» » Körpənin altını gündə 6-7 dəfə dəyişdirmək lazımdır

Körpənin altını gündə 6-7 dəfə dəyişdirmək lazımdır


Körpə uşaqların sağlam və təmiz böyüməsi üçün qayğılardan biri də  onların gigiyenasıdır.   Bu sırada ən vacibi altlarını təmiz saxlamaqdır.
Alt dəyişdirmək düzgün aparılarsa, bu  proses körpələrə qulluq baxımından ən asan məsələlərdən biridir, xüsusən, yeni doğulan və tez-tez fasilələrlə qidalanan körpənin tez-tez (gündə 7-8 dəfə) altının təmizlənməsi lazımdır.


1- İlk növbədə uşağın altını dəyişdiyiniz yer düz və təhlükəsiz bir sahə olmalıdır (yeni təbiətində çox problem olmasa da, hərəkət qabiliyyəti artan körpələr çox sürətlə dönüb xata törədə bilər).

2- Alt dəyişdirmə  zamanı   dəsmalları yaş və  krem hazır olmalıdır.

3- Bundan başqa, bu anda da altını islada bilər deyə, bir kağız dəsmal da hazır olmalıdır.

4- Əgər uşağınız qız isə altını təmizləyəndə yaş dəsmal ilə qasıqlardan başlayıb ayaq aralarını silin. Genital bölgəni yuxarıdan aşağı basmadan təmizləyin. Təkrar silmək lazım gəlsə, hər dəfə yeni dəsmal istifadə edin.

5- Sonra uşağın ardını  təmizləyin və krem sürtüb bezi bağlayın. İnfeksiya riskini azaltmaq üçün hər nöqtənin ayrı parça ilə silinməsi mühümdür.


6- Əgər körpə oğlan uşağıdırsa, genital bölgənin təmizliyi kökdən uca doğru aparılır. Təkrar silmək lazımdırsa, yeni bir bezlə yenə kökdən uca silmək lazımdır.

7-  Silmə əməliyyatı bitdikdən sonra arxa çox nəmli qalmışsa, bir quru dəsmal ilə silmək lazımdır.

Körpənin altını  gündə 6-7 dəfə dəyişdirmək lazımdır

Qeyd: Yazı türkcədən tərcümə ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz