» » Allah bizi çörəklə imtahana çəkməsin: çörək insanlığın var olması üçün ümiddir (I yazı)

Allah bizi çörəklə imtahana çəkməsin: çörək insanlığın var olması üçün ümiddir (I yazı)

 
MÜZAKİRƏ

 

Allah bizi çörəklə imtahana çəkməsin: çörək  insanlığın var olması üçün ümiddir  (I yazı)

 

Hazırda dünya əhalisinin sayı 7 milyard nəfərə yaxındır. BMT-nin proqnozlarına görə 2050-ci ildə Yer kürəsinin əhalisi 9,3 milyard nəfərə çatacaqdır. Belə bir şəraitdə bəşəriyyətin ərzaq təhlükəsizliyi dünyanın ən qayğısı olacaqdır. Bu qayğıların uğurlu və etibarlı həllində dövlətlə yanaşı, insanların özlərinin də cavabdehliyi var. Təbii ki, bütün ölkələr və həmin ölkələrin dövlətləri üçün bu məsələ ən birinci prioritetdir, dövlətlərin, ümumilikdə, dünyanın qlobal qayğısıdır.
Amma ərzaq və qida istehlakına, alternativ qida mənbələrinə insanların özünün şüurlu münasibəti olmazsa, bu problemin ağıllı və düşünülmüş həlli mümkün olmayacaqdır.
 Çörəyə şüurlu münasibətin olması  kiçikdən  böyüyə qədər  bütün cəmiyyətin maarifləndirilməsindən, insanlarda çörəyə qədirşünaslıq  hissinin   yaradılmasından  başlamılıdır. Azərbaycanda çörək israfı ilə bağlı  kimin  anlayışı var?   İnternetdə bununla bağlı axtarıç aparsam da, aydın-anlaşıqlı heç nə tapa bilmədim. Bəzi məlumatlar olsa da, problem ümumi sözlərlə ifadə olunub.  Halbuki, çörək israfının mahiyyətini doğru-düzgün anlatmaq üçün  belə məlumatları  geniş və əhatəli şəkildə  izah etmək lazımdır. 
Türk saytlarında  apardığım  araşdırma isə kifayət qədər dolğun idi. Məsələn, Türkiyədə çörək israfı vəziyyətinin  araşdırmasına görə, gündə 101 milyon, ildə isə 37 milyard ədəd çörək istehsal olunur.

İstehlak  nəzərə alaraq ölkədə gündə 95, ildə milyon və 35 milyard ədəd çörək istehlak olunur.

Tullantılar say baxımından hesablanarsa; gündə 6 milyon ədəd, ildə isə 2,1 milyard ədəd çörək israf olunur.  Bu israf miqdarca hesablanacaqsa, gündə 1.486 ton və ildə 542 min ton olaraq çörək israf olunur. Başqa sözlə, istehsal olunan ümumi çörəyin 5.9   % -i  israf olunur.

1 kq çörək üçün 1 kq buğdadan istifadə olunur.

Türkiyədə ildə 542 min ton buğda israf olunur.

Adambaşına çörək istehlakı gündə 320 q, adambaşına israf  isə gündə 20 qr olur..

Bir gündə israf olunan  6 milyon ədəd çörəyin:

 -sobalarda 3 milyonu (51.4%),

- 2.3 milyonu ev təsərrüfatında (37.9%),

-  0.6 milyonu idarə və tələbə yeməkxanalarında, restoran və mehmanxanalarda israf olunur (10,7%).

Çörək tullantılarının iqtisadi ölçüsü 1,5 milyard TL-dir.

Hər il israf olunan çörəyin pul dəyəri  həcmi 1.5 milyard TL ilə  ölçülür. Bu pulla  162 min  nəfərin minimum əmək haqqı ödənilə bilər, 460 min universitet tələbəsinə 12 ay ərzində aylıq 280 TL təqaüd verilə bilər, 100 çarpayılıq 80 xəstəxana və ya 16 sinif otağı olan 500 məktəb inşa edilə bilər və 500 km magistral  yol  inşa edilə bilər.

Bir ildə 2,1 milyard ədəd çörək israf olunarsa,  bu,  bütün ölkənin 23 günlük çörək ehtiyacını tam ödəyə bilər.

 

 

Allah bizi çörəklə imtahana çəkməsin: çörək  insanlığın var olması üçün ümiddir  (I yazı)


 

 Çörək israfının qarşısının alınması üçün görülməli  tədbirlər:

 

• Çörək  evlərə və müəssisələrə lazım olduğundan artıq

alınmamaldır,

• Yemək salonlarına   verilən çörək örtülmüş və ya qablaşdırılmış kimi təqdim edilməlidir,

• Yemək salonlarına çörək nazik dilim  kimi doğranaraq təqdim edilməlidir,

• Müəssisələrdə insanlar ehtiyac duyduqları qədər çörək yeyilməli, israfa yol veriməlidir,  

• Çörək lazım olduğundan çox istehsal olunmamalıdır,

• Çörək istehsalında işçilərin peşəkarlığı artıtılmalıdır ki, itki olmasın,

• Çörəyi düzgün üsullarla saxlamaq lazımdır,

• Bayat çörəyi  müvafiq üsullarla yenidən süfrəyə qaytarmaq  lazımdır və s.


  Bizim mətbuatda və televiziya kanallarında da bu cür  statistikaya  ehtiyac duyulur. Çünki bizm ölkənin əhalisi  Türkiyənin  əhalisinin sayından az olsa da, bu saya görə,  çörək  israfı ciddi narahatçılıq doğurur.
Mən təkcə yaşadığım ərazidə hər gün atılan çörək qırıntılarını, nəinki qırıntılarını, bəzən bütöv şəkildə atılan çörəkləri görəndə çox sarsıntı keçirirəm. Bilirsiniz, hər gün israfa nə qədər çörək  gedir? Olsun ki, hər gün, hər gün olmasa da, 3 gündən bir küçəyə, ağacların-kollarında dibinə selofan torbalarda boyatımış çörək atanlar belə düşünürlər ki, bu çörəyin pulunu veriblər, onlar dövlətə zərər vurmurlar. Bu gün çörəyin qiyməti 35-40 qəpiyədir, bəlkə buna görə çörəyi ucuz tuturlar, selofan paketlərdə hara gəldi qoyanda, atanda vicdanları ağrımır, 35-40 qəpiklik xərc vicdanı ağrıdarmı? Cibindən düşən 35-40 qəpiyə
əhəmiyyət verməyən həmcinslərimiz küləyin apardığı 10 manatının dalınca , təbii ki, 100 metrlərlə qaçar.
 

Allah bizi çörəklə imtahana çəkməsin: çörək  insanlığın var olması üçün ümiddir  (I yazı)

 

Amma nə qədər müddət, zəhmət, vəsait bahasına ərsəyə gələn çörəyi yanmadan, fərqində olmadan məişət tullantıları toplanılan yerə atırıq.
Yaşlı adamlardan biri mənə söyləmişdi ki, aclıq illərində uşaqlar çörək üçün ağlaşırdılar. Barmağımdan nişan üşüyümü verib yarım pud un almışdım.
Allah bol etsin, piştaxtalardan, süfrələrimizdən çörəyimiz heç tükənməsin. Fəqət, "qədərsiz di deyə, bu qədər də qədirsiz etməməliyik” çörəyi.
Axı belə davam edərsə, çörək tükənə bilər axı, iraq-iraq. Çörək olmasa, mahnı da olmayacaq axı. Çörək olmasa, sevgi də olmayacaq axı...
Çörək olmasa. Vətən də əldən gedəcək.
Fərqində deyilsinizmi ən müqəddəs and amanlarımız, dualarımız çörəklə bağlıdır. Bütün xalqlarda ən hörmətli qonaqları duz-çörəklə qarşılayarlar.
Bütün bunlar aydın ikən, hər gün səkilərdə, ağacların dibində, zibilliklərdə insanlıq adına utanc olan mənzərələri necə izah edək, necə üstündən ötüb keçək?
Kimdir günahkar, onu atanmı, valideynlərmi, evin qadınlarımı, yox, şagirdindən tutmuş üzüyuxarı hamı günahkardıq. Bu naşükürlükdə hər kəsin cavabdehliyi var.
40-50 il bundan əvvəlki vaxtlarda biz gördük ki, valideynlərimiz, baba-nənələrimiz süfrədən kənarda çörək parçası görsə idilər və yaxud təndirbaşında, təndirdən təhnə ilə evə daşyanda təsadüfən çörək yerə düşsə idi, dərhal götürər, 3 dəfə öpüb gözlərinə yaxınlaşdırardılar. Belə inancları ilə böyüklər uşaqlara  həyatları boyu gərəkləri olacaq həyat dərsi verirdilər.  O illərin nəsillərinin  yaddaşına bu dərs elə hopub ki,  mən inanmıram yaşı 60-ə keçmiş ailələrin süfrəsindən "tullantı çörək" yaransın, onlar da uşaqlarına, nəvələrinə versinlər ki, apar bunu zibil yeşiklərinin yanına qoy. Belə edənlər  daha sonrakı nəsillərdən  təzahür edən naşükürlük əlamətləridir. Bunu edənlər  işlədiyi zəhmətdən 100 dəfələrlə artıq paraya  sahib olanların ətrafıdır.   Küçə, asfalt döşəyənin, müəllimin, kitabxana, muzey işçisinin ailəsində çörəyə  belə qədirsiz münasibət bəsləyərlrmi?
 

Allah bizi çörəklə imtahana çəkməsin: çörək  insanlığın var olması üçün ümiddir  (I yazı)

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
ivermectin 3mg for lice - <a href="https://ivermecti.com/">stromectol brand</a> stromectol xr
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Albuterol online - <a href="https://gnrventolin.com/">buy ventolin inhaler</a> ventolin price australia
  • Нравится
  • 0
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
generic tadalafil cost 20mg - 5mg tadalafil daily
  • Нравится
  • 0
  • Fbpycl

  • 1 sentyabr 2021 05:51
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
stromectol canada - stromectol in canada
  • Нравится
  • 0
  • Rraltt

  • 2 sentyabr 2021 07:19
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
prednisone australia - <a href="https://prednislon.com/">prednislon.com</a> 40 mg prednisone daily
  • Нравится
  • 0
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.