» » Allahı sevərsiz, kişiləri tənha buraxmayın....

Allahı sevərsiz, kişiləri tənha buraxmayın....

Allahı sevərsiz,  kişiləri tənha buraxmayın....

Həyat yoldaşınızla əlaqəniz çox yaxşı gedir, qarşılıqlı sevginizdən şübhəniz yoxdur, amma lap ürəyiniz istədiyiniz kimi mehribanlaşa bilmirsiniz. Kim mehriban, səmimi, qarşılıqlı olan bir ülfət, ünsiyyət istəməz ki? Amma gerçək həyatda bu, o qədər də asan olmur. Romantik bir axşam yeməyində birdən gəncliyinizlə bağlı, keçmişdə olanlardan soruşur, ya da nəyə əsəbiləşdiyini belə anlamadığınız bir problemdən hər oturduğunuzda söhbət açır.
Yəqin ki, belə olanlar az deyil. Xoş bir yemək süfrəsində birdən keçən keçmişdə sizmi onu, omu sizi daha çox sevdiyiniz barədə soruşur. Aləm dəyir bir-birinə. Siz keçmişi artıq xatırlamaq istəmirkən, o, sizə hər gün demək olar ki, bunları yada salır, keçmişi yaşadır. Əslində bu sualların və problemli rəftarın altında qısqanclıq hissinin yatdığını hamımız bilirik. Sevdiyiniz qadının/kişinin sizi qısqanması əyləncə ovqatı yarada bilsə də, ehtiyatlı davranmaq, nəyin, hansı münasibət, söhbət və ya əhvali-ruhiyyənin vəziyyətə uyğun olduğunu bilmək böyük diqqət tələb edir. Bildinmi, buna səy etməli və bu mühiti yaratmalısan. İki sözün arasında xatirə dünyanızın dolanbaclarında qalan hadisədən, şəxsdən(keçmiş sevgilidən) bəhs olunması canınızı sıxır və keçən keçmişdə qaldığı kimi bugünkünə də zərbə vurur. Belə xatirələr qadınlarda, sözsüz ki, var, amma kişilərdə daha üstünlük təşkil edir. Görünür, fərqi yox, qadın edib, kişi edib, subaylığında hissin, emosiyanın axarına düşüb gedib. Artıq bunlar çox-çox əvvəlki dünənlərdə qalıb. Bu narahatlıqlara son vermək və bu günü yaşamaq lazımdır. Lazım gələrsə, özümüzü "son aşkımıza" inandırmaq üçün lap dash etiraf etmək lazım, tövbə etmək lazım. Tövbə, etiraf özü də bir aristokratiya.
belə hallarda onu da anlayaraq yeni bir tonda özünüzü bir daha izah edin. "Empati" (özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi)son əsrin ən yaxşı ünsiyyət vasitələrindən biridir. Etməniz lazım olan budur ki, mövcud dünyanızda hazırki sevgilinizdən başqanın kimsə lövbər sala bilmədiyini dilə gətirəsiniz və yaşananlar da bundan soraq versin. İnsanlar sevdikləri və davam etdikləri şəxslərlə sədaqət münasibətlərini hər zaman sınayar, sona çıxarmağa çalışırlar, yetər ki inansınlar! Qarşınızdakının də razı olmağa ehtiyacı olduğunu ağılınızdan çıxarmayın. Bir anda əsəbiləşib '"istər inan, istər inanma" demənin sizə bir faydası olmaz. Qarşınızdakı sizə inanmaq istəyirsə, onun üçün dəlillər tapmaqdan və razı etməkdən başqa yolunuz yoxdur, təbii ki, sevgilinizi həyatınızda hər şeydən çox istəyirsinizsə.

 

Allahı sevərsiz,  kişiləri tənha buraxmayın....

Qadınlar bir kişini unutmadan yeni bir əlaqəyə başlamaz. Amma bunu bu an həyatınızda olan kişiyə inandırmaq az qala qeyri-mümkündür.

Problemləri doğru olaraq, açıqdan-açığa həll edin.

Keçmiş sevgilinizi deyil, ürəyinizdəki və yanınızdakını daha çox sevdiyinizi və sizin həmişə onun yanında olmaq istədiyinizə inamınınızı ifadə edin. Mövzu keçmiş sevgidən düşəndə, niyə duruxasınız ki, minik öpücüklərlə həqiqi sevdiyinizə sevginizi dəmadəm göstərin. Əvvəl nəm-nüm edə bilər, amma ağlının bir küncündə bu etmək istədiyinizə onun da çox ehtiyacı olduğuna əmin ola bilərsiniz. Artıq nə vaxtdandır sevgilinizdə bir qəribəlik var, amma siz fərqində olmamısınız. Sanki sizinlə əlaqədar bir şeyə incik, amma hər soruşduğunuzda "bir şey yox" deyib ötmək istəyir. Fəqət, hərəkətləri, sizə olan mövqeyindəki süstlükdən bir problem olduğunu göstərir. Sizin yaddaşınızda bu qaşqabaqlığa səbəb olmuş bir hadisə yox, yəni hələlik ... Amma səbəbsiz də heç nə olmur.
Kişilər bir problem olduğunu saxlama mövzusunda nə qədər uğurludursa, qadınlar da altıncı hissləri ilə bu problemi qəbuletmə mövzusunda o qədər iddialıdırlar. Siz bir problem olduğunda üstünə düşüb dərhal həll tərəfdarısınızsa, sevgiliniz də o qədər qaçma tərəfdarı. Bu, bir qısqanclıq mövzusu ola bilər, bəlkə də hansısa bir məqamda sizin hansısa bir sözünüzdən incimyər-küsər, ya da etdiyiniz bir hərəkəti özünə götümüş olar.
Şirin dil "ilanı yuvasından çıxarar", "haydi, bakalım".... smile
Sizin kimi onun da yəqin içi- içini yeməsinə baxmayaraq, niyə danışmayasınız, gərginlik azalsın. Kişilərin anlaşılmaz tərəflərindən biri daha budur ... Belə vəziyyətlərdə üstünə gedib problemin nə olduğunda israr etmənin faydası yoxdur. Çünki bəlkə sizə açılma ehtimalı aşağıdır. Hətta bir az daha məcbur etsəniz, "göy guruldayar, şimşək çaxa" bilər. Belə vəziyyətlərdə öz aranızda çəmini tapıb, damarın tutub ağzından söz almaq ən yaxşı üsul. Həm də bunun da münasib vaxtında etməlisiniz. İstənilən vaxt məqsədə nail ola bilməzsiniz. Heç ola bilməz ki, qadın ərinin içinə yol tapa bilməsin, söhbət iki ən yaxın sirdaşdan gedir. Hər bir ailə cütlüklərinin bir-birlərinin boynunda əbədilik sirdaşlıq haqqı var. Yəni mümkün olmayan nəsə yoxdur. Rəhmətlik Rəhman Babaxalı demiş: "Ölümün də çarəsi var, axtarıb tapan olsa..."
Sevgilinizi ona olan eşqinizə inandırmaq üçün dəlillər tapmaq, xoşbəxt və məmnun etməkdən başqa yolunuz yoxdur, təbii onu həyatınızda istəyirsinizsə ...

Allahı sevərsiz,  kişiləri tənha buraxmayın....

Qeyd: Yazı tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.