» » Kovid-19-dan qorunmaq üçün əsas tədbirlər

Kovid-19-dan qorunmaq üçün əsas tədbirlər

Kovid-19-dan qorunmaq üçün əsas tədbirlər

Hal-hazırda Kovid-19 əleyhinə etibarlı  bir peyvənd və dərman olmadığı üçün maska-məsafə-gigiyena qaydası fərdi və sosial baxımdan ən vacib qoruma tədbiri olaraq qəbul edilir.

 

Bu çərçivədə aşağıdakı əsas tədbirlərin görülməsi vacibdir:

 

- Əllər mütəmadi və hərtərəfli spirt tərkibli əl losyonu ilə təmizlənməlidir və ya sabun və su ilə yuyulmalıdır.

 

- Başqaları ilə  aranızdakı məsafə ən azı 1 metr olmalıdır.

 

- Maskalardan ehtiyatla  və düzgün istifadə olunmalıdır.

 

- İnsanların sıx olduğu yerlərə getməkdən çəkinin.

 

- Gözlərə, buruna və ağzına toxunmaqdan çəkinin.

 

- Simptomlar və ya  hər hansı xəstəlik   halında mütləq evdə olmalısınız.

 

- Qızdırma, öskürək və nəfəs almaq çətin olduqda  həkimə müracət edin.

 

-        Maska virusun maska ​​taxan şəxsdən digər insanlara keçməsinin qarşısını almağa kömək edə bilər, ancaq təkcə maska ​​istifadə etmək Kovid-19-a qarşı  təhlükədən qorumur. Bunu fiziki məsafə  gözləmək  və əl gigiyenası ilə birlikdə tətbiq etmək vacibdir.

 

-        Alkoqollu əl təmizləyicilərindən istifadə edərkən də diqqətli olmalı və bu məhsullar uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.   Təhlükəli  hadisələrin qarşısını almaq üçün uşaqlara bu məhsullardan necə istifadə edəcəyini izah etmək vacibdir. Bu məhsullar içilməməlidir.

 

-        Əllərə spirt və ya  digər  dezinfeksiyaedici  məhlul  sürtmək kifayətdir. Bunu etdikdən sonra əl ilə gözlərə, ağıza və buruna toxunmaqdan çəkinmək lazımdır, çünki dəridə qıcıqlanma ola bilər.

 

-        Bu məhsulların tərkibində alkoqol və alışqan olduğundan,  həm də istifadə edildikdən dərhal sonra əlləri oddan, sobadan  uzaq tutmaq vacibdir.


Kovid-19-dan qorunmaq üçün əsas tədbirlər

Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz