» » » Uşaqlarınız internetdən necə istifadə edir?

Uşaqlarınız internetdən necə istifadə edir?

 

Uşaqlarınız  internetdən necə istifadə edir?

 

Həyat irəliyə doğru irəlilədikcə, insan təfəkkürü yeni-yeni kəşflərə imza atdıqca, dünyanın özü kimi münasibətlər də qloballaşmağa başlayır. 50-60 il öncənin bir ata-anasını xatırlyıram. Bu ata-ana üçün övladı sarıdan nə çətinlyi vardı, hansı təhlükələr onu üzə bilərdi? İraq-iraq, məsələn, su hovuzuna düşə bilərdi, qapıdan çıxıb özbaşına çıxıb gedə bilərdi, haranısa yandıra bilərdi, qeyri heç nə xatırlaya bilmirəm. Onda bu qədər nəqliyyat yox idi, elektrik yeni-yeni çıxırdı, kəsici-deşiçi alətlərlə mümkün qədər təmasda ola bilmirdilər, atamın baltanı, dəhrəni, kərəntini qoyduğu yerləri hərdən xəyalıma gətirib qımışıram. Amma indi belə təhlükələr nə qədər desən: sudan, yanğındn, elektrikdən, balkondan-pəncərədən yıxılmaqdan, nəqliyyatdan, siqaretdən, içkidən, və sair. Bir təhlükə də sosial şəbəkələrə hədsiz alüdəçilik, internet resurslarından zənginləşmək üçün deyil, getdikcə zərərli vərişlərə çevriləcək hallara meyil.Böyür-başınızda nə qədər internet klubları var, heç bir maraq üşün müxtəlif vaxtlarda baş çəkmisinizmi bir ora? Həmişə dolu olur, həmişə də içəridəkilərin 70-80 faizi azyaşlı və nisbətən yuxarı sinif şagirdləri. Normal yetkin adam az-az olar ki, qısa vaxt üçün internet-kafeyə baş çəksin.Çünki əksəriyyət adamların fərdi kompüteri var. Kompüteri olmayan, evdə istədikləri kimi sərbəstliyi olmayan uşaqlar bu prublemləri internet –kafe ilə əldə edirlər.

 

Uşaqlarınız  internetdən necə istifadə edir?

 

Nabələd bir adam hansı bir məhəllədə belə kafelərdən birinə girsə başı şişər az qala. Səs–küydən, siqaretdən içəridə adam dayana bilmir. Mən tədris ilində hər zaman müşahidə etmişəm: şagirdlər çox vaxt dərsdən yayınıb yaxınlıqdakı internet kafelərə axışırlar. Burada onlar daha çox oyun oynayırlar. Belə oyunlar onlara heç bir fayda verə bilməz.

Bunlar müxtəlif döyüş növləridir, avtorallilərdir və s. Ola bilsin ki, nizamsız istifadə zamanı uşaq daha ziyanlı səhifələrə düşə bilsin,ola da bilsin hansısa bir "dəcəl” həmyaşıdı belə saytları ona nişan versin. Lap bunlar olmasa da , o qədər belə hallar var ki, heç mən özüm də anlamıram bu cür şəkilləri, mətnləri müxtəlif saytların səhifəsinə kimlər yerləşdirir kimsə də buna qarşı çıxmır.


Uşaqlarınız  internetdən necə istifadə edir?

 

Məsələn, sən geogleyə bir açar söz yazıb axtarışa vermək istəyirsən. Elə sözün 2-ci, 3-cü hərfini yazmaq kifayətdir ki, uyğun sözlər ard-arda sıralanır və bu sırada tərbiyəsiz, uşaqların "üzünü açan"söz və ifdələr də yer alır. Bütün bunlar uşaqları vaxtından əvvəl ayıldır, uşaqlar bir həyati inkişaf, kamillik mərhələsini keçmədən daha irəli qaçırlar:cismani həzzə meyil edirlər, gərəksiz tanışlıqlar başlayır, müxtəlif kriminaladdımlar atılır. Bütün bunlar haqqında telekanallarda, mətbuat səhifələrində yazılar verilir və hər kəs bunları görür, bilir, eşidir. Bu baxımdan müasir dövrümüzün ciddi problemlərindən biri uşaqlarını sosial şəbəkə asılılığı ilə yaranan problem hesab olunur. Bu problemin həlli tək ailənin içi deyil, ailə yanaşı, məktəbvə cəmiyyət də əlaqəli fəaliyyət göstərməlidir. Məsələn, artıq Türkiyədə "Ailə Qoruması " kimi qəbul edilən bir mühafizə yanaşması var. "Ailə Qoruması” zamanı uşaqlarınızın

istifadə etdiyi kompüterə yüklətdiyiniz programla kompüterdəki fəaliyyətlərini izləməyə və vaxtında istiqamətləndirməyə imkan verəcəkdir. Bununla siz həm də bir çox zərərli səhifələrin ekranlara çıxmasını əngəllədə bilərsiniz. Eyni zamanda, siz uşağınızı həm təhlükəli səhifələrdən uzaqlaşdırar, həm də uşaqlarınızı ancaq sizin də tanıdığınız, bildiyiniz həmyaşıdları ilə söhbətləşməsini təmin edə bilərsiniz.

Beləliklə, "Ailə Qoruması” bir "filter”dir: uşaqlarınızın istifadə etdikləri hər kompüterə yüklədiyiniz və qurduğunuz proqramdır. Sizin seçdiyiniz bütün qoruma parametrləri üzrə uşaqlarınızı izlər.


Uşaqlarınız  internetdən necə istifadə edir?

 


 


 


 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz