Uşaqlardakı ağrılar dərmansız aradan qalxa bilər
Müəllif: Anaveusaq.az от 19-05-2018, 00:20
Böyüməkdə olan uşaqlar gündəlik həyatlarında müxtəlif ağrılarla qarşılaşırlar. Bu isə istər cəmiyyətin, istərsə də ailənin ciddi qayğılarından biridir.
Türkiyəli həkimlər - Dr. Əbru Gözər və Dr. S. Ayişə uşağın yaş qrupuna və ağrının səbəbinə görə dərmansız ağrı idarəetmə strategiyalarının seçilməsini vacib sayırlar. Bu məqsədlə səhiyyə sistemində təsirli müdafiə metodları üzzərində daim ciddi axtarışlar aparılır.
Təkrarlanan və xroniki ağrıların uşaqların həyatı boyu davam edərək fizioloji və psixoloji problemlərə yol açdığı qeyd edən Anadolu Sağlamlıq Mərkəzinin mütəxəssisləri Doktor Əbru Gözər və Dr. S. Ayişənin fikrincə, bu məsələdə problemin həlli kimi, ağrının etiologiyasını üzə çıxarmaq, nədən qaynaqlandığını müəyyən edərək ortadan qaldırmaq olar.
Uşağın inkişafı ilə ağrılar ən çox gecə müşahidə edilir
Bu ağrıların 3-10 yaş arasındakı uşaqlarda gecələr müşahidə edildiyini qeyd edən Gözər və Ayişə billdirmişlər ki, uşaqların gündəlik fəaliyyətində hər hansı bir ləngimə, gerilik nadir hallarda ola bilər. Ağrılara gəlincə, onlar, əsasən, daha çox axşama doğru və gecə yatanda dizlə topuq arasındakı nahiyədə başlayır. Belə vəziyyətdə göstərilən

İnkişaf ağrıları ilə revmatiz ağrıları bir-birndən fərqlidir
Həkimlər böyümə ağrıları ilə revmatizm ağrılarını ayırd etməyia asan olduğunu bildirirlər. Onlar qeyd edirlər ki, böyümə ağrılarının ən mühüm xüsusiyyəti budur ki, uşaqda fəaliyyət davamlı olur, yəni, uşaq ağrıya baxmayaraq və gündüzlər mütəhərrik olurlar. Oynaqlar sərbəst olur, edilən masajlar isə onları daha rahat edir. Revmatizm ağrılarında isə oynaq, ya da üzv çox ağrılı olur və hərəkət də məhduddur. Toxunulması da həddindən artıq ağrı yarada bilər. Roevmatik ağrılarda səhər vaxtları kəkələmə tipikdir.
Doktor Əbru Gözər və Dr. S. Ayişə uşağın yaş qrupuna və ağrının səbəbinə görə dərmansız müalicə rəhbərlik strategiyalarını belə sıralamışlar:

1 yaşdan yuxarı uşaqlarda fiziki ağrı və ya ağrılı proseslər zamanı valideynlə yaxın olmaq, oyuncaqlarla əyləncə, diqqəti başqa istiqamətə yönəldən obyektlər işə yarayır.
Məktəb ərəfəsində sevdiyi nağıl qəhrəmanları ilə tanış edilmə, mükafatlandırma, diqqəti başqa səmtə yönəldən obyektlərdən istifadə etmək faydalı olar.
Məktəb çağında əvvəlcədən məlumatlandırma, mehriban ünsiyyət və söhbət , tənəffüs təlimləri, mükafatlandırma üsulları istifadə edilə bilər. Məktəb çağında əvvəlcədən maarifləndirmə, cəsarətləndirmə, mükafatlandırma üsulları istifadə edilə bilər.
Yeniyetmələrdə isə ağrılı vəziyyət haqqında onları ətraflı məlumatlandırma və mümkünsə üsul seçiminə iştirak etmək şansı verilməsi uyğundur.
Xüsusilə qaz, həzm pozğunluğu, narahatlığa bağlı ağrılar və yaş inkişafı ilə bağlı ağrılarında uşaqla iş birliyi, güvən vermə, masajlar dərmanlardan daha təsirli ola bilər.
Körpə və uşaqlarda ağrının hiss etməsi və ağrıya cavab yaşa görə dəyişir göstərir.

3-6 aylıq körpə kədərli və acıqla qəzəblənir.
6-18 ayda ağrının yerini müəyyən edir və onlar ağrını qorxu ilə qarşılayırlar.
18-24 aylarda körpələr ağrının mahiyyətini başa düşür və öhdəsindən gəlmək üçün yollar tapa bilir.
24-36 ayda ağrıları təyin edir və qarşısını almaq üçün tədbirlər görürlər.
36-60 ayda ağrıları təyin edir və qiymətləndirə bilirlər.
5-7 yaşlarında ağrının şiddətini təsvir edə bilərlər.
7-10 yaşlı bir uşaq niyə və necə ağrı olduğunu izah edə bilir.
Onlar 11 yaşdan yuxarı ağrı haqqında dəqiq məlumat verirlər.
Qeyd: Yazı türk saytlarından tərcümə ilə təqdim olunur.
Oxşar postlar:
- Oxunub: 2 204
- Şərhlər: 0
- Bölmə: Qadın / Ana / Qadın və uşaq
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar