» » Milli-mənəvi dəyərlərimizi necə itiririk və ya kütləvi informasiya vasitələrində onu necə qoruyurlar - II yazı

Milli-mənəvi dəyərlərimizi necə itiririk və ya kütləvi informasiya vasitələrində onu necə qoruyurlar - II yazı


Milli-mənəvi dəyərlərimizi necə itiririk və ya  kütləvi informasiya vasitələrində onu  necə  qoruyurlar - II yazı


  MÜAZKİRƏ

  Mətbuatda 2021-ci ilin 8 ayı üçün Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 nikaha daxilolma və 11 313 boşanma halları qeydə alınıb (Bax: https://report.az/daxili-siyaset/bu-il-azerbaycanda-nikah-ve-bosanma-hallarinin-sayi-aciqlanib/).

Həmin açıqlamada qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.

Fikir verin, hələ sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün vəziyyət necə olacaq bu göstəricilərdə yoxdur. Az qala pozulan nikahların sayı bağlanan nikahların sayına yaxınlaşmaq üzrədir.

Hələ mətbuatda dərc olunan bu statistika rəsmi olanlardır. Ailələr var ki, faktiki nikah davam edirsə də bu ailə boşanmış ailələrdən heç də fərqlənmir. Ailə var ki, kiminsə qızını gətirib evinə, toydan bir ay sonra da üz tutub "Rusyət”ə, Ukraynaya, Avropaya və s.

Nə qədər belə məsələləri, onları doğuran səbəbləri doğru-düzgün təhlil edib nəticələrə gəlinməyəcək, bu yönümdə ciddi addımlar atılmayacaq, davam edəcək boşanmalar, dağılan tifaqlar.

45-50 il bundan öncəki toyların forma və məzmunu arasındakı fərqi indiki gənclər bilmir, bilməyəcək də. Amma yaşlı nəsillər bilir axı. O vaxt oğlan, istərsə də

qız belə məsələlər haqqında fikirləşmirdi.Bunlar hədəf deyildi. Onlar, sadəcə, həyat axarında yaşmaqlarını davam etdirirdilər. Ata-analar istəyirdilər ki, övladlarını oxutsunlar, təhsil versinlər, övladları ağıllı olsun, əlləri çörəyə çatsın. Bu hədəflər eyni zamanda onların kişi olmaq, ana olmaq zamanlarını şərtləndirirdi. El-oba , toy edəcək ailə, eləcə də gələcəkdə oğlunu evləndirəcək, qızını köçürəcək ailə də bu gedişatı izləyirdi. Oğlan tərəfin valideynləri kəndin, məhəllənin bütün qızlarının, onların ailələrinin cəmiyyətdəki yerinə: əxlaqına, ailə nümunələrinə, qızın bu vaxta kimi ictimai mühitdə davranışına, geyiminə və sair bələd olurdular. Ola bilərdi ki, oğlan bir qızı sevsin, amma ailənin o qıza, onun ailəsinə münasibəti yaxşı olmasın. Bu sevda baş tutmayacaqdı, istisna kimi baş tutsaydı da, həmin ailə hər zaman davalı-şavalı olardı.

Eləcə də qız tərəfi. Min bir əziyyətlə böyüdüb ərsəyə gətirdiyi qızı hər qapılarına gələnə verməyəcəkdilər ki. Oğlan tərəf də, qız tərəf də övladları böyüdükcə kürəkən, gəlin axtarışında olardılar, ürəklərində, xəyallarında arzuladıqları kürəkəni, gəlini formalaşdırardılar. Oğlan tərəfin də, qız tərəfin də bir qayğısı həmişə bu olardı: ətraflarına, yan-yörələrinə həmişə göz qoyardılar ki, hansı qız necədir, hansı oğlan yaxşıdır. Bu, oğlan və qız tərəfi həm də neçə övladları var , onların hamısı evlənincəyə, gəlin köçüncəyə qədər ətrafla ünsiyyətini fəallaşdırıdı.Gək qaynayıb qarışasan, onların toyunda, hüznündə iştirak edəsən ki, fikir verib görəsən ki, ail necədir, onların övladları necədir.

Vaxt gələndə də xalalar, bibilər, bacılar başlayarlar qız nişan verməyə.

Bir ailənin toy məclisi bütün şəcərənin toy büsatına çevrilərdi.Yığışardılar, dəfələrlə məsləhət-məşvərət edərdilər. Toy gününə qədər bu xeyir işin neçə şərtini yerinə yetirərdilər. Bu proseslərdə hər iki tərəfə mənsub nəslin bütün yaxınları iştirak edirdi.

Onların toyunda bütün qohum-əqrəba iştirak edərdi, bütün kənd iştirak edərdi. Oğlan da, qız da bu nəsillərin, bütün el-obanın qarşısında həmişə cavabdehlik daşıyardılar.

 

Milli-mənəvi dəyərlərimizi necə itiririk və ya  kütləvi informasiya vasitələrində onu  necə  qoruyurlar - II yazı

 

Qız evinə parça aparardılar, bayramlarda pay aparadılar, gəlin gətirməyə gedəndə hər qohum şəstlə neçə gün öncə bu münasibətlə hazırladığı xonçanı aparmağa aparardı. Toy günü bütün qohum-qardaş, dost-tanış, bütün el-oba şənliyə cəm olub bu ailələrə gözaydınlığı verərdilər. Bunlar həmin toy məclislərinin, toy ənənələrinin rəsmi ssenarisi idi, amma hər bir belə elliklə başa gətirilən toy məclisinin gələcək ailənin davamlılığı üçün də böyük təsiri vardı.

Qədim insanların mövsüm və mərasimlərlə bağlı neçə-neçə ayinləri olub. Məhsulları bol olsun, ovları uğurlu olsun deyə, müxtəlif ayinlər keçiriblər. Bəli, o vaxtın toylarında elliklə keçirilən, toyun səhərisi günü isə keçirilən " Üzəçıxdı”, "Üçgünlük”, "Gəlinin qırxgünlüyü”,

"Gəlingördü”, "Ayaqaçdı”, "Qonaqçağırma” kimi çoxlu sayda ayinlər həmin ayinlərin mahiyyətini təmin edirdi.

İndi getdikcə bunlar unudulur. İndiki evlənənlərin 80 faizi yengə deyəndə, "Üzəçıxdı” deyəndə daş atıb başlarını tuturlar. İnternetdə, avtobusda, harda-harda rastlaşıb dərhal da izdivaca qaçırlar. Ailə, toy ritualları tamam yaddan çıxır. Yoxdur axı bunlar artıq. İndi inanmıram ki, sevgilərin ömrü 3-5 il olsun, 8 il olsun. Tanış olur və dərhal da evliliyə baş vururlar. Ürək, ədəb-ərkan, sevdiyi tərəfdə gələcək ailə səadətini təmin edəcək keyfiyyətlərin varlığını düşünən çox az... Toydan 5-6 ay keçməmiş aradakı uçurum dərhal görünməyə başlayır.

 

Milli-mənəvi dəyərlərimizi necə itiririk və ya  kütləvi informasiya vasitələrində onu  necə  qoruyurlar - II yazı

 

Qız tərəf deyəcək özün bəyəndiyindiyi getmisən, oğlan tərəf də deyəcək özün seçdiyindi almısan... İlk və yeganə qınaq da bu olacaq. Guya bundan sonra daha yaxşı olacaq deyə hər iki tərəf özlərini rahat hiss edir. Belələrinə qarşı bu gün cəmiyyətin qınağı azdır. Belələri heç nə olmayıbmış kimi karyera pillələri ilə yuxarı addımlayırlar, fəxriad alırlar, vəzifələrə təyin olunurlar, ekranlara cəmiyyətə dərs keçməyə dəvət edilir və s.

Keçmiş toy adətlərimiz yaşadılmalıdır. Onun müəyyən nizamlamalara ehtiyacı olsa da, məzmun və mahiyyəti eyni ilə yaşadılmalıdır, həm də qədirşünaslıqla.

Müasir gənclik  bizim dədə-babalardan miras qalmış  ailə dəyərlərinə sahib çıxmalıdırlar. Onu  yaşatmalı və qorumalıdırlar.  Bunun üçün  maarifləndirilmə işlərinə  ciddi ehtiyac var.  Aparılan maarifləndirilmə işləri həyatda təsdiqini tapmalıdır. Hansı ədəbiyyat və sənət adamının, publisistin, ağsaqqalın, ağbirçəyin fikirləri havadan asılı qalmamalıdır.  Ağsaqqal  və ziyalıların  dedikləri  bir başqa, cəmiyyətin  gedişatı bir başqa olmamalıdır.

 Bu saat gündəmdə evliliklərinin 30-40, hətta 50 illiyini yaşayanlar deyil,   2-3 dəfə evlənib boşananlardır.  Belədirsə, onda  heç bir maarifləndirmə cəhdi  uğurlu olmayacaq.

 

Milli-mənəvi dəyərlərimizi necə itiririk və ya  kütləvi informasiya vasitələrində onu  necə  qoruyurlar - II yazı

 

Milli-mənəvi dəyərlərimizi necə itiririk və ya  kütləvi informasiya vasitələrində onu  necə  qoruyurlar - II yazı


 Digər bir ciddi məsələ də    bu mövzuda söz deyən, proqram aparan  jurnalistin müdriklik statusundan asılıdır. Məsələn, bu xüsusda   Rövşanə xanımın  müsahibəsinə istinad etsək, Rövşanə xanım  özü hələ gəncdir,  olsun ki, hələ qayınana da deyil və ailə  münasibətlərinin     bu dövrünü hələ  yaşamayıb.  Özü qayınana olmayan   bütün analar   mübahisə edən  tərəflərə  xoş niyyətlərini ifadə edə bilər,  amma  ailə ziddiyyətlərində   gəlin üçün doğma ana kimi canıyananlıq    göstərə bilməz.

Ona  görə də istər  Rövşanə xanımın, istərsə də  yaşını qabaqlayıb   belə məsələlər haqqında söz demiş, söz deyəcək   hər kəsin    ağbirçəklik, ağsaqqallıq haqqı olmalıdır: belə insanlarımız görüb-götürmüş olmalıdır, ağbirçək, ixtiyar olmalıdırlar.

