» » Xəta ilə bağlı söylənilmiş dəyərli fikirlər

Xəta ilə bağlı söylənilmiş dəyərli fikirlər

Müəllif: Anaveusaq.az от 5-12-2021, 18:30
 
 Ey gələcəyin Rəbbi! Ey adların sahibi! Bilirəm ayağım hara sürüşdü,
səhvimi bilirəm, səhvimi adımı bildiyim kimi bilirəm. Mən min dəfə
günahımı etiraf etmişəm. Bir dəfə bağışlayarsan.

Nazan Bəkiroğlu

Xəta ilə bağlı söylənilmiş dəyərli fikirlər


Bəxtiyar Vahabzadə - Səhvlərim, səhvlərim

Şübhələrim, gümanlarım,
Səhvlərim, nöqsanlarım,
Fəryadlarım, əzablarım, amanlarım!…
Mən qaçdıqca əlinizdən,
Əməlimə
Yağış kimi yağırsınız
Neyləyim ki,
Siz özümdən ağırsınız.
Salıb məni əzablara
Mənə gendən baxırsınız
bir yad kimi.
Mən gizlədə bilməmişəm ömrüm boyu
Dodağımın arxasında ürəyimi…
O alışıb.
O danışıb.
Yanımda dost olmayanda
Danışmışam özbaşıma.
Ürəyimin pıçıltısı
Dəyib mənim öz başıma
Toxmaq kimi…
Nə sevgimi gizlətmişəm,
Nə kinimi…
Əzab verib günlər mənə,
aylar mənə.
Adam var ki, ömrü boyu
Dodaqları təbəssümlü
Təbəssümü,
Bir pay kimi paylar sənə,
paylar ona,
paylar mənə…
Dili ilə ürəyinin arasında
Yüz-yüz illik yollar durur.
Dodağında güllər açıb
Ürəyində kollar durur.
Hər sözünün əvvəli «can», axırı «can»
Belə yaşar axıracan.
Ürəyi buz,
Sözü isti,
Özü ilıq.
Çəkməmişdir ömrü boyu
Bircə dəfə peşmançılıq.
Bilməmişəm,
Nə çox imiş
Bircə qırıq nöqsanımı
şişirdənim.
Bir dəryaca kədərimdir
Bir damlaca səhvim mənim.
Başqaları keçər, bəlkə, təqsirimdən
«Günahkaram, keç!» — sözümə.
Bağışlaya bilməmişəm
Öz səhvimi mən özümə.
Səhvlərim boğazımdan bərk yapışıb
Yuxumu da dara çəkir.
Vicdanımı ora çəkir, bura çəkir.
Ürəyimdə vuruş gedir
Mən kiminlə vuruşuram,
heç bilmirəm.
Yıxılıram, əyilmirəm.
Heç bilmirəm bu vuruşun adı nədir,
qəsdi nədir?
Qəribədir,
qəribədir!
Səhvlərim — alnımdakı qırışlarım,
Qəlbimdəki vuruşlarım.
Əzablarda mən özüməm,
Mən könlümün öz səsiyəm,
Rahatlıqda özgəsiyəm…
Səhvlərim — ürəyimin dilimdəki
Həm sevgisi,
Həm nifrəti.
Səhvlərim — Dost danlağı,
Yad töhməti.
Səhvlərim! Siz mənsiniz,
Mən də sizəm!
Mən səhvimdə səhvsizəm!

*****
Təcrübə insanların səhvlərinə verdiyi addır.
Oskar Uayld
*****
Et bunu! İnsanların çoxu öz səhvlərindən dərs alır.
Al Paçino
*****
Səhvlər çox vaxt ən yaxşı müəllimdir.
Ceyms Entoni Frud
*****
Dünyanın sonuna qədər kiçik bir səhvin cəzasını çəkəcəksən.
Lev Tolstoy
*****
Həyat yalnız səhvlərdən ibarətdir, ölüm bilikdir.
Fridrix Şiller
*****
Səhv etməkdən qorxan insan heç nə edə bilməz. A.Linkoln
*****
Səhvləri gizlətmək onları düzəltməkdən daha çox zərər verir.
Benjamin Franklin
*****
Təkrarlanan əslində tarix deyil, edilən səhvlərdir.
II Əbdülhəmid
*****
Səhv etmək heç bir şey deyil, səhv etdiyini unutmaq pisdir.
Konfutsi
*****
Səhvi iki dəfə təkrar etməyən ən mükəmməl insandır. Albert Eynşteyn
*****
Hər kəs səhv edə bilər, amma axmaqlar öz səhvlərinə sadiq qalırlar.
M. T. Siseron
*****
Səhvlər həyatın bir hissəsidir, önəmli olan onlara necə reaksiya verməyimizdir.
N. Giovanni
*****
Ən böyük səhv etdiyinin səhv olduğunu bilmək və onu düzəltməyə çalışmamaqdır.
Konfutsi
*****
Müdrik insana səhvini göstər və o sənə təşəkkür edəcəkdir. Nadana səhvini göstər, səni söyəcək, təhqir edəcək.
Kəlam
*****
Başqalarının həyatından öyrənin, insan bütün səhvləri özü edəcək qədər uzun yaşamır.
Elenor Ruzvelt
*****
Keçmişdə etdikləri səhvləri xatırlamayanlar eyni səhvləri təkrarlamağa məhkumdurlar.
George Santayana
*****
Səhvinə görə heç kimi qınamayın, başqa bir insanı nümunə göstərməklə o səhvi edənə izah edin.
Hz. Əli
*****
Səhvlərinizdən öyrənmək müdrikdir, başqalarının səhvlərindən öyrənmək daha müdrikdir.
Hillel Seqal
*****
Gəncliyin səhvlərini qocalığa götürməmək lazımdır, qocalığın da öz səhvləri var.
Volfqanq Van Höte
*****
Səhv etməyən insan yoxdur, insandakı insanlıq dərəcəsi onun səhvlərini qəbul edib düzəltmək üçün göstərdiyi səy və çalışqanlıqla ölçülməlidir.
Albert Eynşteyn
*****
Hər kəs öz səhvinə durbinlə, başqalarının səhvinə isə mikroskopla baxır.
Kəlam
*****
Sevgisiz birlik səhvdir: ya həkimə, ya da hakimə aparır. İmzalamadan əvvəl bir daha düşünün: evli sevgi sevgisiz evliliyə çevrilir.
Camal Safi
*****
Bir-birimizin səhvlərini, çatışmazlıqlarını bağışlayaq. Çünki tolerantlıq təbiətin birinci qanunudur.
Volter
*****
Əsl dost dostluğu səhvlərə görə bitirən deyil, dostluq naminə səhvləri bitirəndir.
Kəlam
*****
Tarix təkrarlanmır, səhvlər təkrarlanır.
Sultan Əbdülhəmid
*****
Eylə təmənna, dildən danışma, hər xəta dildən çıxar.
Nəsimi
*****
Səhvləri gizlətmək onları düzəltməkdən daha çox zərər verir.
Benjamin Franklin
*****
Bəlkə də yeganə səhvimiz odur ki, ürəyimizi yalnız bizə əl uzadanlara uzadırıq.
Kəlam
*****
Təcrübə insanların səhvlərinə verdiyi addır.
Oskar Uayld
*****
Həyatımın yarısı düzəlməz səhvlər etmək, digər yarısı isə peşmançılıqla keçir.
Əhməd  Hamdi Tanpınar
*****
İnsan qəbirdən qayıda bilməz, amma səhvdən qayıda bilər.
Kəlam

*****
Uğur nisbətini ikiqat artırmaq istəyirsinizsə, səhv nisbətini üç dəfə artırın.
Volf J. Rinke
*****
Böyük insanların səhvləri günəş tutulması kimidir, hamı onları görür.
Cucong
*****
Heç vaxt başqalarının təqsiri ilə sevinmə, çünki sən heç də həmişə xətadan qorunmursan.
Hz. Əli
*****
Heç vaxt səhv etməyən insan heç nə etməyən insandır və həyatda ən böyük səhv onun səhvsiz olduğunu düşünməkdir.
Yunus Əmrə
*****
Bilmədən edilən səhv səhvdir, bilərəkdən edilən səhv isə xəyanətdir.
Bertold Brext
*****
Oğlum, bir səhv edəndə dərhal sonra sədəqə ver.
Loğman
*****
Həyatda ən çox rast gəlinən səhv qərəzdir.
Kəlam
*****
Səhv etdiyiniz zaman bu üç şeyi edin: Qəbul edin, öyrənin, təkrar etməyin.
Kəlam
*****
Səhvi aydın görmək insanı hərəkətə keçirməyə vadar edir. İnsan ancaq yıxıldığını anladıqda ayağa qalxa bilər.
Aleks Karrel
*****
İki cür insan var. Səhvləri ilə üzləşənlər və getdikcə daha həyasızlaşanlar.
Kəlam

Xəta ilə bağlı söylənilmiş dəyərli fikirlər

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.