» » » Orta və ali məktəblər bu tarixdən açılır - Təhsillə bağlı son qərarlar açıqlandı

Orta və ali məktəblər bu tarixdən açılır - Təhsillə bağlı son qərarlar açıqlandı

Müəllif: Anaveusaq.az от 7-09-2021, 16:00
Orta  və ali məktəblər  bu  tarixdən açılır  - Təhsillə bağlı son qərarlar açıqlandı


Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq.
Orta və ali məktəblər bu tarixdən açılır - Təhsillə bağlı son qərarlar açıqlandı
Bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.

"Azərbaycanda tədrisin 1-2 həftə gec başlaması hazırda ölkədə koronavirusa yoluxma sayının çox olması ilə bağlıdır”,- nazir Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, ötən həftədən başlayaraq yoluxma sayında azalma hiss olunsa da, rəqəmlər hələ də üç min civarındadır: E.Əmrullayev qeyd edib ki, məktəblərdə 5 günlük dərs qrafiki olacaq, bəzi təhsil müəssisələrində isə 6 günlük qrafik olacaq.

"Yaxın günlərdə ali və orta ixtisas təhsili müəssisələrində təşkilati məsələlərlə bağlı qaydalar hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq”, - deyə brifinqdə nazir Emin Əmrullayev bildirib.

O, əyani təhsilə keçiddə böyük auditoriyalarda çoxlu sayda tələbə ilə mühazirələrin keçirilməsinin əleyhinə olduğunu vurğulayıb: "Biz mühazirələrdə təxminən 50 nəfərin iştirakını nəzərdə tuturuq”.

Nazir həmçinin şagird və müəllimlər arasında COVİD-19 infeksiyasına yoluxma faktlarından danışıb.

O qeyd edib ki, gün ərzində 10 faizə qədər yoluxma faktları məktəblərdə olan müəllim və şagirdlər arasında olur: "Növbəti həftələrdə proqnozlaşdırırıq ki, daha az yoluxma sayı görəcəyik".

Təhsil Nazirliyi şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmir. Nazir Emin Əmrullayevin sözlərinə görə, vətəndaşların müəyyən məkanlara daxil olması üçün onlardan COVID-19 pasportu tələb olunur ki, bu prosesə də aidiyyəti qurumlar nəzarət edir: "Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik. Lakin düşünürük ki, hər bir vətəndaş vaksinasiya prosesinə aktiv qoşulmalıdır. Valideyn məktəb binasına daxil olursa, məsuliyyəti dərk edərək vaksin olunsa, yaxşıdır”.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev isə brifinqdə deyib ki, dərs vaxtı təhsil işçisinin və şagirdin hərarəti qalxsa, məktəblərdə xüsusi otaqlar hazırlanıb. O şəxs dərhal izolyasiya otağına yerləşdirilir.

O bildirib ki, əgər hansısa məktəbdə yoluxma varsa, Gigiyena və Epidemiologiya mərkəzinə və məktəb rəhbərliyinə məlumat verilir: "Mərkəz tərəfindən araşdırma aparıldıqdan sonra qərar verilir ki, sinif, yoxsa məktəb bağlanır".

Özəl məktəblər pandemiyadan əvvəlki dövrdə təqvimləri dövlət müəssisələrindən fərqlənir. Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

Nazir bildirib ki, onlarda tədris müddəti daha uzun olur: "Məktəbləri tez açdıqda daha çox yoluxma olur deyə, qaydalar onlara da şamil edilir. Riskləri qiymətləndirib tədrisin başlamasını planlaya bilərlər. Özəl məktəblər daha kiçikdir, say etibarilə azdır. Onlar özləri qərara verib 1-2 həftə daha tez başlaya bilərlər. İstədikləri halda gec də başlaya bilərlər".

Emin Əmrullayev onu da bildirib ki, distant və ya hibrid təhsil nazirliyin xüsusi sevimli forması deyil: "Ənənəvi təhsilə qayıtmaq o demək deyil ki , pandemiya bitib. Vaksinlənmə faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir. Məktəblərdə yoluxma halları baş verəcəksə, məktəblər üzərindən həmin yerlərə uyğun qərar veriləcək. Bir şagird yoluxubsa, buna əsasən sistem üzərindən ümumi qapanmaya ehtiyac yoxdur"


"Çox sayda müəllim var ki, koronavirus əleyhinə vaksinasiyadan imtina edirlər”, - deyə, brifinqdə nazir Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, tibbi və sağlamlıq baxımından vaksinasiya vacibdir.

Nazir qeyd edib ki, 18 yaşdan yuxarı tələbələr, habelə təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstərişlə bağlı sənəd təqdim etməlidir: "Bu barədə güzəşt olmayacaq. Bu, müəllimlərə də aiddir”.

"Azərbaycanda pandemiya bitməyib. Vaksinasiya prosesi sürətləndikcə vəziyyət yaxşıya doğru dəyişməlidir”, - deyə, brifinqdə nazir Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, hansısa təhsil müəssisəsində müəyyən yoluxmalar qaçılmazdır: "Bu zaman ayrı-ayrı məktəblər üzərindən həmin yerə uyğun qərarlar veriləcək. Məsələn, bir şagird 13 nəfərlə ünsiyyətdə olursa, daha məhdud qapanmalara gedilməsinin tərəfdarıyıq, nəinki bütün məktəbin bağlanmasının”.

"Əgər şagirdlərdə hərarət, narahatlıq varsa, valideyn məktəbə iltizam vərəqəsi verməlidirlər”, - deyə, brifinqdə təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, ötən il bəzi valideynlər koronavirusa yoluxsalar da, uşaqlarını məktəblərə yollayırdılar: "Buradan valideynlərə səslənirəm ki, qaydalara riayət etsinlər”.

Emin Əmrullayev ölkə üzrə vaksin olunan təhsil işçilərinin sayını açıqlayıb.

Onun sözlərinə görə, 82 faizə yaxın təhsil işçisi peyvənd olunub: "Bu, 169 862 nəfər təhsil işçisi deməkdir. Vaksinin hər iki dozasını qəbul edən təhsil işçilərinin sayı 138 mindən çoxdur”.

"Övladını məktəbə göndərən valideynlərdən COVID-19 pasportu tələb edilmir”, - deyə, brifinqdə nazir Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, yayılan məlumatlar düzgün deyil: "Valideyni vaksinasiya edilməyən şagird məktəbə buraxılmayacaq”, deyə tələb yoxdur. Amma məktəbə daxil olacaq valideyndə bu pasportun olması yaxşıdır”.

Təhsil Nazirliyi ölkədə davam edən karantin qaydaları ilə bağlı valideynlərə çağırış edib.

Brifinqdə təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki övladlarını məktəbə gətirən valideynlər orada sıxlıq yaradır: "Biz məktəb daxilində qaydaları təmin edirik. Xahiş edirəm ki, valideynlər məktəb qarşısında məsafə saxlasınlar”.

"Ötən il məktəblərimizdə 85 626 sinif olub ki, onların 57 faizdən çoxunda, yəni 49 minində şagird sayı 20-dən azdır” - deyə, nazir Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, digər 23 faiz məktəbdə 21-25 nəfər təhsil alır: "40 nəfər və daha çox şagirdin olduğu sinif sayı 311-dir. Bu da bütün siniflərin 0,4 faizini təşkil edir. Bu rəqəm az olduğu üçün, düşünmürəm ki, yoluxma sayına ciddi təsir etsin”.

"Ali təhsil müəssisələrində peyvənd olunmayan tələbələrin tədris prosesində iştirakı ilə bağlı hazırda müzakirələr aparılır”, - deyə,brifinqdə nazir Emin Əmrullayev bildirib.

O qeyd edib ki, yaxın günlərdə bu məsələ ilə bağlı yekun qərar veriləcək.

"AzPolitika.info"

***

Yeni tədris ilinin hansı formada təşkil olunması ilə bağlı təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçirilir.

Konfransda təhsil naziri Emin Əmrullayevlə yanaşı Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və təhsil nazirinin müşaviri Rüstəm Ağayev iştirak edir.

Brifinqdə yeni tədris iliylə bağlı qərarlar açıqlanır.

Mənbə: https://azpolitika.info/?p=643192

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.