Şəxsən mən Rövşanə xanımdan fərqli olaraq  toylarımızın keçmişdəki kimi izdihamlı, bütün ayinlərə əməl edilməklə  keçirilməsini istəyirəm. Belə izdihamlı  toy mərasimləri  unudulmaz olduğu kimi, həm də  tərəflər qarşısında, istər  yeni ailə quracaq  gənclər arasında, istərsə də   onların ailələri arasında bir  məsuliyyət və cavabdehlik yaradır.  Gənclər  nəsil qarşısında, toyda onlara xeyir-dua verməyə gəlmiş  insanlar qarşısında özlərini  borclu bilirlər.

 40-50 il bundan əvvəl  kənd toylarında  bütün kənd  iştirak edirdi. Toy sahibi  bu məqsədlə əvvəlcədən bir öküz  saxlayırdı. Bir öküz  toyu yola  verməyə bəs edirdi. Süfrəyə yalnız çay, dovğa bir kasa da bozbaş    gətirilərdi.

Nəmər  salmaq məcburi deyildi. Salanlar da 5-10 manat  salardı ki, bu pullar da gənc ailəyə dəstək üçün verilərdi. Getdikcə toylarımızı  günümüzdəki vəziyyətə gətirdilər.

 Gənclərimizin əhd-peymanlarını  el-obanın  xeyir-duası ilə gerçəkləşdirən toylarımız  işbazların  korporativ maraqları üçün  vasitəyə çevrildi.

Toylar toy  sahibi, yeni ailə quranlar üçün deyil,  şadlıq saraylarının sahibləri üçün, manıslar üçün  xidmət etməyə başladı. Buna qarşı mübarizə aparmaq lazımdır. Qaldı ki,  Rövşanə xanımın babasının  yüz il bundan qabaq  kiminsə toyuna rus əlliliyi salıbsa,    aparıcı xanımın  indi onu qaytarmaq məsələsinə.  Narahat olmayın, babanız  kiminsə toyuna rus əlliliyi salıbsa, indi  siz onun  toyuna  seyil, o sizin xeyir işlərinizə nəmər salacaq. 

 Əgər biz istəyiriksə, gənclərimizin ailə ittifaqları möhkəm olsun,  ailə telləri qarşılıqlı sevgi və etimada əsaslanan  sevgi üzərində qurulsun,  milli  köklərimizə tapınmalıyıq. Yenilik,  kreativlik   istehsalatda, məişətimizdə ola bilər. Adət-ənənələrimizə, ailə dəyərlərimizə  heç bir yenilik, kreativlik yol tapa bilməməlidir. Biz gənclərimizə     ata-babalardan miras qalmış dəyərlərin   siqlətini  çatdıra bilməliyik. Bu vacib məsələnin  cəmiyyətə çatpdırılması üçün   ədəbiyyat, sənət  və kütləvi informasiya vasitələri ciddi addımlar atmalııdr.

Kütləvi informasiya vasitələrində  milli adət-ənənələrə, milli-mənəvi dəyərlərə münasibət bildirməyə şou nümayəndələri  deyil,  el ağsaqqallarına: ixtiyar qocalara, ağbirçək nənələrə,   zəngin  həyat təcrübəsi olan sənət adamlarına,    nümunəvi həyat tərzi sürən ailə başçıları   dəvət edilməlidir.  

Yadınızdadır, Zaur  bir vaxt  məktəbli qıza elçi  getmişdi? Vaxtilə məşhur adamlar elçi gediblər və onlar  getdikləri qapıdan heç vaxt naümid qayıtmayıblar.  Amma Zaur, Tolik, Elgiz, Sərxan hara, elçilik hara?  Ailə, sevgi məsələləri şou proqramlarına daxil edilməməlidir.

Bir çox telekanallarda uğursuz ailələrdən bəhs edən  verilişlər aaparılır.  Nəyə lazımdır belə məzhəkələr? Gedin nümunəvi ailələri tapın, sədəaqətli ər-arvad cütlüklərini tapın,  qızıl, brilyant toyları  yaxınlaşan  bəxtəvərləri   ekrana  cətirin, manşetlərə çıxarın. Gənclərə, təcrübəsiz ailələrə,  ilk dəfə qayınana, qayınata olmuş  şəxslərə onlar  yön öyrətsin. Belə verilişlərdə şit-şit şou mahnıları deyil,  insanların qanına, ruhuna işləyən  mahnılar səsləndirilsin, məsələn, Xalq artisti Yalçın Rzazadənin ifasında məşhur bəstəkarımız, Xalq artisti Tofiq Quliyevin  Xalq şairi Fikrət Qocanın sözlərinə bəstələnmiş  "Bəxtəvər qayınana”   mahnısı:


Sevinsənə, gülsənə,

Bir gəlin tapdım sənə.

Barmaqları qızıldır,

Özü də, bəy qızıdır.

 

Nəqarət:


Ay, bəxtəvər qaynana,

Nə durmusan, dur oyna....

 Son 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.