Cəsur zabitimiz yad edildi
Müəllif: Anaveusaq.az от 17-08-2017, 00:20
Elnur Əliyev 1976-cı ilin avqust gayının 16-da Füzuli rayonunun Dədəli kəndində anadan olub.
2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur.
Elnur Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilmişdir.
Avqustun 16-sı Ermənistan silahlı qüvvələrinə qarşı 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş mayor Elnur Əliyevin ad günü idi, igid zabitimizin səngər yoldaşları Elnurun 41 yaşını onun ata torpağı Füzulidə qeyd etdilər, xatirəsini andılar.
Tədbirdə zabitin xidmət etdiyi hərbi hissənin zabitləri, kursantlar, yerli sakinlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət edilib. Elnur Əliyevin, eləcə də bütün şəhidlərin ruhuna dualar oxunub. Daha sonra xatirə gününə toplaşmış hərbçilər qəhrəmanın valıdeynlərinə baş çəkiblər.
Müdafiə Nazirliyinin rəhbərliyi və bütün hərbi qulluqçular adından Elnurun valideynlərinə və əzizlərinə başsağlığı verilib.
Qeyd: Fotolar AZƏRTAC-a məxsusdur.
Oxşar postlar:
- Oxunub: 1 962
- Şərhlər: 1
- Bölmə: Ordumuz
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar