» » Boşanmaq istəyən kişinin davranışları

Boşanmaq istəyən kişinin davranışları


Boşanmaq istəyən kişinin davranışları


Həyat yoldaşınızın sizdən soyuduğundan şübhələnirsiniz, lakin inanmaq istəmirsiniz? Elə isə həmsöhbətimiz olun. Bu yazımızda boşanmaq istəyən kişilərin  müəyyən davranışlarından necə bilmək olar sualına cavab tapmağa çalışacağıq.
Bir-birindən ayrı qala bilməyən bir cütlük olan siz aranızdakı cazibəni zamanla itirdinizsə və həyat yoldaşınız artıq nəinki sizlə birlikdə olmaq, toxunmaq belə istəmirsə, əlaqənizdə təhlükə siqnalları çalınır deməkdir, yoldaşınızın ağlından boşanma düşüncələri keçir deməkdir.

 

Boşanmaq istəyən kişinin davranışları


Bir zamanlar yaşadığı hər hadisəni, detalları ilə sizə izah edən kişi indi susqundursa, heç danışmaq istəmirsə, soruşduğunuz sualları qısa və  mimikalarla  cavab verirsə, narahat olmağınız əsaslıdır.

Boşanmaq istəyən kişinin davranışları


Ayrılmaq istəyən kişinin bir əlaməti də sizin hər halınızdan məmnun kişinin indi, demək olar ki, hər şeydən şikayət edən, görünüşünüzdən yeməklərinizə qədər hər şeyə tənqidlə yanaşan kişi modelidir.

Boşanmaq istəyən kişinin davranışları


Hörmətin, qarşılıqlı güzəştlərin bitib,əksinə, səsin yüksəldiyi, qarşılıqlı təhqirlərin başladığı yerdə artıq səmimiyyət itir, dava-dalaşlar başlayar. Çünki sizin hər etdiyiniz, hətta varlığınız belə artıq kişini narahat edir.

Boşanmaq istəyən kişinin davranışları


Belə modellər internetdə vaxt keçirər, küçədə, kafelərdə gəzib dolaşar, idman salonundan çıxmaz, iş yerindən gec gələr, bir sözlə, sizi görməmək üçün  maksimum şəkildə evdən uzaq olmağa çalışar.

Boşanmaq istəyən kişinin davranışları


 Bu cür ərlər  daim fikirli, düşüncəli və unutqan olurlar. Çünki tez-tez beynində ayrılmağın müzakirəsini edib, olub keçənləri götür-qoy edər, planlar qurarlar.
Dərvişin fikri nədirsə, zikri də odur. Bir vaxt ayrılmaq sözünü əsla ağzına almayan kişi, indi  hər problemdə, "istəyirsənsə boşanaq, bu həyat belə getməz, bizim ulduzumuz barışmadı, kaş ki tanımasaydıq bir-birimizi" kimi sözlər işlətməyə başlayar.

                                                                                     Boşanmaq istəyən kişinin davranışları

P.S. Ayrılıq heç kəsə qismət olmasın,  amma aradabir küsüb-barışmağın da öz ləzzəti var!


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.