» » Hunza və hunzalılar : 50-60 yaşlı xunzalı qadın öz cavan qızı ilə yanaşı gedəndə onları bir-birindən fərqləndirmək çətin olur

Hunza və hunzalılar : 50-60 yaşlı xunzalı qadın öz cavan qızı ilə yanaşı gedəndə onları bir-birindən fərqləndirmək çətin olur

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

 

Soyları Hun türklərindən gələn xunzalılar və ya Hunza türkləri əsasən Pakistan və Hindistanın sərhədindəki dağlıq ərazilərdə yaşayan azsaylı xalqlardan biridir. Əsasən, 6 min metr yüksəklikdə məskunlaşıblar.
Qeyd edək ki, Hunza vadisində yaşayan bu xalq Çinin ərazisində yerləşən Şərqi Türkistanla qonşudur. Özlərini "hunzakut” adlandıran bu türklər buruşo dilində danışdıqları üçün onlara bruşolar da deyilir. Hunza buruşo dilində "ox” mənasını verir. Bu dilin qonşu topluluqların Hind-Avropa mənşəli dillərlə heç bir əlaqəsi yoxdur. Buruşo dilini Qafqaz mənşəli dillərlər əlaqəsi olduğunu söyləyənlər olsa da, bu fikir hələ öz təsdiqini tapmayıb. Hunzalar 9 yüz ildən artıq bir müddətdə müstəqil şəkildə yaşayıblar. Onlar türk adətlərinə uyğun olaraq "mir” adlandırdıqları rəislərin və onlara məsləhət verən 12 nəfərlik ağsaqqallar heyəti vasitəsilə idarə edilib. Hunzaların müstəqilliyi 1870-ci ildə ingilis əsgərlərinin hücumuna qədər davam edib. İngilislər getdikdən sonra onlar yenidən müstəqilliklərini bərpa edə biliblər. Lakin hunzalılar 1974-cü ildə tamamilə Pakistan qanunlarına tabe olublar.
 

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

 

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

 

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

 

Bir əfsanəyə görə, bu qəbilə Makedoniyalı İskəndərin Hindistan yürüşündə meydana gəlmişdir. Komandir əsgərlərinə burada kiçik bir yaşayış məskəni salmağı tapşırır. Əsgərlər qısa müddətdə bu tapşırığı yerinə yetirirlər. Özü də burada hərbi qaydada yaşayırdılar. Sakinlərin həmişə əllərində silah var idi . Buna baxmayaraq, onları yemək və əyləncədən ayrı da hiss etmək olmazdı.
Bir çox maraqlı xüsusiyyətləri olan hunzalılar elm adamlarının hər zaman diqqət mərkəzində olmuşdur və indi də belədir. Səbəb də budur ki, Hunza türklərinin ortalama ömür müddəti 110-120 il arasında dəyişir. Onlar xərçəng xəstəliyinə tutulmurlar.
Əli-Əxtər adlı gənc pakistanlı bir həkim 8 çarpayılıq xəstəxana açmış və bir neçə il həmin kənddə yaşamışdır. Amma bu müddətdə heç kim öna öz səhhəti barədə müraciət etməmişdir.

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

 

Müsəlman olan bu xalq üçün orta yaş dövrü 65 sayılır. Burada 65-70 yaşlı qadınların ana olması halları daha çox müşahidə olunur.
Hunza türklərinin digər maraqlı xüsusiyyəti isə onlarda xərçəng xəstəliyinə heç vaxt rast gəlinməməsidir. Bu türklərdə eyni zamanda, indiyə qədər digər xəstəliklər də müşahidə olunmayıb. Buna səbəb kimi onların dənizdən 6 min metr hündürlükdə, bol oksigen olan bir bölgədə məskunlaşmaları göstərilir. Elm adamları hesab edirlər ki, hunzaların buz kimi su içib, öz əkdikləri məhsullardan yemələri onların sağlam qalmasını təmin edir. Hunza türklərinin ət və ədviyyatlı yeməkləri olduqca məşhurdur.
Bu tayfanın özünəməxsus həyat tərzi, əmək və qidalanma rejimi vardır. Bu kənddə yaşayan hunzalılar bütün günü açıq havada gəzib dolanır, gecələr də çöldə yatırlar. Yeməklərinin əsasını yalnız özlərinin məhsulu olan tərəvəz və meyvələri təşkil edir. Öz bəslədikləri qoyun və inək ətini yeyirlər.Yaz, yay və payız aylarında təzə, qış aylarında isə qurudulmuş meyvə ilə qidalanırlar. Həmin meyvələrdən (ərik, gavalı, alma, armud və s) hazırlanmış müxtəlif şirələr içirlər.
Şəhər mühitindən çox uzaqda yerləşdiyinə görə, bu yerlərin havası təmiz, suyu saf, torpaqları isə bərəkətlidir.
 

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

 

Burada insan orta və ahıl yaşlarında da öz gözəlliyi və şuxluğunu qoruyub saxlaya bilir. 50-60 yaşlı xunzalı qadın öz cavan qızı ilə yanaşı gedəndə onları bir-birindən fərqləndirmək çətin olur.
 

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

 

Dünyanın bir çox ölkələrindən bu kəndə müxtəlif sahələr üzrə ixtisaslı tədqiqatçılar : sosioloqlar, alimlər, ekspertlər gəlib. Onlar burada yaşayan insanların sağlamlıqlarını, uzunömürlülüyünü səbəbini aşkar etmək məqsədilə əhali üzərində hərtərəfli elmi müşahidələr və tədqiqatlar aparmışlar. Məlum olmuşdur ki, hunzalılar da hamı kimi eyni insanlardır. Onların 100-dən çox sağlam və gümrah yaşayıb, uzun ömür sürmələri həmin yerin iqlim amilləri və xüsusən əhalinin sağlam həyat tərzi ilə bilavasitə bağlıdır.
Həqiqətən, insan sağlamlığının , insan ömrünün qorunmasında optimal həyat tərzinin gözlənilməsi həlledici əhəmiyyətə malikdir. Çox böyük təəssüflə qeyd etməliyik ki, müxtəlif qəribəliklər və təzadlarla dolu olan müasir dövrdə , nəinki sadə insanlar, bir çox hallarda hətta savadlı, ziyalı, dünya hadisələrindən baş çıxaran müxtəlif mürəkkəb problemləri həll etməyə qadir olan insanlar belə, öz sağlamlıqlarını qorumaq qayğısına qalmır, yaşadıqları həyat tərzini tibbi baxımdan düzgün qura bilmirlər.

 

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

 

 

Bizim əksəriyyətimizin gündəlik iş və qayğılara başımız o qədər qarışır ki, adi işlərlə o qədər məşğul oluruq ki, çox vaxt özümüzü unudur, sağlamlığımız, həyat tərzimiz haqqında düşünməyə vaxt tapmırıq. Sağlamlıq isə insana bir dəfə verilir. İtirilən sağlamlığı sonralar bərpa etmək çox çətin və mürəkkəb işdir.
 

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

 

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

 

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

 

Hunza və   hunzalılar : 50-60 yaşlı xunzalı qadın   öz cavan qızı ilə yanaşı gedəndə   onları bir-birindən fərqləndirmək çətin olur

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz