» » Bir qadının seçimi

Bir qadının seçimi

Bir  qadının seçimi

Herodotun yazdığına görə, İranın şahı Dara İntoferen adlı bir cinayətkarın və onun bütün kişi qohumlarının edam olunması haqqında hökm verir. Bu zaman İntoferenin arvadı sarayın qapısından aralanmayıb ah-nalə edir. Bunu görən hökmdar həmin qadını yanına çağırıb deyir ki, qohumlarından hansını istəyirsənsə de, onu azad edim, sən isə buradan çıx get. Qadın da Daraya deyir ki, qardaşımı azadlığa buraxın. Dara təəccüblə qadına nə üçün məhz qardaşının azad edilməsini arzu etdiyini soruşur. Qadın isə ona belə cavab verir: "Əgər mənim ərimi və oğlumu öldürsələr, ərə də gedərəm və oğul da doğaram. Lakin qardaşımı öldürsələr, qardaş tapa bilmərəm, çünki mənim atam və anam ölüblər."
Qadının müdrikliyindən Daranın xoşu gəlir. Qadının qardaşını və böyük oğlunu da azadlığa buraxır.
Mənbə: İnternet

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.