» » Hitlerin son on günü

Hitlerin son on günü

Hitlerin son on günü

 20 Aprel - 1945-ci il, Hitlerin doğum günü, 56 yaşı tamam olur. Mərasim sığınacaqda qeyd olunur. Məğlub Berlin, rus toplarının gürürtüsü, Amerika təyyarələrinin bombardmanı doğum gününün fon musiqisini meydana gətirir ...
Hitler doğum günündə adəti üzrı günortaya doğru oyandı. Saat 11-ə işləyirdi. Yüngül araq dolu badəni başına çəkdikdən sonra yaxınlarının təbriklərini qəbul etmək üçün məclisə gəldi .

General Koller xatirələrində yazmışdır ki, cəbhədə böyük fəlakətlər yaşanarkən bu təbrikə Göbbels, Himmler və Ribbentrop da qatılmışdılar . Doenitz, Keytel, Jodl və ordunun son qərargah başçısı Krebs də burada idi. Günlər idi ki, xüsusi xəzinələrini Rusların əlinə keçmədən yük maşınlarına yükləməsi ilə məşğul olan Reix Marşalı Göring bir az gec gəldi və təbrikini təqdim etdi.
Mərasimdən sonra Hitler sığınacaqdan çıxaraq Berlin müdafiəsi üçün hazırlanan iki birliyi gözdən keçirdi. Bunlardan biri SS Frundsberg diviziyanın qalıqlarından yaradılmış birlik, digəri isə Axmannın Hitler Gənclik Təşkilatından yaradılmış bir qrup uşaq əsgər idi.

20 İyul 1944 tarixindəki bombalı sui-qəsd cəhdindən sonra Hitlerin əlləri titrəyirdi; amma yenə də əsgərlərin hamısı ilə əl verib görüşdü və düşmənin Berlinin girəcəyində məhv ediləcəyini söylədi. Rus toplarının səsləri gələrkən, bu adamın çatların arasında hələ inam yaratmaq istəməsi inanılmaz bir şey idi. Baxışdan sonra gündəlik hərbi konfransa keçildi. Hitler rusların Berlinin girəcəyində məhv ediləcəyini bir daha təkrarladı; amma generallar vəziyyəti çılpaqlığı ilə bilirdilər. Onlar Hitlerdən cənuba çəkilməsini istədilər. Bir neçə saat və ya ən çox bir neçə gün sonra Berlin tamamilə ələ keçiriləcəkdi. Hitler bunu qəbul etmədi. Ancaq rus birliklərinin Elbada Amerika orduları ilə görüşməsi halında, cənub və şimal üçün iki komandirlik qurula ifadə etdi.
Hitlerin ümidi hələ qarşı hücumlarda idi: öz xəyal etdiyi dünyada yaşayırdı.

Hitlerin son on günü

20 Aprel axşamı Berlindən böyük qaçış başladı. Ən yaxın dostu Gering Avropanın dörd bir küncündən qəsb etdiyi xəzinələrlə cənuba getdi. O, Hitler ölüncə yerinə keçməyi planlaşdırırdı. Oxşar düşüncədə olan Himmler də getdi. Hər ikisi də Hitler tərəfindən xain elan ediləcəkdilər : Gerinq Nürenbeq məhkəməsi keçirildiyi ərəfədə həbsdə ikən zəhərlə(kalium-sianid) intihar edəcəkdi.
Himmler isə keçmiş sovet əsirləri olmuş Vasili Quberev və İvan Sidorov tərəfindən tanınıb ələ keçəcək və tutulduqdan dərhal sonra ingilis hərbi polisinə təslim ediləcəkdi. Həmin 20 Aprel gecəsi ortadan itən Ribbentrop isə Nürnbergdə edam kürsüsünə çıxardılan ilk nazır olacaqdı.

21 aprel günü Hitler Berlinin cənubunda girən Ruslara qarşı SS Genaral Felix Steiner tərəfindən başlayacaq əks-hücum məsələləri ilə məşğul oldu. Berlin bölgəsindəki hər əsgər bu hücuma təhkim edilirdi və Hitler General Kollerə tərəddüd göstərən hər komandiri ən uzağı beş saat içində edam etməsi üçün qəti təlimat verdi. Bundan sonra da telefon başında hücumun nəticəsini gözləməyə başladı. Amma nə Steinerdən, nə birliklərindən, nə də hücumdan heç bir xəbər gəlmir.
22 aprel günü hərbi konfrans günortadan sonra - saat 3-də davam etməkdəydi. Çox maraqlıdır ki, İkinci Dünya müharibəsinin digər liderləri, Çörçill və Stalin də səhərin erkən saatlarına qədər çalışıb, günortaya qədər yatırdılar. Bu temp çevrelerindekileride pərişan edirdi. Amma kim etiraz edə bilərdi ki!
Hitler Steineri soruşdu. Kimsə bilmirdi. Lakin xəbərlər pis idi. Steinerin hücumu dəf edilmiş və rus tankları buradan şəhər sərhədlərinin içinə doğru girmişdilər.

23-24-25 aprel - Şahidlər Hitlerin həyatındakı ən böyük böhranına qapıldığını etiraf edirlər. Əsir, səsi boğuq bir qışqırıq kimi çıxırdı.
Hər kəs onu tərk edirdi. Ətrafında xəyanət, yalan, satqınlıq və qorxaqlıqdan başqa bir şey yox idi. İstəyən hər kəs gedə bilərdi; o Berlində qalacaq və III Reyx paytaxtını müdafiəsinı şəxsən boynuna götürəcəkdi.
Hitler son böyük qərarını vermiş olurdu. O gün Göbbels və ailəsini sığınacağa dəvət etdi. Bu fanat müridini sona qədər tərk etməyəcəyini bilirdi.
Hitlerin Berlində qalma qərarı Gering və Himmlerin bir-birlərindən tamamilə müstəqil olaraq dövlət başına keçmə arzularını alovlandırmışdı. Gering 29 iyun 1941-ci ildə Hitler tərəfindən rəsmi xələf təyin edildiyi üçün, bu haqqından istifadə etmək istəyirdi. Himmler isə İsveçli diplomat Qraf Bernadott vasitəsilə qərblilərlə ayrı bir razılaşma etmək fikrində idi. Hitler bu zaman yalnız radio əlaqəsinə sahib olsa da, müdaxiləni davam etdirirdi. 23 Aprel günü Hitler onların hər ikisini də xain elan etdi.
Xarabalıqlar arasında belə iqtidar ehtirasının bu qədər qüvvətli olması inanılmaz bir şey idi!
 
Hitlerin son on günü
24 Apreldə Hitler sənədlərini yandırmağa başladı. Tez-tez general V.Venkin adını çəkirdi. Hitler indi IX Ordu ilə birləşərək rusları cənubdan vurmalı olan hücuma bel bağlayırdı. Ştaynerdən və ordu birləşmələrindən hələ xəbər yox idi.
25 Aprel günü Berlini müdafiə edənlərə bildirişlər paylanır: "Dayanın, general F. Ştayner və general Venk Berlinə köməyə gəlir."
IX Ordu blokadada, Venkin XII Ordusu isə yox olmaq üzrə idi. Bunların birləşib şimala getmələri ordan cənuba gələcək Ştayner ilə birləşmələri qeyri-mümkün idi. Nəhayət, Henrix Eyler və Ştayner XXV Diviziya qərargahında tapılır. Henrix Eyler : "Nə üçün hücum etmirsən? Fürer üçün hücum etməlisən ", - deyə qışqıranda Ştayner dən: " Sənin də, Fürerinin də ... "cavabını verirdi. Henrix Eyler Ştaynerin heç vaxt hücum etməyəcəyini bilirdi.

26 aprel - Almaniya düzənliklərində sonsuz bir insan qarışıqlığı yaşanırdı. 10 milyon əsgər, 10 milyon qaçqın, 10 milyon əsir əsgər və işçi. Almanların kimisi təslim olmağa, kimisi də təslim olanları vurmağa çalışırdı. Amma dərhal hamısı Qızıl Ordudan xilas olmaq üçün qərbə axışırdı.

27 aprel - Sığınacaqda Hitlerlə birlikdə ölmək istəməyənlər arasında gərginlik artmışdı.
Bormann radio başında Henrix Eylerə və digər generallar durmadan çağırış edirdi. Hitler Fegeleynin belə mühüm saatda onu tərk etdiyini öyrənib arxasınca SS dəstəsi göndərdi. Herman Fegeleyn tutulub sığınacağa gətirildi və bağçaya çıxardılıb başına bir güllə sıxıldı. Eva bunu önləmək üçün heç bir şey etmir, hansı ki, Fegeleyn onun bacısının əri idi. Sadəcə, Eva demişdi: "Zavallı Adolf, hər kəs ona xəyanət edir."
28 aprel - Ruslar Berlində müqaviməti qırmaq üçün küçə döyüşlərinə başlamışdılar. Silah səsləri sığınacağa yaxınlaşırdı. Steynerdən ümid kəsilmiş, amma Venk son dəfə axtarılırdı. Ruslara atəş edərək amerikalılara doğru qaçırdılar.

Hitlerin son on günü

29 aprel - Səhər saatlarında Hitler evləndi. Sevgilisinin arzusuna görə ona bu mükafatı lütf edərkən artıq evliliyin partiyaya və ölkəsinə qarşı məsuliyyətlərinə mane olma qorxusundan qurtulumuşa bənzəyirdi. Sadəcə, 24 saat davm edəcək evlilikdən nə zərər gələ bilərdi ki! Gebbels bir neçə blok qabaqda xalq dəstəsində ruslarla savaşmaqda olan bir bələdiyyə şura üzvü tapıb gətirdi. Bələdiyyə üzvü təəccüb içində sığıncağın bir otağına salındı. Hitler bu şərtlərdə formallığın qısa tutulmasını istəyirdi. Gəlin və bəy saf ayran irqindən olduqları və xəstəlikləri olmadığı haqqında and içdilər. Sonra Hitlerin xüsusi otağında kiçik şampanlı qonaqlıq verildi. Hitlerin dili açılmışdı və Gebbels nikahında sağdiş olduğu günləri xatırlayırdı. Amma kədər, hər şeyə hakim oldu və insanlar gözyaşlarına mane ola bilməyincə bir-bir Hitlerin ətrafından uzaqlaşırdılar. Hitler də qonşu otağa keçərək vəsiyyətini yazdırmağa başladı.

Son saatlar (30 Aprel 1945)

30 aprel - Hitler o gün günortadan sonra Mussolininin aşnası ilə birlikdə öldürüldüyünü öyrəndi. Çox sevdiyi "Blondin” adlı itini zəhərlədi və digər ikisini güllələtdi. Katibininisə rusların əlinə keçməməsi üçün ona zəhər içirtdi. Ancaq getmək istəyən bəzi şəxslərə də icazə verdi.
Sığınacaqda kimsənin yatmağa getməməsi lazım idi: Fürer vida edəcəkdi.
30 aprel - Saat 3-dür. Yemək salonuna, təxminən, 20 adam toplaşmışdı. Bunların çoxu qadın idi. Hitler zümzümə edə-edə hamısının əlini sıxdı və otağına döndü...
...Eva sianid içmiş, Hitler isə tapançanı seçmişdi. Artıq şef yox idi. Sığınacakdakı gərginlik birdən qalxdı. Bəziləri sığınacağın bufetində rəqs etməyə başladılar və qısa müddət sonra mərasim başqa məcraya yönəldi: Göbbels, Krebs və Burgdorf da ölümü seçdilər.
Geri qalan yüzlərlə adam, sığınacaqdan çıxıb qaçmağa çalışdı və bir qisimi bu qarışıqlıqda öldü.
Döyüş dövlət başçılığını boynuna götürən Karl Dönitzin
Almaniyanı qeydsiz-şərtsiz təslim edəcəyi 7 maya qədər davam etdi.

Hitlerin son on günü
Qeyd: Yazı tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.