Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
Müəllif: Akif Əhmədov от 26-09-2017, 00:05
Azərbaycanın qadın voleybolçuları Almaniya millisinə qalib gələrək Avropa çempionatının dörddəbir finalına yüksəliblər
Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb.
Sentyabrın 25-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin "A” qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığması üzərində inamlı qələbə qazanaraq dörddəbir finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.
Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan voleybolçuları 3:1 hesabı ilə qalib gəliblər.
Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə Almaniya millisi 25:19 hesabı ilə üstün olub. Lakin ikinci setdə təşəbbüsə yiyələnən Azərbaycan voleybolçuları qələbə qazanaraq (25:19) ümumi hesabı bərabərləşdiriblər – 1:1. Qarşılaşmanın üçüncü setində üstün oyun nümayiş etdirən voleybolçularımız 25:18 hesabı ilə qalib gəliblər. Bu qələbə sayəsində milli komandamız ümumi hesabda irəli çıxıb - 2:1. Matçın dördüncü seti də yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan voleybolçularının qələbəsi ilə başa çatıb – 25:18.
Beləliklə, "A” qrupunda keçirdiyi üç görüşün hamısında parlaq qələbə qazanaraq ən yüksək nəticə göstərən Azərbaycan voleybolçuları dörddəbir finala birbaşa vəsiqəni təmin ediblər.
Milli komandamız əvvəlki görüşlərdə Macarıstan və Polşa yığmalarına 3:0 hesabı ilə qalib gəlib. "A” qrupundan Polşa və Almaniya yığma komandaları mübarizəni pley-offda davam etdirəcəklər.
Dörddəbir finala birbaşa vəsiqənin digər sahibləri isə İtaliya, Rusiya və Serbiya milli komandalarıdır.
Mənbə:https://azertag.az/xeber/Azerbaycanin_qadin_voleybolchulari_Almaniya_millisine_qalib
_gelerek_Avropa_chempionatinin_dorddebir_finalina_yukselibler__Prezident_Ilham_Aliyev_milli_komandamizin_oyununa_baxib
_gelerek_Avropa_chempionatinin_dorddebir_finalina_yukselibler__Prezident_Ilham_Aliyev_milli_komandamizin_oyununa_baxib
Oxşar postlar:
- Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
- Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
- Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub
- “Bakı-2017”: Cüdo üzrə komanda yarışlarında Azərbaycanın kişi idmançıları qızıl, qadın atletləri gümüş medal qazanıblar
- Azərbaycan Prezidenti İlham Əliyev “Bakı-2017”-nin qaliblərinə medalları təqdim edib
- Oxunub: 1 968
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / İdman
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar