» » Stiven Blumberq- dünyanın ən məşhur kitab oğrusu

Stiven Blumberq- dünyanın ən məşhur kitab oğrusu

Stiven Blumberq- dünyanın ən məşhur kitab oğrusu

 

Ayrıca, kitab oğurlamaq xəstəliyinə bibliokleptomaniya deyilir.
1990-cı illərdə ABŞ-da tutulan Stiven Blumberg adlı adam biblioma xəstələrinin ən məşhurlarından biridir.
Kiçik yaşlarından bir şey toplamaq və toplamaqla maraqlanan Blumberq illər keçdikcə bunu bir vəsvəsəyə çevirdi. Daha sonra gördüklərini oğurlamağa və icazəsiz götürməyə başladı.
O, bütün həyatıboyu 268 kitabxanadan ümumilikdə 23.000 kitab və 11 000-dən artıq qədimi əlyazma nümunəsi oğurlamışdır. O, ABŞ və Kanadanın ən nəhəng universitetləri nəzdində fəaliyyət göstərən kitabxanaları bir-bir gəzib dolaşmışdır. Oğurladığı kitablar təbii ki, adi kitablar deyildi. O dövrün ən nadir və dəyərli kitabları idi. Blumberqin kitabları arasında 16-cı və 15-ci əsrlərə aid nadir əlyazmalara da rast gəlinir.
Blumberq kolleksiyanın dəyəri 20 milyon dollar civarında idi. Bəzi dəyərləndirmələrdə bu məbləq fərqli hesablanmaqdadır.
Blumberq şizofreniya (şəxsiyyətini ikiləşməsi) xəstəyliyindən əziyyət çəkir və kitablara inanılmaz bağlılıq nümayiş etdirirdi. O, öz kolleksiyasının mənzilinin şkaflarında saxlayır, gah bu, gah da digər kitabı oxumağa keçirdi. Görünür ki, o, öz fəaliyyətinə həddindən artıq ciddi yanaşır və öz zəhmətini yüksək qiymətləndirdi. Onun bu kitabları oğurlama metodları da olduqca zəngin idi. Bundan ötrü o, kitabxana işçilərinin etibarı qazanmağa çalışır, sənədləri oğurlayaraq saxtalaşdırır, zirzəmilər və kitab saxlanan kameralara xüsusi açarlar düzəltdirir, hətta ventilyasiya və lift şaxtaları vasitəsi ilə bu otaqlara daxil olurmuş.

 

Stiven Blumberq- dünyanın ən məşhur kitab oğrusu

 

Maraqlıdır ki, Stiven oğurlanmış kitablardan heç birini nə satmayıb, nə kiməsə bağışlamayı, necə gəldi də saxlamayıb: onları korlamayıb, əksinə, qoruyub və qayğısına da qalıb.
Onun əməlləri faş olarkən, polis təəccübünü gizlədə bilməmişdir. Stiven Blumberq 1990-cı ilin martında həbs edilərkən yaşadığı evdə axtarış aparılarkən xəfiyyəçilər, sanki böyük bir nəşriyyatın arxivini ilə qarşılaşırlar.
Stiven həbsxana kitabxanasının daimi oxuyucusuna çevrildikdən bir az sonra, FTB-nin və kitab mütəxəssislərinin qarşısında bütün oğurlanan kitabların tanınması məsələsi dayanırdı –bəzi banklar öz kitab fondlarının bir hissəsinin itməsindən, ümumiyyətlə, xəbərsiz idi. 1995-ci ildə "Blumberq kolleksiyasında” olan kitabların hamısı "The Book Return” bazasına daxil edilir və yalnız bir neçə ay intensiv zəhmətdən sonra bütün kitabxanalar oğurlanmış kitabları geri alırlar. Kitablar ilə yanaşı kitabxanalara həmçinin Blumberqə həsr olunmuş çox da böyük olmayan bir sənədli film gəlir.
 

Stiven Blumberq- dünyanın ən məşhur kitab oğrusu

 

Qeyd: Yazı internet məlumatları və tərcümə yolu ilə hazırlanmışdır

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz