» » Gövhər də üzülüb çatlayar tamam, Sərrafdan almasa düz qiymətini

Gövhər də üzülüb çatlayar tamam, Sərrafdan almasa düz qiymətini

 
 MÜZAKİRƏ

Gözlər ağlamasın, gözlər neyləsin, 
Sən qaşa verəndə göz qiymətini.

B.Vahabzadə

Gövhər də üzülüb çatlayar tamam, Sərrafdan almasa düz qiymətini

 

Respublikanın Əməkdar artisti Baloğlan Əşrəfovun bir sıra kütləvi informasiya vasitələrində fəxri adlarla bağlı yazısı (Bax: https://yenixeber.org/medeniyyet/107770-baloglan-esrefov-yeni-medeniyyet-nazirinden-danisdi.html#.X_3wUTQ6L0A) diqqətimi çəkdi. Əslində, bu, yeni mövzu deyildir: ara-sıra mətbuat səhifələrində müxtəlif peşə, sənət sahiblərinin fəxri adlar almaq üçün müxtəlif formada ifadə etdikləri fikirlər yer almaqdadır, son dövrlərdə isə bir qədər daha da diqqəti cəlb edən şəkildə hiss edilməkdədir.
Məsələn, Mətbuat Şurasının sədri Ə.Amaşov mətbuata müsahibə vermişdi ki, "Mətbuatın 140 illik yubileyi münasibətilə mükafatlandırılmaya təqdim olunmaq üçün Şuraya 100-ə yaxın müraciət daxil olub".
Gənclər və İdman naziri Azad Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edərkən müraciətə gələnlərdən bəziləri ondan məhz fəxri ad istəyirlərmiş. Bu məlumat da Azad Rəhimovun mətbuata verdiyi bir açıqlamada yer almışdı.
"General olmağı arzulamyan əsgər yaxşı əsgər deyildir”. Rus hərb tarixinin məşhurlarından biri - Aleksandr Suvorov deyib bunu... Bu mənada hər kəs öz fəaliyyət sahəsində özünü kəşf etmək, sonra da cəmiyyətə təqdim etmək istəyir.Burada pis də heç nə yoxdur.
Amma gərək çalışdığın sahədə fəaliyyətin, açdığın yol , qoyduğun iz istək və iddiana uyğun olsun.
Fəxri ad hər hansı bir şəxsə yaradıcılıq fəaliyyətinə, mülki və xüsusi xidmət orqanlarındakı işinə görə dövlət və ictimai təşkilatlar tərəfindən verilir. Sən müəllimsən, hansısa məktəbdə bir stavka həcmində dərs yükün var, sinif rəhbərisən, fənn metodbirləşməsinin üzvüsən və s.
Ö üzərində işləməlisən, ixtisasını və peşə keyfiyyətini daim artırmalısan, yeniləməlisən, valideynlərlə iş aparmalısan, şagirdlərinin sinifdən və məktəbdənkənar fəaliyyətlərini faydalı məcraya yönəltməlisən. Bunların öhdəsindən layiqincə gələ bilən müəllim diaqnostik qiymətləndirmədən birmənalı olaraq uğurla çıxacaqdır.
Doğrudur, mən müəllimlərin işə imtahanla qəbul edilməsinin də, bu sayaq diaqnostik qiymətləndirilmə aparılmağının təərfdarı deyiləm. Sadəcə, fikirlərimi izah etmək üçün ondan istifadə etdim.
Mətbuatda yazılanlara, camaat arasında gəzən söhbərlərə görə, əksər rayonlarda, Bakıda daxil olmaqla, zəif nəticə göstərən müəllimlərin sayı yüksək nəticə göstərən müəllimlərin sayından artıqdır. Onda bu müəllim fəxri ad almağa necə iddialı ola bilər? Lap yüksək bal toplayanlar da həmçinin. Fəxri ad üçün şərtlər sənin gündəlik fəaliyyətinin çərçivəsini mütləq aşmalıdır. Bu nəticələr ildən-ilə özünü doğrultmalı, üstünə gəlməlidir. Təkcə gündəlik fəaliyyət də fəxri ad üçün yetərli deyil hələ. Onsuz da sən fəliyyətini peşən borcun kimi nümunəvi də nümunəvi də yerinə yetirməlisən. Əgər belədirsə, onda bu çalışqanlıq, yeniliyə meyillilik, yüksək intizam və məsuliyyət, fəaliyyət göstərdiyin kollektivin, rayonun, şəhər və respublikanın ictimai həyatındakı fəallığın əsas verir ki, işlədiyin məktəb sənin əməyinin, əldə etdiyin uğurlarının fəxri adla dəyərləndirilməsi üçün aidiyyəti orqanlara müraciət etsin.
Eləcə də digər peşə və fəaliyyət sahələrində belə olmalıdır. Ədəbiyyat, sənət və idman sahələri bir qədər spesifik sahələr olsalar da, ümumidəyər eynidir: Yazıçının da, bəstəkarın da, rəssamın da, memarın da, idmançının da, müəllimin də, həkimin də, inşaatçının da, kənd təsərrüfatı işçisinin də, sürücünün də, fəhlənin də, keşik çəkən əsgər və zabitin də, parta arxasında əyləşən məktəblinin də əməyi ictimai faydalı olmalıdır.Torpağa, xalqa, cəmiyyətə fayda gətirməlidir. Xalq da, dövlət də əsl qədirşünas olmalı, alimini, fəhləsini, müğənnisini, həkimini, əsgərini və zabitini vaxtında dəyərləndirməlidir. Həm də halallıqla, ədalətlə və şəffaf olmaqla. Bəxtiyar Vahabzadə haqlı olaraq demişdir:

