» » Dəvəni eşşəyin quyruğuna bağlamaq - Rəvayət

Dəvəni eşşəyin quyruğuna bağlamaq - Rəvayət

Müəllif: Anaveusaq.az от 9-01-2021, 00:30

Dəvəni eşşəyin quyruğuna bağlamaq - Rəvayət


Qədim əyyamda  mərçiliklı mışğul olan   bir kişi varmış. Bunun da bir dəvəsi  və bir eşşəyi varmış.  Bu  əyalətdən qonşu əyalətlərə yük apararmış, qayıdanda ordan   yük gətirrəmiş.   Bu yolla ailəsini saxlayırmış.

Günün birində əcəl gəlir bu kişini haqlayır. Kişi  baxır ki, artıq vida vaxtıdır, hər kəslə halallaşmaq lazımdır. Bütün qohum-qardaşı  çağıtdırır  və  bir-bir hamısı ilə  halallaşır. Hər kəs də rahatca haqqını halal edir.

Kişi lap axırda  sevimli dəvəsiylə hallaşmaq istəyir. Dəvəni gətirirlər. Adam halallıq istəyir. Dəvə də başlayır saymağa: filan vaxtı filan yerdə məni ac saxlamışdın, amma incimədim, haqqımı halal edirəm. Başqa bir vaxtı mənə iki şallaq vurmuşdun, yenə də olsun, incimirəm, haqqımı halal edirəm. Bir dəfə də yaman susamışdım, amma  mənə bir qurtum da  su vermədin. Bunu da bağışladım və haqqımı halal etdim.

Amma etdiyin   bir   zülmə görə heç cür haqqımı halal edə bilməyəcəm. Yadındadırmı, bir dəfə səhrada yol gedirdik, sən yorulmuşdun? Amma bir dəfə heç yadımdan çıxmayacaq bir hadisə olmuşdu. Sən yorulmuşdun, taqətin qalmamışdı. Götürdün mənim  ovsarımı  bağladın eşşəyin quyruğuna. Eşşək öndə, mən də ardınca yola davam etdik. Bax, onu sənə heç cür bağışlaya bilmərəm və haqqımı da halal etmirəm...

Dəvə yiyəsi baxır ki, doğrudan da elə bir günah edib ki, bunu heç o dünyada da yuyub qurtara bilməyəcək. Beləcə, sahibi  dəvəsindən halallıq almadan gözünü dünyaya yumur.


Dəvəni eşşəyin quyruğuna bağlamaq - Rəvayət

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.