» » Alimlər: "Soyuq iqlim quşları “ağıllanmağa” məcbur edir"

Alimlər: "Soyuq iqlim quşları “ağıllanmağa” məcbur edir"

Beynəlxalq tədqiqat qrupu bu qənaətə gəlib ki, olduqca çətin iqlim şəraiti quşlarda beyin həcminin artmasına gətirib çıxarır.
AZƏRTAC ecoportal.su saytına istinadla xəbər verir ki, beyinin qeyri-proporsional inkişafının səbəbləri bəzi qrup canlılarda, məsələn, insanda hələ tam aydın deyil. Bununla yanaşı, alimlər bildirirlər ki, sosial həyat tərzi, irsiyyət və iqlim şəraiti beyinin inkişafına gətirib çıxaran amillərdir.
Bu fərziyyəni yoxlamaq üçün alimlər ən müxtəlif iqlim şəraitində və bütün qitələrdə yaşayan 4744 quşun beyin həcminə və bədən ölçüsünə dair məlumatları təhlil ediblər. Tədqiqatlar nəticəsində məlum olub ki, yumşaq iqlim sahələrində yaşayan quşlarla müqayisədə soyuq iqlim şəraitində yaşayan və yem tapmaqda korluq çəkən quşların beyni daha böyük olur.
Alimlər: "Soyuq iqlim quşları “ağıllanmağa” məcbur edir"

Mənbə: http://azertag.az/xeber/Alimler_Soyuq_iqlim_quslari_agillanmaga_mecbur_edir-1022633

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz