» » Məşhurlar necə sevib-seviliblər (II yazı)

Məşhurlar necə sevib-seviliblər (II yazı)

Aşıq Ələsgər 
Məşhurlar necə sevib-seviliblər (II yazı)Aşıq Ələsgərin xanımının adı Anaxanım imiş. Necə olursa aşıq bir dəfə onun xətrinə dəyir. Anaxanım inciyir və Tərtərdəki yaxınlarından birinin evinə gedir. Ələsgər bərk narahat olur ki, bu qarlı-çovğunlu gündə bir qadın bu qədər yolu gedə bilməz. 2-3 gün gözləyir. Anaxanım qayıtmır. Ələsgər lap sarsılır ki, yəqin artıq yolda qurd-quşa yem olub. Səhər tezdən gəlir Tərtər cayının üstündəki körpüyə. Mal suvaran bir uşaqdan soruşur ki, bu nişanda, bu bicimdə arvad xeylağı görməyib ki? Uşaq deyir ki, 3-4 gun bundan qabaq körpüdən kecəndə görmüşəm. Aşıq Ələsgər uşaq kimi sevinir də, mütəəssir də olur. Məşhur "Salamatdı” qoşması da bu münasibətlə yazılmışdır:

... Çox obadan, aqir еldən kеcibdi,
Pələng, əjdahalı koldan kеcibdi,
Coşqun dərya, dasqın sеldən kеcibdi,
Öldürməyib boran-qar, salamatdI.

Pasibanı oldum dost irahının,
Soruşdum, öyrəndim, yar salamatdı.
Bеlə məlum olur, şahlar şahının
Bizə mərhəməti var, salamatdı.

Çox obadan, ağır еldən kеçibdi,
Pələng, əjdahalı koldan kеçibdi,
Coşqun dərya, daşqın sеldən kеçibdi,
Öldürməyib boran-qar, salamatdı.

Çox əziyyət vеrib yağmur, bərfü bad,
Xətrinə dəyməyib nə düşman, nə yad,
Gözün aydın olsun, könlün olsun şad,
Çəkməginən intizar, salamatdı.

Təb dəyişib, haldan-hala dönübdü,
Cilvələnib, bir marala dönübdü,
Ləblərinin şəhdi bala dönübdü,
Qoynundakı bir cüt nar salamatdı.

Ələsgərəm, baxtı qara çək məni,
Qul adına sat, bazara çək məni,
Gülləynən öldürmə, dara çək məni,
Dil dеyir: güllədən dar salamatdı

Gövhər ağa
Məşhurlar necə sevib-seviliblər (II yazı) Gövhər ağa; Gövhərnisə bəyim — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin arvadı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğluSüleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi.
Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə, məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur.
Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində bacısı Gövhər ağanı bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə ərə vermişdi. M.F.Axundovun yazdıqlarına görə, M.F.Axundova görə Qarabağ xanı İbrahim xanın ruslar tərəfindən öldürülməsindən sonra onun yerinə ən real namizəd 18 yaşlı nəvəsi Cəfər ağa imiş. Lakin İbrahim xanın ikinci o]luMehdiqulu ağa Tiflisdə - Qraf Qudoviçin sərəncamında, olan Cəfərqulu xan Xoyski ilə gizli danışıqlar aparır və özünün xan təyin ediləcəyi təqdirdə Cənubi Qafqaz gözəli hesab edilən bacısı Gövhər ağanı ona - 60 yaşlı Cəfərqulu xana, ərə verəcəcəyini bildirir, Cəfərqulu xan isə Gövhər ağanın gözəlliyinə görə bu təklifdən boyun qaçıra bilmir və qraf Qudoviçi Mehdiqulu xanı xan təyin etməyə razı salır.
Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski də Şəki xanı təyin edilir. Lakin 16 yaşlı Gövhər ağa 60 yaşlı əri Cəfərqulu xan Xoyskini yox, ərinin cavan və yaraşıqlı mirzəsi olan Əlini sevməyə və onunla məktublaşmağa başlayır. O, Mirzə Əlinin məktublarını əziz bir şey kimi yastığının altında gizlədirmiş, amma necə olursa bu işi Cəfərqulu xan Xoyskinin 1-ci arvadı Səltənət bəyim bilir və qızına tapşırır ki həmin məktubları oğurlasın. Beləliklə, Gövhər ağanın Mirzə Əli ilə sevişməsi sirri faş olur, nəticədə Mirzə Əli güllələnmək yolu ilə qətlə yetirilir.
Cəfərqulu xan Xoyskinin 1814-cü ildə vəfat etməsindən sonra Gövhər ağa Qarabağa qayıdır. (1826-cı il tarixli bir sənəddən məlum olur ki, həmin vaxt Gövhər ağaya mərhumCəfərqulu xan Xoyskinin ailə üzvü kimi Rus hökuməti tərəfindən Şuşa pulu ilə 10 min manat (2 min rus rubluna bərabər idi) illik təqaüd verilirmiş . O, yenə də əvvəlki kimi gözəl idi və qonşu İran hakimləri bir-birinin dalınca onu almaq üçün elçi göndərirdilər. Knyaz Madatov isə onu istiqamətləndirdi ki, Xankişi adlı bir bəyə ərə getsin, hansı ki həmin bəy ağıldan kəm imiş, amma onun böyük var-dövləti varmış. Gövhər ağa Knyaz Madatovun məsləhətinə əməl edir və Xankişi bəyə ərə gedir. Onun Xankişi bəyə ərə getməsindən kədərlənən Qarabağ şairləri isə bu münasibətlə çoxlu şeirlər yazırlar və Gövhər ağanı mirvari, yeni ərini isə eşşək adlandırırlar. Məsələn,Kərbəlayı Qəhrəman Heydər oğlu adlı bir şair bərk dilxor olmuş və bədahətən demişdir:

Xərmöhrəyə layiq olmayn xər,
Səd heyf, cahanda tapdı Gövhər!
Təqdiri-əzayə qıl tamaşə, 
Axır səni verdi cəhrə başə.

Xankişi bəy 19-cu əsrin 30-cu illərinin əvvəlində dünyasını dəyişir və onun bütün var-dövləti Gövhər ağaya miras qalır.

Məşhurlar necə sevib-seviliblər (II yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.