Qonaq getməyə nə var ki....
Müəllif: Anaveusaq.az от 13-12-2016, 00:40

Qonaq olmaq, əlbəttə, yaxşı şeydir. Çünki qonaq olduğun müddətcə fırfıra kimi ətrafında adamın ətrafında dolanırlar ki, bu evdən incik getməyəsən. Bu, Allaha xoş getməz, hələ kənardan kimsə eşidib-bilsə ki, filnkəs qonağına keçən il üz göstərməyib, o da o gedən gedib, həmin el arasında böyük qınaq yiyəsi our. Buna gözə də Azərbaycan xalqının qonaqpərvərliyi dünyada dillərdə söylənir.
"Sən bizim ellərin ruhuna bir bax, bizdən inciməmiş bir əziz qonaq", - deyən Səməd Vurğun zəngin həyat təcrübəsinə və müşahidələrinə əsaslanmışdır. Qonaqlıq elə bir ünsiyyət, əlaqə formasıdır ki, hər zaman biz onun içərisindəyik: ya qonaq oluruq və ya özümüz qonaq gedirik. Ona görə də qonaq qarşılamaq , eləcə də qonaqlıqda özünü idarə idarə etmək vacib və ciddi davranış normasıdır.
Bu yazımız qonaq sahibin qonaq qarşılamaq səriştəsi ilə bağlıdır, həmçinin qonaq ədəb-ərkanından da bəhs edəcəyik.
Otaq
Ta qədimdən Azərbaycanda evə hələ qonaq gəlməmişdən onun üçün ayrılmış otaq olub. Bu otaq hər aman səliqə-sahmana salınıb ki, birdən qəflətən qonaq gələr. Bəs qonaq otağı necə olmalıdır?
Otaq yaxşı təmizlnməli, havası tez-tez dəyişdirilməli və işıqlı olmalıdır. İstilik və yatacaq isə artıq qonaq gələndən sonra nizamlanmalıdır. Masa örtüsü, çəngəl bıçaq servizi, yemək komandası, stəkanlar, salfetlər və masa üzərinə qoyulacaq çiçəklər arasında bir rəng uyumun ahəngini yaratmaq masanı çox daha gözəl göstərəcək.
Masa örtüsü?
Masa örtüyünün ütülü olması və üzərində qatlama xətti olmamasına xüsusi diqqət göstərmək lazımdır.
Masa örtüsünün ğzünü seçmək ğzü bir evdarlıq tələb edir. Kətan, dantel və ya müşəmbə örtü qətiliklə qoyulmamalıdır. Müşəmbə örtü masa örtünüzün altında və görünməyəcək şəkildə qoyula bilər ,ancaq tək başına müşəmbə örtü sü sərilməsi doğru deyil.
Xidmət qabı ən alta qoyulur.
İstifadə ediləcək yemək qabı xidmət qabının üzərinə qoyulur.
Şorba kasası ortaya qoyular. Salat qabı, çəngəl - bıçaq düzüdikdən sonra daha rahat yerləşdirilir.
Masada davranış
Böyüklərin və nəcabətli qonaqların oturulmasıb gözlənilməlidir.
Böyüklər üzərlrinə salfet (peçete) açmadan digərləri açmamalıdır.
Kürsüdə dik, həm də qol və dirsəklər süfrəyə dayanmadan oturulur. Dirsəklər yandakını narahat etməmək üçün çox açılmamalıdır.
İki əlin ikisi də birdən masa altında olmamalı, ən az bir əl yuxarıda olmalıdır. İki əlində yuxarıda olması seçim edilir.
Süfrə başında din, siyasət kimi ağır mövzular etmək doğru deyil; daha çox əyləndirici və hər kəsi məlumatlandırıcı mövzulardan bəhs edilməlidir.
Yemək xidməti sırası:
Şorba
Blinçi və ya börək
Balıq
Dadlı
Meyvə
Çay , kofe və ya qəhvə
Olmaz!
Cib telefonu, açarları və s. əşyaları yemək masasının üzərinə qoymaq
Çox lazım olmadıqca oxumaq, yazmaq və not almaq
Çəngəl-bıçağı sağdan sola, soldan sağa köçürmək
Danışarkən çəngəl bıçağı havada silkələmək
Başqalarıyla eyni anda danışmaq
Ağızda loxma varkən danışmaq
Ağız şappıldatmaq, şorbanı höpürdədərək, uzun makaronu çəkərək yemək
Asqırmaq, burnunu çəkmək
Dişləri qurddamaq
Kürsünü yelləyib cırıldatmaq
Oxşar postlar:
- Oxunub: 2 508
- Şərhlər: 1
- Bölmə: Mənəviyyat / Əxlaq
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar