» » Sadə davranış normaları

Sadə davranış normaları

Müəllif: Anaveusaq.az от 1-11-2021, 06:35
Sadə davranış normaları

• Əgər iki oğlan və bir qız nahar edirsə, qız onların arasında oturmalıdır.

• Əgər bir neçə insan nahar edirsə, bütün sifarişləri ofisianta bir adam çatdırmalıdır.

• Əgər görüşə gecikmisinizsə və masa arxasında oturanlara qatılmaq lazımdırsa, dəvət edənə yaxınlaşmaq və gecikdiyiniz üçün üzr istəmək, sonra oturmaq lazımdır.

• Əgər masa üzərində bir menyu varsa, o əvvəlcə qıza təklif edilməlidir.

• Dəvətin təşəbbüsçüsü bu və ya digər yeməyi hamı üçün sifariş edə bilər.

• Əgər bu işgüzar nahardırsa, birinci yeməyi dəvət olunmuş şəxs sifariş edir.

• Nahar bitdikdən sonra ofisiantı çağırıb hesabı istəmək lazımdır.

• Dəvət olunanların hesabını dəvət edən verməlidir.

• Çıxarkən oğlan qapını açmalı və qızı birinci buraxmalıdır.

Ödəmədən sonra ofisianta təşəkkür etmək lazımdır. Masa arxasından durarkən stulu yerinə qoymaq məsləhətdir. Oğlanlar qızlara masa arxasından durmağa, vestibüldə geyinməyə kömək edə bilərlər. Bunun üçün oğlan qızın əşyalarını tutmalıdır.

Məsləhət görülmür:

• Masanın eyni tərəfində oturmaq;
• Salfet kağızı ilə üz silmək;
• Yeməklərə üfürmək və ya onları iyləmək;
• Masa arxasında saç daramaq;
• Masanın üzərinə çanta, əlcək, cib dəsmalı, daraq və s. qoymaq;
• Müştərilər üçün nəzərdə tutulmuş qəzeti və jurnalı uzun müddət oxumaq;
• Digərlərinin hərəkətlərini izləmək;

• Ağzınızı əlinizlə örtərək yanınızda oturanla «Hesabı kim verməlidir?» - deyə pıçıldaşmaq.

Sadə davranış normaları
Mənbə: İnternet

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.