Dağılar qaydalar, pozular nizam,
Verməsən hər kəsin öz qiymətini.
Gövhər də üzülüb çatlayar tamam,
Sərrafdan almasa düz qiymətini.
Fəqət, bu adlar həqiqi olmalıdır.

Əgər Xalq artisti adı fəxri adı verilmişsə, 6 üzlü zəri hansı formada havaya atsaq, ovcumuzda tutub açanda hansı üzü düşsə, orada "Xalq artisti” yazılmış olmalıdır.
Təəssüf ki, son illər bu sahədə müəyyən sapınmalara yol verilməkdə davam edir, xüsusilə musiqi ifaçılığı sahəsində. Bu barədə çox deyilib, çox yazılıb, amma deyilən, yazılan elə söz olaraq qalıb.
Xalq artisti, Xalq yazıçısı, Xalq şairi adı o deməkdir ki, sən bu işin ən sərraflarından biri olmaqla bərabər, şəxsi nümunənlə də cəmiyyətə təqdir olunmağa layiqsən.
Ona görə də bu adlar öz sahələrində sənətin ən yüksək zirvəsinə yüksələn və eyni zamanda xalqın da rəğbətlə qarşıladığı yaradıcı adamlara verilməlidir. Kimə gəldi bu adların verilməsi yolverilməzdir.
Anatollu Qəniyevin, Qulu Əgərovun, Rövşən Behçətin, Mais Salmanovun, Akif İslamzadənin, Hüseynağa Hadıyevin heç bir fəxri adı olmayıb. Amma indi də xalq onlara rəğbət bəsləyir.
47 il sənətə xidmət edən Sabir Mirzəyev kimi bir muğam ifaçısına yalnız 64 yaşında - 2007-ci ildə Əməkdar artist adı verilmişdi: 4 il sonra isə bu mahir ifaçı dünyasını dəyişdi.Sabir müəllim əsl Xalq artisti idi.
Süleyman Abdullayevin 81 yaşı var. 1960-1964-cü illərdə ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənmiş və
1964-cü ildən də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamışdır. Bu bənzərsiz muğam ustası da 47 il sonra – 2011-xi ildə Əməkdar arist adına layiq görülüb. Nə üçün Xalq artisti adı verilmir? Elə Xalq artistləri var ki, Süleyman müəllim onlarla müqayisədə zirvədir.
Yaqub Məmmədov gözəl muğam ifaçısı idi, ona Xalq artisti adını yalnız 60 yaşında vermişdilər.
Niyə, nə üçün belə olmalıdır?
Baloğlan müəllim iradlarında haqlıdır.
Bəli, sənətkarlıq məziyyətləri aldıqları fəxri ada uyğun olmayanlar bir deyil, iki deyil, 3 deyil...
Yeni Nazir insanların da rəyi ilə məlumatlı olmalıdır. Cəsarətli olmalıdıır, dişli olmalıdır.

Gövhər də üzülüb çatlayar tamam, Sərrafdan almasa düz qiymətini


Son dövrlər bir neçə başqa sənət adamı da bu mövzuda umu-küsüsünü dilə gətirmişdi.
Çünki layiq olmayana fəxri ad verəndə, fəxri ad almaq bu qədər adiləşəndə bunlar gözləniləndir. Belə davam edərsə, Tolik də Əməkdar İncəsənət Xadimi adını ala bilər, Zaur Kamal da
Tolikin, Zaurun auditoriyası böyükdürsə, hansı bir toy müğənnisinin salonu dolub boşalırsa, bunu peşəkarlıq kimi qəbul etmək heç də doğru deyil. Bugünkü auditoriyaların keyfiyyət tərkibi onsuz da düşündürücüdür.
Sosial mediada bir maraqlı şəkil paylaşılmışdı, yumorlu və düşündürücü: kitabxana qarşısında adam gözə dəymir, amma falçı xidmətinə böyük növbə var. Ölçünü itirmişik, halallığı itirmişik.

Gövhər də üzülüb çatlayar tamam, Sərrafdan almasa düz qiymətini


Ona görə də Şadlıq evlərinin aparıcı müğənniləri də fəxri ad almaq iştəhasına düşür. 2-3 dəfə rayonlara yolu düşəndə əsgərlər qarşısına çıxanlar da...
Süleyman Abdullayev Xalq artisti deyil, Səməd Səmədov Xalq artistidir və s .
Deyəcəklər ki, Xalq artistilərimizin əksəriyyəti el məclislərində iştirak ediblər və indi də edirlər. Onlar toya getməsəydilər də, Xalq artisti adına layiq idilər.
Ola bilsin ki, bəzi müğənnilərin ifa üslubu yaxşıdır, bu üslubun kifayət qədər də pərəstişkarları da var, deyək ki, müəyyən qədər də peşə fəaliyyətləri var. Amma Xalq artisti adına hələ layiq olmaya bilər.
Bunlara müəyyən fərqləndirici təltif və mükafatlar verilsin.Məsələn, "İlin ifaçısı”, " Qızıl səs”, "Şövkət Ələkbərova adına mükafat” laureatı və s.
Və yaxud "Əməkdə fərqlənməyə görə" medalının 3 dərəcəsi. Bunları alan və digər şəxsi keyfiyyətləri də bu nailiyyətləri ilə üst-üstə düşən şəxslərə fəxri adları buyurun verin , halaldır, gecikdirməyin, ən yüksək fəxri adlara layiq görün. Yoxsa eləsi "Xalq artisti", "Xalq yazıçısı", "Xalq rəssamı" və sair ən yüksək adlara təqdim oluna bilər ki, gerçəkdə cəmiyyət bunları qınayır. Olsun da deyirlər ki, Həsən bəy Zərdabi də Fəxri Xiyaban da uyuyacaq, bunlar da?
Sosial müzakirələrdə tanınmış sənət adamları da bu narahatçılığı dilə gətirirlər.
Xalq artisti, aktyor-rejissor Əbdül Mahmudovun bu fikri ilə həmrəyəm ki, sənət adamlarına "Xalq artisti” adı 50-60 yaşdan aşağı kimsəyə verilməli deyil. Xalq artisti təklif edir : "Şoumenlərə "Əməkdar artist” adı vermək olmaz, onlar üçün "əməkdar şoumen” adı təsis olunmalıdır. Çünki onlar xanəndə deyil ki, fəxri ad alalar. Bir də görürsən ki, Xan Şuşinskinin, Rübabə Muradovanın, Həqiqət Rzayevanın da aldığı ada layiq görülənlər lüt soyunub çıxırlar efirə. Azərbaycan xalqına bu yaraşmaz. Fəxri ad vermək üçün seçkilər təyin olunsun və demokratik şəkildə düzgün adamlara, xalq tərəfindən seçilən insanlara ad verilsin”.
 

Gövhər də üzülüb çatlayar tamam, Sərrafdan almasa düz qiymətini

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
ivermectin cream canada cost - <a href="https://ivermecti.com/">stromectol pill</a> ivermectin 0.1 uk
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
neurontin 300mg - <a href="https://gnsynthroid.com/">synthroid 0.175 mg</a> online pharmacy synthroid
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
stromectol tab - <a href="https://ivermecrx.com/">ivermectin 3mg dose</a> ivermectin 15 mg
  • Нравится
  • 0
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.