» » Allah bizi çörəklə imtahana çəkməsin: çörək insanlığın var olması üçün ümiddir (II yazı)

Allah bizi çörəklə imtahana çəkməsin: çörək insanlığın var olması üçün ümiddir (II yazı)

 

Allah bizi çörəklə imtahana çəkməsin: çörək insanlığın var olması üçün ümiddir (II yazı)  

Ona görə də bir qırılmış, qurumuş əl görə bilməzdin ki və yaxud ola bilməzdi ki, çörəyi zibilliyə atsın.
Dərsliklərimizin hamısında çörəklə, əmək adamları ilə bağlı nümunələr olardı. Televiziyada da belə idi, qəzetlərdə də.
Amma indi özəl telekanalların və portalların bəzəyi "gözqamaşdıran” (saytlar özləri belə yazır) modellərin, aktrisaların heç bir əndazəyə söğmayan çılpaq görüntüləri.
Sovet dövründə ümumtəhsil məktəblərində çörəklə bağlı söhbətlər aparılırdı, əmək adamları ilə görüşlər təşkil olunurdu. Ədəbiyyat dərslərində şagirdlərə aşağı siniflərdən başlamış ta sona kimi yaradıcı inşalar(sərbəst mövzular) təqdim edilirdi : qəhrəmanlıqla, torpaq, xalq sevgisi ilə bağlı, əmək və adamları ilə bağlı, kitabla, çörəklə bağlı. Şagirdlərin məktəbdən, kitablardan əxz etdikləri əxlaqi keyfiyyətlər məktəbdə qalmırdı, uşaqlar onları cəmiyyətə daşıyırdılar.İctimai yerlərdə məktəbdə əxz etdikləri bu münasibətləri gerçək hala gətirirdilər. Böyüklər bunu görürdü. Amma indi məktəblərdə yoxdu belə şeylər. Sinifdən və məktəbdənxaric işlərin səviyyəsi sıfır halındadır, ən yaxşı halda, çox aşağıdır.
Biz saytımızda bu mövzunu kifayət qədər dilə gətirmişik. Yerlərdə bu kimi məsələlərin həlli ilə məşğul olan idarə və qurumlar, məmurlar mətbuat oxuyurlar ki, narahatçılıqların məsuliyyətini qanlarında, canlarında hiss etsinlər. Dəfələrlə Xətai Rayon Bələdiyyəsində olmuşam, fikirlərimi bildirmişəm. Onlar cəmiyyətin rəyini hesaba almaq idrəçilik keyfiyyətinə malik deyillər. Əksər bələdiyyələrdə  vəziyyət belədir.
 

Allah bizi çörəklə imtahana çəkməsin: çörək insanlığın var olması üçün ümiddir (II yazı)


Allah bizi çörəklə imtahana çəkməsin: çörək insanlığın var olması üçün ümiddir (II yazı)

 

Allah bizi çörəklə imtahana çəkməsin: çörək insanlığın var olması üçün ümiddir (II yazı)

  

 

Allah bizi çörəklə imtahana çəkməsin: çörək insanlığın var olması üçün ümiddir (II yazı)

 

Qardaş Türkiyədə bələdiyyələrin fəaliyyəti ilə maraqlananda adam həsəd aparır. Niyə bizdə belə təşəbbüskarlıq, canıyananlıq olmasın?
  Məsələn, Türkiyənin Qızılordu, Tərkidağın Qapaqlı  Nevşehir  və sair  kimi bir çox bələdiyyələrində   ən əziz nemətimiz olan çörəyə  sevgi, qədirşünaslıq duyğusu  yaratmaq, çörək israfının qarşısını almaq,  hansı səbəbdən olursa-olsun, artıq qalmış  boyat çörəklərin   hara gəldi atılmasının qarşısını almaq məqsədilə  davamlı layihələr keçirilir.  Məsələn , Nevşəhr bələdiyyəsində  bu məqsədlə  Bələdiyyə başçısı  və bələdiyyənin   təmizlik işləri  bölməsinin müdiri  bu layihələrə özləri də qatılır. Onlar "Çörək ən vacib ruzimizdir, yeri zibillik deyil" şüarı  məhəllələrdə hərəkata başlayırlar.  İlk olaraq 21 məhəllədə 100 boyat çörək qutusu qoyulur.

İnsanlar arasında  maarifləndirilmə işləri aparılır. Lap bu maarifləndirilməni bağçalara da aparmaq lazımdır. Bu mövzuda  müsabiqələr keçirmək, qalibləri məhəllərdə valideynlərin iştirak etdiyi  yığıncaqlarda təltif və təqdir etmək olar.

 

Allah bizi çörəklə imtahana çəkməsin: çörək insanlığın var olması üçün ümiddir (II yazı) 
 
Allah bizi çörəklə imtahana çəkməsin: çörək insanlığın var olması üçün ümiddir (II yazı)

Bir dəfə bizim müraciətlə əlaqədar olaraq Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları 96 nömrəli MİS nin xidmət gördüyü əraziyə gəlmişdilər, guya baxış keçirməyə. Halbuki, onlar vaxtaşırı olaraq xidmət etdikləri ərazinin sanitar-ekoloji vəziyyətinə baxış keçirməlidirlər. Adi vaxtlarda kimsə belə hal görüb, deyə bilmərəm, mən görməmişəm. MİS rəisinin otağında mən türkiyə təcrübəsini xatırlatdım. Mərkəzin əməkdaşı dedi ki, Türkiyə başqa ölkədir, biz başqa. Hər dövlətin öz qanunları var, onlar ayrı, biz ayrı. Yaxşı nümunə hansı ölkədə olursa-olsun, lap bizim ölkəmizlə isti münasibətləri olmayan ölkələr olsun, müsbət nümunələri əxz etmək niyə olmasın ki? Məsələnin mahiyyətində dayanan həqiqət isə budur ki, yerlərdə məmurlar islahatçı deyillər, yenilikçi deyillər. Ayrı-ayrı qurumlar bir-birləri ilə üz-üzə gəlmək istəmirlər. Qarşılıqlı etmad, əməkdaşlıq, ümumi iş naminə prinsipiallıq yoxdur bu məmurlarda. Bu cür xidmət işə dolanışıq, güzəran üçün gəlib-getməkdən başqa bir şey deyil.

Heç bu məmurlar, bəlkə də bilmir ki, bu gün dünyada 1 milyarda yaxın insan aclıqdan əziyyət çəkir. Bizdə bunun statistik rəqəmlərlə ifadəsini göstərən heç bir statistika yoxdur. Bu da o anlama gəlir ki, guya, ölkəmizdə çörək israfı yoxdur. Əgər bunu dilə gətirsələr, işləmək lazım gələcək axı. İstər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları isə belə fəaliyyətə hazır deyillər.

Məsələnin sırf mənəvi tərəfini qoyaq bir tərəfə, israf olunan çörək həm də iqtisadiyyatımıza edilən qəsddir. Məsələn, internetdən əldə etdiyimiz məlumatlara görə, Türkiyədə hər gün hasil edilən 91 milyon çörəkdən 5 milyona yaxını yeyilməyib tullantıya çevrilir. 1 ildə bu şəkildə israf olunan çörəyin pulunu hesablasaq, bu, neçə-neçə bağça, məktəb, xəstəxana inşa etməyiə yetər.

Bunlar eləcə də təbiətə, yaşıllıqlara münasibət, fərq qoyulmadan necə gəldi zibil çənlərinə atılan, yandırılan məişət tullantılarına elə tullantı kimi baxırlar. Onlar bunu da bilmirlər ki, "1 ton kağız istehsalı üçün 17-24 ədəd ağac lazımdır. Tullantı kağızları təkrar istehsal yolu ilə yenidən istifadəyə qaytaran zaman ağacdan ilk olaraq istehsal edilən kağızlara nisbətən 70% daha az enerji lazım gəlir. Hər 1 ton kağızın yenidən kağız kimi istifadəyə qaytarılması 17 ağacı qorumaq deməkdir, ən azından 298 litr neftə, 26 500 lt suya, 41 000 kilovat enerjiyə qənaət deməkdir".

Sadaladığım bu məsələləri fəaliyyət planına daxil edən bələdiyyə, MİS, yaşıllaşdırma təsərrüfatı, məktəb, QNT tanıyırsınızmı, tanıyırsınızsa, buyurun, yazın. Gedib tanış olaq. Kağız üzərində yox ha, məhəllələrdə, parklarda, mərkəzdən uzaq ərazilərdə sussuzluqdan genini, boy-buxununu dəyişən ağaclara qulluq edən yerlərdə... Yaşayış binalarının qarşısındakı bağçalarda yaşlı adamların, qadınların, uşaqların nümunəvi rahatlığı üçün tər tökəndə.

Çörəyə sevgi hər-yerdə nümunəvi həyat tərzindən başlayır, ahıllara, uşaqlara, qadınlara ehtiramdan başlayır. Dünyaya göz açan körpə belə sağlam mühitdə böyüməli, hər addımda bunları görməlidir. 

Allah bizi çörəklə imtahana çəkməsin: çörək insanlığın var olması üçün ümiddir (II yazı)

                                                                            Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.