» » Yay mövsümündə sudan bol-bol istifadə vacibdir

Yay mövsümündə sudan bol-bol istifadə vacibdir

 

Yay mövsümündə sudan bol-bol  istifadə  vacibdir


Yaz aylarında su istifadəsi çox vacibdir. Türkiyənin  Acıbadam   xəstəxanasının  dermatoloqu  Dr. Eda K. Atasoy  isti yay günlərində kifayət qədər maye qəbuluna diqqət yetirilməli olduğunu tövsiyə edir. Eda K. Atasoy bildirmişdir ki, yayda havaların həddindən artıq istilənməsi  ilə bədənin maye ilə təminatına daha çox ehtiyacı yaranır. Odur ki, bədənin   maye itkisini qarşılamaq üçün gündə orta hesabla 2-3 litr su içilməlidir. Digər tərəfdən bəzi vətəndaşlar su əvəzinə çay və meyvə suyu kimi içkilər qəbul edərək bu ehtiyaclarını ğdəməyə malışırlar. Əgər  bu ehtiyac ödənməzsə, dəridə nəm itkisi səbəbindən qaşınma, qızartı, yanma və ekzema halları artır. Mövzuyla əlaqədar Eda Atasoy qəbul edilən  müxtəlif içkilərin suyun yerini əvəz  etmədiyini qeyd etmişdir:

- Çay içərkən bədənimizdəki suyu itiririk.  

 Atasoy daha sonra demişdir:

-Unutmaq olmaz ki, yay aylarında maye və xüsusən su qəbul edilməsi həm ümumi sağlamlığımız üçün, həm də dəri sağlamlığımız üçün çox əhəmiyyətlidir. Xüsusilə gənc yaş qrupundan olan insanlara  və ortayaşlı  insanlara,  həmçinin qan təzyiqi  və şəkərli diabet kimi xroniki xəstəlikləri olanlara xüsusi diqqət yetirilməlidir. İnsanlarımızda içməli su yerinə çay içmək kimi bir vərdiş var.  Unutmaqyın ki, xüsusilə konsentratlaşdırılmış meyvə şirələri, hazır içkilər və çay suyu əvəz etmir.Çay əslində diüretik adlandırdığımız diuretik olan bitki çaydır. Onu içərkən  bədənimizdəki sudan itiririk. Bu səbəbdən hər kəs  bədəninin  gündəlik  su təminatına diqqətlə yanaşmalıdır. Bu, həm ümumi sağlamlıq üçün, həm də dəri sağlamlığı üçün əhəmiyyətlidir.

 Fiziki işgörərkən, idman edərkən insan tərləyir və bədən su itirir.Eyni  zamanda insanlar idrar edərkən kifayət qədər su itirirlər.  İnsan normal  halda sidik edərkən sidiyin rəngi açıqsarı rəngdə olmalıdır. Əgər sidik  çox sarıdırsa, pis iy verirsə, bu, suyun kifayət qədər qəbul  edilmədiyini, həddindən artıq günəş və istidən  çoxlu  su itirdiyini göstərir. Uşaqlar və yaşlı insanlar  günəş şüalarından həm də günvurma halı ilə qarşılaşa bilərlər.   Bu isə  zəiflik, başağrısı, hərarətin yüksəlməsi, əzələ ağrısı, ürəkbulanma, qusma və sair bu  kimi  narahatşılıqlar yarada bilər.

 

Yay mövsümündə sudan bol-bol  istifadə  vacibdir

 

Qeyd: Yazı tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz