» » Bir atanın oğluna məktubu

Bir atanın oğluna məktubu

Müəllif: Anaveusaq.az от 5-07-2021, 00:25

Bir atanın oğluna məktubu

 

Əziz oğlum!

Mən  artıq  qocalmışam. Ömrümün ahıl çağlarını yaşayıram.  Sənə deyəcəklərimə kitablarda da rast gələ bilərsən,  amma bunları həyatın özündən öyrənməyə çalış.

Dünyada 3 kövrək olan varlıq var: çiçək, körpə, qoca.  Dilini duya bilməyəndə, duyduqlarına  əməl edə bilməyəndə, bir də görəcəksən ki, ya artıq sənin deyil, ya da "bənövşətək küsüb gedib kol dibində bitib”.   Kol dibinə əyilmək rahat yaşadığınız günlərin qayğılarından  belə asanmı?

 O zaman səbr et və məni anlamağa çalış. Əgər yemək yeyərkən üstümə tökərəmsə və ya sənin köməyin olmadan əynimi geyinə bilmərəmsə, səbrli ol.

Sənə bütün bunları öyrədərkən necə səbirli davrandığımı xatırla. Əgər səninlə danışarkən eyni şeyi dəfələrlə təkrarlasam – sözümü kəsmə, sonacan dinlə. Kiçik ikən nazını nə qədər çəkdiyimi xatırla.

Görsən ki, yeni texnologiyanı anlamaqda çətinlik çəkirəm, mənə gülmə. Mən min bir çətinliklə sənə bundan da asan şeyləri öyrətmişəm: təhlükəli olan nədir, pis nədir,   yaxşı geyinmək nədir, həyatın çətinlikləri ilə necə mübarizə aparmaq lazımdır...

Əgər birdən iştaham küsərsə, məni yeməyə məcbur etmə, mən özüm nə zaman yeməli olduğumu bilirəm. Əgər ayaqlarım məni gəzdirməyə çətinlik çəkərsə, mənə əlini ver, necə ki, sən ilk addımlarını atarkən mən verərdim...

Əgər nə zamansa nəyisə unudaramsa və ya nitq qabiliyyətimi itirərəmsə — mənə xatırlamağım üçün zaman ver. Əgər yenə də alınmasa, narahat olma. Axı əsas olan mənim ne dediyim deyil, əsas olan mənim səninlə olmağım, səninlə danışmağım və sənin də mənə qulaq asmağındır...

Mənimlə bağlı   bəzi  məqamlara kədərlənmə, əsəbiləşmə, özünü çarəsiz görmə. Sən o zamanlar mənim yanımda olub mənə kömək etməli, məni anlamağa çalışmalısan, necə ki, sən həyata ilk addımlarını atanda mən sənə bunları edirdim... Yardım et öz yolumu səbirlə bitirim. Buna qarşılıq olaraq   gözlərimi əbədilik qapayanda səni  heç sönməyən, ölümsüz sevgim və təbəssümümlə mükafatlandıracağam...

…Əlini ver.

Necə ki, ilk addımlarını atanda sənə verdim.

Və bir gün daha yaşamaq istəmədiyimi və ölmək istədiyimi eşitdiyimi söyləyəndə əsəbiləşmə.

Bir gün başa düşəcəksən.

Mənim yaşım  artıq həzz almaq üçün deyil,  nəvələrimə, sizə   görə   dünyadan rahat olmaq  üçün  Allahdan istənilən möhlət yaşıdır, əmin olum, sonra da əbədi yuxuya dalım.

Bir gün başa düşəcəksiniz ki, səhvlərimə baxmayaraq, həmişə sizin üçün yaxşı olanı etməyə çalışdım və yolunuzu hamarlamağa çalışdım.

Səbr və sevgi ilə getməyimə və yolumu bitirməyimə kömək et.

Mənim üçün etdiyin şeyləri yalnız bir təbəssüm və həmişə sənin üçün daşıdığım dərin bir sevgi ilə qaytara bilərəm.

Sizi sevirəm, oglum.

 

Atanız

 

Qeyd: Yazı  tərcümə və üzərində işlənilərək təqdim olunur.

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz