» » Əqrəb və qurbağa

Əqrəb və qurbağa

Əqrəb və qurbağa

Çayın qırağında əqrəblə qurbağa qarşılaşırlar.Bunlar çayın o biri sahilinə keçməli idilər.
Qurbağa üçün problem yox idi.Əqrəb ondan xahiş edir ki, məni belinə götürüb o biri sahilə keçir.Qurbağa deyir ki, yox, sən məni sancacaqsan.Əqrəb göz yaşı tökür, and-aman edir və qurbağanın ürəyini yumşaldır. Qurbağa əqrəbi belinə götürüb özünü çaya vurur. Çayın ortasında əqrəb dayana bilmir, neştərlərini işə salır. Qurbağa deyir ki, axı mən sənə inanmırdım, dedim ki, sancacaqsan.
Əqrəb də deyir ki, bu, mənim qanımdadır, dayana bilmirəm.
Onda qurbağa elə çayın ortasında 1-2 dəfə suyun içində o yana-bu yana çevrilir, çayın suyu əqrəbi alıb gedir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz