» » Dövlət Mahnı Teatrında “Aprel xatirələri” adlı tədbir keçirilib

Dövlət Mahnı Teatrında “Aprel xatirələri” adlı tədbir keçirilib

Dövlət Mahnı Teatrında “Aprel xatirələri” adlı tədbir keçirilib

 

Yanvarın 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Təbriz Musazadə adına İncəsənət və Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Aprel xatirələri” adlı tədbir keçirilib. Tədbir 2016-cı ilin aprel döyüşlərində "Mi-24” helikopterinin vurulması zamanı şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid ailələrinin üzvləri - Əli Musazadə, Şəbnəm İsmayılova, Ceyran Axundova, Vidadi Vəlizadə, Pərişan Musazadə və başqaları keçən il aprelin 2-də Azərbaycan ordusunun apardığı müzəffər döyüşlərdən, üç şəhidin ömür yolundan söhbət açıblar, onlarla bağlı xatirələrini bölüşüblər.
Təbriz Musazadə adına İncəsənət və Təhsil Mərkəzinin üzvləri şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.
Sonda aprel döyüşləri qəhrəmanlarının xatirəsinə həsr olunmuş "Şahinlər” adlı sənədli film nümayiş etdirilib.

 

Dövlət Mahnı Teatrında “Aprel xatirələri” adlı tədbir keçirilib

 

Dövlət Mahnı Teatrında “Aprel xatirələri” adlı tədbir keçirilib

 

Dövlət Mahnı Teatrında “Aprel xatirələri” adlı tədbir keçirilib

 

Dövlət Mahnı Teatrında “Aprel xatirələri” adlı tədbir keçirilib

 

Dövlət Mahnı Teatrında “Aprel xatirələri” adlı tədbir keçirilib

 

Dövlət Mahnı Teatrında “Aprel xatirələri” adlı tədbir keçirilib

 

Dövlət Mahnı Teatrında “Aprel xatirələri” adlı tədbir keçirilib

 

Mənbə:http://azertag.az/xeber/Dovlet_Mahni_Teatrinda_Aprel_xatireleri_adli_tedbir_kechirilib-1026712

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.