» » Kitablarla bağlı maraqlı faktlar

Kitablarla bağlı maraqlı faktlar


Kitablar məktəb yaşımıza qədər xəyallarımızda olub. Adlarını bilməmişik, amma əlimizdə çit çantalarda aparacağımız kitablarla xəyalımızda hər gün məktəbə gedib gəlmişik. Sonra çantalarımızda oldular, sonra kitabxanamızda oldular, sonra tələbə olduq, çantada daşımadıq, nümayişkaranə şəkildə əllərimizdə daşımaqdan zövq aldıq, həzz aldıq. Görsünlər ki, biz kitab oxuyuruq. Ünsiyyətdə olsalar, lap bir az da fərqli görünə bilərik. Beləcə, kitablar çit çantalardan həyatımıza daxil oldular.
Olsun ki, kimsə yaranışından bir kitab oxumayıb, 1 şagird dəftərini yarıya qədər yazıb doldurmayıb... Allah onların canına da dəyməsin. Amma Allah mənə həmişə kitab oxuyanları tuş gətirsin, məni kitab oxuyanlara tuş etsin...
Bir baxın, məşhurlar kitab, kitabxana haqqında nə deyiblər:

1.Əgər əlimdə elə bir qüdrət olsaydı, mən hər qarış toprağa buğda əkirmiş kimi kitab əkərdim.
Horatsi, qədim Roma şair

2. -Kitabxana nədir?
- Bəşəriyyətin hafizəsi.
İlber Ortaylı, türk tarixçisi

3. Lütfən, yalvarıram, gedin televiziyanızı çölə atın və boşalan yerdə balaca bir kitabxana qurun.
Roald Dal, ingilis yazıçısı

4.Tikilən bir kitabxana yaradılan bir həyatdır.
Carlos María Domínguez, argentinalı yazıçı

5.Kitabxana "ikinci evim kimidir, hətta, kitabxana mənim həqiqi evim kimidi bəlkə də" .
Xaruki Murakami, yapon yazıçısı

Bəs biz bizi hikmətə çatdıran, bəxtiyarlığa qovuşduran kitablar və kitabxanalar haqqında nə bilirik:

Kitablarla bağlı maraqlı faktlar

1. Dünyada ən kiçik kitab, 1 mm x 1 mm ölçülü "Old King Cole kitabdır. Uels Milli Kitabxanasında nümayiş olunan kitabın səhifələrini açmaq üçün bir iynə lazımdır.

2. İndiyə qədər satılan ən bahalı kitab Leonardo Da Vinçinin müəllifi olduğu "Codex Leicester” kitabı olmuşdur. Əsərdə Leonardo müəllifin hidravlika, suyun hərəkəti, eləcə də geologiya və astronomiya ilə bağlı çox
dəyərli fikirləri yer almışdır. Kitab 1994-cü ildə Bill Qeyta tərəfindən 30,8 milyon dollara alınıb və iş maqnatının şəxsi kolleksiyasında saxlanılır.
3. Tarixdə bilinən ən qədim yemək kitabı Hammurapinin dövründə yazılmışdır.
Bu əsər eramızdan əvvəl - 1700-cü illərdə yazılmışdır. Babil mixi yazılarında rast gəlinən reseptlər həm də bəşər tarixinin ən qədim reseptləri kimi tanınır.

4. Yalnız bir yazı makinasından istifadə edərək yazılan ilk kitab "Tom Soyyer”, bir makinadan istifadə edən ilk şəxs isə Mark Tvendir.
Araşdırmalar bunun doğru olduğunu göstərir.
5. Dünyadakı ən uzun cümlə Viktor Huqonun "Səfillər” kitabındadır. Bu cümlə 823 sözdən ibarətdir.

6. Osmanlıya mətbuatı gətirən İbrahim Mütəfərriq adlı əsir düşmüş bir macardır.
İbrahim Mütəfərriqin yaşadığı dövrdə mətbəədə cəmi 17 kitab çap olundu. Bu kitabların hamısı lüğətlər və ya tarix kitabları idi. Ölümündən sonra isə yalnız bir kitab çap olundu, bu da əvvəllər çap olunmuş kitabın ikinci nüsxəsidir. Daha sonra mətbəə işlədilə bilmədi və bağlandı.

7. İlk mətbəə Çində taxta oyma texnikası ilə 593-cü ildə quruldu.
Mətbəə oyma və presləmə sistemli ağac quruluşundakı hərfləri dəyişdirilə bilən bir tənzimləmə ilə idarə olunurdu.

8. İlk çap olunan kitabların üzqabığında müəllifin adı yox idi.
Kitablar xüsusi dizaynla çıxırdı. Kitabların üzqabığındakı tikmələr çox nəfis hazırlanmışdır.

9. Dünyada hər il nəşr olunan 1,2 milyon kitabın yalnız 2% -i 500 mindən çox nüsxə çap edə bilər.
Bu, o deməkdir ki, bir çox kitab çap olunduqdan sonra yenidən çap oluna bilməz. Gördüklərimizdən ayrı görmədiyimiz kitabların sayını düşünün ...

10. Bir roman yazmaq orta hesabla 475 saat çəkir.
Əlbətdə, kitab haqqında 15 il düşündükdən sonra Gabriel Gabriel Markes kimi 2 ildən az bir müddətdə kitab yazmaqdan danışmırıq, ancaq ortalama bir romanı bitirmək üçün lazım olan vaxtın 475 saat olduğu müəyyən edilmişdir.

11. Osmanlı sərhədləri daxilində çıxan ilk qəzet "Təqvim-i Vekayi”- bugünkü Rəsmi qəzetdir.
"Təqvim-i Vekayi” haqqında ən maraqlı məlumat qəzetin ərəb, erməni, fransız və yunan dillərində də nəşr olunmasıdır.

12. Məlum olan ilk kitabxana eramızdan əvvəl 2600-cü ildə Şumer məbədlərində aşkar edilmişdir.
Mixi yazı ilə yaradılmış qədim planşet formalarının birləşməsi ilə qurulan kitabxana, eyni zamanda kitabxanaşünaslığın başlanğıc mərhələsi hesab olunur.

13. Keçmişdə kitabların oğurlanmaması üçün kitablar kitabxana rəflərinə zəncirlənməli idi.
Çap çox bahalı və ağır bir iş olduğundan kitablar oğurlanmaması ciddi qorunurdu.

14. Dünyanın ilk və ən böyük atlası 1.75 hündürlüyü, 1.95 eni və 6 nəfəri daşıya bilir.
1660-cı ildə Çarlza hədiyyə olaraq hazırlanmış bu atlas 37 səhifədən ibarətdir.

15. Dünyada ən ağır kitab Aqata Kristinin
Bütün hekayələr bir yerdə 32 santimetr qalınlığında və səkkiz kiloqramdır. Kitab 4032 səhifədən ibarətdir.

Kitablarla bağlı maraqlı faktlar

Qeyd: Məlumatlar internet resurslarından götürülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz