» » Bu gün tanınmış yazıçı və alim Şamo Arifin anım günüdür

Bu gün tanınmış yazıçı və alim Şamo Arifin anım günüdür

Bu gün  tanınmış yazıçı və alim Şamo Arifin anım günüdür

Bu gün tanınmış yazıçı və alim Şamo Arifin anım günüdür.
Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub.
1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun xatirəsini yaşatmaq üçün atası və anasının razılığı ilə onun adını öz adının qarşısına qəbul edib.
O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışmışdır.
Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün gədər öz aktuallığını saxlayır.
Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin" romanını çap etdirib. Ən nəhayət, sonuncu romanı "Qınamayın məni" olub. Bundan başqa dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələr ilə çıxış edir.
Şamo Arif 16 iyun 2012-ci ildə 75 yaşında vəfat etmişdir.

Bu gün  tanınmış yazıçı və alim Şamo Arifin anım günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.