» » Qəribə və maraqlı qəbilələr - Himba qəbiləsi

Qəribə və maraqlı qəbilələr - Himba qəbiləsi

Müəllif: Anaveusaq.az от 1-11-2018, 22:48


Dünyanın müxtəlif məkanlarında davam edən fərqli həyat tərzləri haqqında hamımız bilirik. Primitivlik, ağlın kəsməyəcəyi inanc və mədəniyyətləri olan bu insanları anlamaq bəzən həqiqətən də çox çətindir.
Bu baxımdan Afrikadakı qəbilə həyatını araşdıran tədqiqatçılar və elm adamları hər ekspedisiyada yeni-yeni məlumatlara yiyələnirlər. Belə qəbilələrdən biri də  Şimali Namibiyada yaşayan Himba qəbiləsidir.

 Himba qəbiləsi ənənəvi həyat tərzləri ilə fərqlənir. Himba qadınları  qızıl rəngləri və saç düzümü ilə unikal görünüşə sahibdirlər. Bu  saç düzümü  himbalıların  ənənəvi qaydalarına əsasən hazırlanır.

Burada yaşayan qadınlar saçları ilə qürur duyur. Hər bir saç düzümü müxtəlif mənaları daşıyır.

Himba qadınları evli olub-olmadığı və ya yaşları nə qədər fərqli olduğuna görə fərqli modellərdə edir.

Qadınların cazibədar saç modelləri onların sosial statusunu müəyyən edən ən vacib faktor  kimi görünür. Onlar baş geyimləri və müxtəlif paltar üslubları ilə qəbilə kişilərinə nisbətən daha çox diqqət çəkirlər.

Yeniyetməlik  dövründən keçməkdə olan qızların saçları kişilərin diqqətini çəkməmək üçün üzlərini örtəcək şəkildə hörülərkən, evlənmə çağına gələn qızlarda saçlar arxaya doğru hörülür.

 

Qəribə və maraqlı  qəbilələr - Himba  qəbiləsi

 

Qəribə və maraqlı  qəbilələr - Himba  qəbiləsi

 


Bu qəbilə hamilə qadınların dünyaya göz açacaq uşaqları ilə qurduğu əlaqənin fərqliliyi ilə  də diqqət çəkir.  

Himba  qəbiləsində yeni doğulan uşaqların yaşı anadan olduqları tarixdən etibarən deyil, anası ilə doğumdan çox-çox əvvəl qurduğu telepatik rabitədən etibarən başlanılır.
Qəbilənin qadınları hamilə qalarkən bir ağacın altında oturur və dünyaya gəlmək istəyən uşağının onunla ünsiyyət qurmasını gözləyir.
Uşağın anası ilə ilk ünsiyyəti ona söylədiyi bir "mahnı" ilə başlayır. Uşaq da anasına cavab verir və körpəsinin söylədiyi mahnını eşidən ana bu mahnı ərinə da öyrədir və sonra hamilə qalır.
Uşağın anasına dediyi bu mahnı onun doğum günü kimi qəbul edilir və yaşı bu tarixə görə hesablanır.
Mütəxəssislər eyni zamanda bu mahnının o uşağın doğumundan ölümünə qədər bütün həyatı ilə müşayiət etdiyini qeyd edirlər. Ana hamiləliyi boyu uşağın mahnısını qəbilədəki digər qadınlara da öyrədir.
Uşaq dünyaya gələndən sonra onun sağlamlığı və tərbiyəsi ilə yaranan hər bir problem də bu mahnıyla qarşılanır. Eyni zamanda, uşağı mükafatlandırmaq və qarşıdakı uğurlarını təbrik etmək üçün də bu mahnı səslənir.
Araşdırmacıları təəccübləndirən digər bir məsələ isə qəbilənin uşağın gələcək həyatında baş vermiş istənilən problemə münasibətləri ilə bağlıdır. Uşaq irəliləyən yaşında ictimai bir qanunu pozarsa, ya da bir cinayət törədərsə, onu kənd meydanına çağırıb icma tərəfindən çevrəyə alınır və hamı tərəfindən öz mahnısı səsləndirilir.
Qəbilənin qədim ənənələrinə görə, ictimaiyyətə qarşı davranışları düzəltməyin yolu "cəzalandırmadan" deyil, "sevgidən" və o şəxsə öz "həqiqi kimliyini" xatırlatmaqdan keçir..
 

Qəribə və maraqlı  qəbilələr - Himba  qəbiləsi

 

Qeyd: Yazı  türk saytlarından tərcümə ilə hazırlanmışdır.
 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.