıq, dana və donuz ətlərinin tərkibinə qatılır. Ət məhsullarından hazırlanan paştetlərin, kabab üçün istifadə olunan ətin tərkibinə əlavə edilir.

Vəzəri (kress salat) ürək otu, su vəzərisi - supun, şorbanın, salatların, qəlyanaltının, salatların, qızardılmış balıqların, kəsmiyin keyfiyyətinin yaxşılaşdırılmasında, pendirin, balıqdan hazırlanmış salatların, soyuq qəlyanaltıların və s. tərkibinə qatılır. Bundan əlavə soğanın, qara istiotun, qırmızı bibərlə çörəyin, pendirin, qızardılmış donuz piyinin və s. dadının və keyfiyyətinin yaxşılaşdırılmasında qatqı kimi istifadə edilir. Bundan başqa supun, şorbanın, quş ətinin, salatın, noxud, tomat, kartofun, duzlu omletin, pendir, yumurta, yaşıl yağın tərkibinə əlavə edilir.

 

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar (II yazı)

Sarıkök –supun, qayğanağın, şorbanın, salatların, dü-yunun, dəniz xərçənginin, qoyun və mal ətindən hazırlanan xörəklərin, yeyilən dəniz iblizlərindən hazırlanan qida məhsullarının, çörək məhsullarının tərkibinə qatılır.

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar (II yazı)

Lakanda –hisdə qurudulmuş ət məhsullarının, yaşılyağın, tərəvəz xörəklərinin, şorba və balıq suplarının tərkibinə qatılır.

Dəfnə yarpağı –quş ətindən hazırlanmış salatların, bişirilmiş balığın, sərinləşdirici içkilərin, xörək şirələrinin, qızardılmış ətin, kartofdan hazırlanmış supun, xərçəng, siyənək, şorabaya qoyulmuş balıqların, qulyaşın, şorbanın, bütün növ turşulu xörəklərin, turşuya qoyulmuş tərəvəzlərin, turş kələmlə supun, borşun və s. tərkibinə qatılır.

Soğan (kəvər) –bütün sup növlərinin, müxtəlif xörək növlərinin, salat və şorbanın, paştetin qızardılmış ətin tərkibinə qatılır.
Adi soğan –müxtəlif salatların hazırlanmasında, şoraba qoyulmuş göbələklərin, tərəvəzlərin, xüsusilə də tuş kələmin, xiyarın, supun, ümumiyyətlə soğandan hazırlanan bütün xörəklərin tərkibinə qatılır.

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar (II yazı)

Mərzə –kartofdan hazırlanmış supların, küftənin, salatların, göbələkdən hazırlanan xörəklərin, ətdən hazırlanan supların, qızardılmış toyuq, qoyun, quzu və donuz ətlərinin tərkibinə qatılır. Bundan əlavə xörək şirələrinin, döyülmüş ət məhsullarının, bir sıra pendir növlərinin, balıq və ətdən hazırlanan salatların tərkibinə əlavə olunur.

Zeytun –soyuq ət xörəklərinin, supların, məşhur solyanka və şorabanın tərkibinə qatılır. İştahaçıcı ədviyyat kimi
süfrəyə qoyulur.

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar (II yazı)

Bədrənc – təzə halda salatların, şirələrin, tərəvəzlərin, bütün sup növlərinin tərkibinə qatılır. Toyuq, balıq, dana və qoyun ətindən və eləcə də ov quşlarından hazırlanan xörəklərin, süd məhsullarının, yumurta və meyvə suplarının tərkibinə əlavə olunur. 
                                                                                                      Nübar Həkimova
                                                                                                   biologiya üzrə f.e. doktoru

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz