» » Adilə Şahtaxtinskaya - tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın

Adilə Şahtaxtinskaya - tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın

 

Adilə Şahtaxtinskaya - tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın

 Haqqında  bəhs edəcəyimiz   Adilə xanımın   dünyaya  göz açdığı  ailənin  başçısı İsa- Sultan  Nəcəfqulu oğludur.  1851-ci ildə Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.

 Peterburq Əkinçilik İnstitutunda Təhsil almış, Parisdə və Londonda siyasi iqtisadi, Surix Politexnikumunda  təbiətşünaslığa dair mühazirələrə qulaq asmışdır (1872-75). 1875-ci ildə  "Təbiətdə və cəmiyyətin  iqtisadiyyatında meşənin  əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, kənd təsərrüfatı elmləri namizədi  diplomu ilə Tiflisə  gəlmışdir. Rus, fars, ingilis, alman dillərini mükəmməl bilən  İsasultan  ziyalı   jurnalist, alim , ictimai xadim kimi tanınmışdır.

İsa Sultanlı "Tiflisski vestnik” qəzeti redaksiyasında siyasi məsələlər şöbəsinin müdiri olmuş, " Kafkaziski almanax”ı nəşr etdirmişdir. Almanaxda müxtəlif təqvimlər, bayramlar, qafqazın coğrafiyası, inzibati bölgüsü, dövlət idarələri, maarif işçiləri haqqında məlumat, habelə astronomiya və metrologiyaya dair yazıları vardır.

17 oktyabr 1894 -cüildə 43 yaşında  vəfat edən İsa Sultan Nəcəf oğlu Şahtaxtinski ilk Azərbaycan jurnalistlərindən biri idi.

İsa Sultan Nəcəf oğlu 1885-ci ildə general Allahyar Ağalarovun qızı Səkinə xanımla ailə qurur, bu evlilikdən altı qız övladı olur: Leyla, Adilə, Fatma, Nazlı, Cəmilə.   Bu ailənin  taleyi haqqında arxiv məlumatlarında   6-cı qız haqında  heç bir məlumat yoxdur.    Adilə xanımdan   başqa məlum olan 4 bacı haqqında cüzi qeydlərdən başqa   heç nə yoxdur.

  Qızların anası  Səkinə xanım İsa  Sultanla cəmi 9 illik   ailə  həyatı yaşadısa, ömrünün sonuna kimi özünü  İsanın  qız övladlarının  eım-mərifət sahibi olmasına  həsr etdi.

 

Adilə Şahtaxtinskaya - tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın

 

Bu gün ailənin ikinci qızı  tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın, ilk azərbaycanlı  ginekoloq Adilə Şahtaxtinskayanın doğum günüdür.

Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub.

 Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazandı, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın oldu, həm də ilk professor  ginekoloq.

1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunmuşdur.

 İrtica illərinin burulğanı Adilə xanımın taleyindən  də  yan keçməyib.   1937-ci il 4 sentyabrda Bakıda yaşayan Adilə xanımı həbs ediblər. Səbəb də bu olub ki, Adilə xanımın əri -  Qulam Həmid oğlu Sultanovun guya əksinqilabi  fəaliyyətlə məşğul olurmuş.  Adilə xanım DTK-nın 8-ci şöbəsinin rəisi leytenant Roqan imzası ilə təsdiqlənən orderlə Bayıl həbsxanasına   aparıblar.

Orada  bu ziyalı qadını nahaqdan çox incidiblər. Amma  bu  məşhur həkim ginekoloq bütün dindirilmələrdə  günahsız olduğunu etiraf edib.

Professor Adilə xanım ömrünün sonlarını Tiflisdə yaşayıb.

Haqsız yerə incidilmiş bu xanım  30 mart 1949 ildə Tiflisdə vəfat etmişdir.

Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda).

Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.

 

 

 

Adilə Şahtaxtinskaya - tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın

 

Qeyd: Yazı internet məlumatlarına istinadən təqdim edilir.


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz