» » Müzakirə edək: nəzakətli salamlaşma qaydası necə olmalıdır?

Müzakirə edək: nəzakətli salamlaşma qaydası necə olmalıdır?

 

Müzakirə edək: nəzakətli salamlaşma qaydası necə olmalıdır?

Avropada, Rusiyada buna "dvoryan” ("zadəganlar", "əsilzadələri") dedilər, "intelligentlər " dedilər, "milli burjuaziya” dedilər, "demokratlar” dedilər, "maarifçilər” dedilər, Azərbayçanda "əsilzadələr” dedilər, türk qardaşlarımız "bəy əfəndi” dedilər,... Amma, əslində, bu ifadələr mənim indi sizin müzakrənizə təqdim etdiyim məsələnin mahiyyəti ilə üst-üstə düşmür. "Centlmen", "dvoryan", "zadəgan", "milli burjuaziya", "əsilzadələr" adlandırılan bu sosial qruplar, bir növ, əmlak senzi iıə diqqətə gəlirlər. İntelligentlər, demokratlar, maarifçilər də onlrın müəyyən bir baxışını, sosial vəziyyətini ifadə edir. Bunlar nəzakətliliyi istiqamətləndirə bilər, amma nəzakətlilik ölçülərini bu qruplardan hansısa birinin hərəkət və yaşam tərzi kimi göstərilə bilməz. Bir sadə kənd müəlliməsi onların hər birindən yüksək nəzakətlilik təmsilçisi olduğnu ortaya qoya bilər.  Bir uşaq özündən   yaşca böyük  insanı nəzakəti ilə heyran edə bilər, bir da kəndində yaşayan, bəlkə də ömründə bir dəfə şəhərə yolu düşməyən kəndçi qardaşım, sağıcı bacım  ali təhsilli həmcinsindən qat-qat alicənab olsun  və s.

Bəs nəzakətlilik nədir, siz kimləri nəzakətli adam hesab edirsiniz, bu gün cəmiyyətdə nəzakət ölçüləri gözlənirmi? Məsələn, elə götürək, qadınla kişinin rastlaşması, salamlaşması, əl verib görüşməsi.

Kişi küçədə tanış bir qadınla rastlaşarsa, necə salamlaşmalıdır, hansı hərəkətləri etməlidir? Bəziləri deyir ki, kişi salam verməlidir, bəziləri deyir qadın verməlidir, bəziləri deyir, əgər kişi duysa ki, qadın özünü guya hiss etməmiş kimi aparırsa, kişi salam vermədən keçə bilər. Yox, əgər, gözucu ilə azacıq salama icazə verdiyini hiss etsə, salam verməlidir.

Qadın əlini kişidən əvvəl uzatmalıdır. Bunun səbəbi də budur ki, qadın əlini uzatmaq məcburiyyətində deyil, başı ilə salam verməsi tam kifayətdir. Belə olan halda, kişi əlini uzadanda qadın əl uzatmayacaq,kişinin əli havada qalacaq və o, pis vəziyyətə düşəcək. Ola bilər ki, qadın istəmədən əl uzatsın, utanacaq ki, kişinin əli havada qalmasın.


Müzakirə edək: nəzakətli salamlaşma qaydası necə olmalıdır?

Burada qan olmayıb-qada düşməyib.Ötüb keçmək, əhəmiyyət verməmək də olar. Fəqət, insanlar davranış normalarını bilsələr yaxşıdır.

Bir kişi bir qadını, lap yaxından tanısa belə, şərt deyil ki, hər dəfə rastlaşdıqda salamlaşsınla və yaxud əl verib görüşsünlər.Əlbəttə, mən rastlaşmaq deyəndə nəzərdə tuturam ki, seyrək küçədə ayrı-ayrı əks tərəflərdə geirlər, bir- birlərini görə bilərlər..məhz bunu deyirəm... Salamlaşmaq, hətta qəsdən qarşı tərəfə keçib salamlaşmaq, əl uzadıb görüşmək doğru deyil. Ümumiyyətlə, rəsmi protokol qaydası istisna olunmaqla ictimai yerlərdə qadının əl uzatması, mənim fikrimcə, doğru deyil. Kişinin bu fikirdə olması isə, artıq nəzakət deyil, yalançı centlmenlikdir. Ən optimal variantda isə qadın əl uzatmadan kişinin əl uzatması tam yanlışdır.Lap şəxsi, təkbətək görüçdə də. Bu günlərdə hörmət etdiyim, çoxdan tanıdığım bir xanım ziyalı dostumuzun yanına getmişdim.Katibəsi də məni tanıyır və hələ heç nə deməmiş qalxıb xəbər verməyə getdi və tez də qayıdıb ”buyurun” deyib, qapını açdı. Xanım da artıq yerindən qalxmışdı və qapının ağzında qarşılayıb əl uzatdı, təzim etdi ki, buyur, əyləş. Bu, çox böyük nəzakət idi. Əl uzatmasa da, inciməzdim, çünki qarşılıqlı o qədər hörmət edirik ki, bir-birimizə, həm də ailəliklə, əl verməyə də ehtiyac yoxdur.Əgər səmimi qarşılanıb, səmimi danışırsansa, iltifatı görürsənsə, bu, kifayət deyilmi?

İçtimi nəqliyyatda, əvvəldə qeyd etdiyim kimi, eyni küədə addımlayarkən heç salamlaşmağa, danışmağa ehtiyac duyulmamalı, hər kəs öz yolunu getməlidir. Zəruridirsə, qadının buna qarşılıqlı münasibəti hökmən nəzərə alınmalıdır: bəlkə qadın tək deyil, bəlkə qadın bunu heç istəmir, bəlkə qadının 1-2 addımlığında, bir az kənarda onu tanıyn kimsə var, o, başqa cür fikirləşə bilər, gedib başqa cürə hallandıra bilər.Ola da bilər ki, qadın kiminləsə belə mehriban salamlaşıb, görüçməsi kiminsə diqqətini cəlb etsin, kişi tanış ayrılandan sonra o da elə fikirləşsin ki, bu xanım tanış olmağa meyillidir və başlasın addım-addım arxasınca gedib söz atmağa. Lap ola bilər ki, uzaqdan tanıyan, hər gün bu yolu getdiyində nabələd "tanış”olsun və digər 1 gün ünsiyyət yaratmaq üçün "ürəklənmiş” olsun. Qadın bu qədər yaxın ünsiyyətdən özünü qaydasınca uzaq tutsa, o qədər yaxşı. Bu, o anlama gəlməməlidir ki, qadın əks cinsə salamlaşa bilməz, hal-əhval tuta bilməz, söhbət edə bilməz. Belə məqamlarda hər şey nəzərə alınmalıdır. Avropada, harda necədir, o öz işləridir. Bizim etiket qaydalarımız lap qədimliyindən üzübəri heç kimin nəzakət qaydalarından əskik deyil, indi də belədir.


Müzakirə edək: nəzakətli salamlaşma qaydası necə olmalıdır?

Kişi ictimai yerdə, ümumiyyətlə, hardasa, bir tanıdığı qadının adını başqalarının diqqətini cəlb edəcək şəkildə çağırmamalıdır və s.

Saxtakar centilmenler, nəzakətliliyi və ədəb qaydalarını yalnız bir qadını tavlayana qədər istifadə. Gerçək bir bəy-əfəndi ilə saxtakar centilmenler arasında ilk baxışda fərq tapmaya bilərsiniz. Bu görə detallara diqqət yetirməniz lazımdır.

Bir kişinin sahib olması lazım olan ən əhəmiyyətli xüsusiyyət, sadəlikdir, nəciblikdir, diqqətdir, təvazökarlıqdır, bu ədəb qaydaları haqqında məlumatlı olması , ən vacibi də qarşısındakının qadın olduğunun fərqində olmasıdır. Bunu edə biləcəksə, gerçək bir nəzakət sahibi olduğu diqqətə gələcəkdir. Nəcabətli bir kişi davranışları, həssaslığı ilə qadına baxışını, verdiyi dəyəri ortaya qoyar. Qadınlar bunu çox gözəl anlayır və dəyərləndirirlər. Dəyərləndirirlər də o mənada dedim ki, qadınlrın qərar verməsi bir ölçü rolunu oynayır, bir barometrdir, onun bxşı, mimikası əks cinsi ən çiddi şəkildə islah edə bilir.

Nəzakət yalnız həyat yoldaşına, və yaxud hansısa bir anda yanında olan qadına göstərilən ehtiram demək deyil, bütün qadınlara, hətta kişilərə qarşı yüsək hörmət, ehtiram və diqqət ifadə etməkdir. Yanında əyləçən qadının ayağa qaldıda stulu geri çəkmək, geyimini geyməkdə kömək etmək, avtomobilə çatdıqda qapını açamaq... bunlar rəğbət yarada bilər , amma bayaq qapıdan çıxanda arxadan gələn qadını gözləməmək, qapını buraxmaq, sənin nəzakətinin tam olmadığını sərgiləyəcək.

Bu cür dvrnış saxta nəzakətə daha çox yaxındır. Belələri o qədər zəngin geyinə bilər ki, o qədər maddi üstünlük nümayiş etdirə bilər ki, bunlar qadınları "fəth etmək” üçün elə adamların malik olduğu üstünlükdür, vəssalam. 


Müzakirə edək: nəzakətli salamlaşma qaydası necə olmalıdır?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.