» » » Milli-mənəvi dəyərlərimizi necə itiririk - I yazı

Milli-mənəvi dəyərlərimizi necə itiririk - I yazı

 

Milli-mənəvi dəyərlərimizi necə itiririk - I yazı


Məqsədim kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərimiizin necə gəldi şərh edilməsinə fikir bildirməkdir.  Və onu da deyim ki, biz mətbuat və televiziya ilə bağlı fikirlərimizi həm öz saytımızda , həm də digər sosial şəbəkələrdə dəfələrlə ifadə etmişik. İllərdir bu fikirlər başqa təəssübkeşlər tərəfindən də dilə gətirilməkdədir, çifayda, məhəl qoyulmamaqdadır.
Mənim bildiyimcə, mətbuat ilk dəfə bizim eramızdan əvvəl "Günün hadisələri” adlanan vərəqdən ibarət olmuşdur. Daha başqa ölkələrdə də dərc edilən qəzetlərin missiyası insanları gündəlik hadisələrlə tanış etmək olub. Zaman irəli getdikcə mətbuatın ən yaxşı "kollektiv təbliğatçı”, "kollektiv təşkilatçı” olduğu məlum oldu. Onun məqsəd və məramına təkcə insanları gündəlik xəbərlərlə tanış etmək, əyləndirmək yox, həm də maarifləndirmək, tərbiyə etmək missiyası əlavə edildi.
Ona görə də mətbuat gerçəkliyi dəqiq, qərəzsiz və vicdanlı əks etdirməli, mühüm və vacib olanları ictimaiyyət üçün əhəmiyyətli və maraqlı etməyə can atmalıdır, insanların cəmiyyətlə normal münasibətlər qurmasına şərait yaratmalıdır. Jurnalist ictimai nəzarətçi statusunda meydanda olmalıdırsa, mətbuat vəteleviziya da cəmiyyətdə tənqid, habelə kompromis əldə edilməsi üçün ictimai forum olmalıdır.
Görünən isə budur ki, bugünkü özəl telekanallar, elektron KİV-lər öz fəaliyyətlərini cəmiyyətin düşündüyü kimi qura bilmirlər. Qura bilmədiklərini özləri də bilir və zərrəcə ehtiyatlanmırlar, məsuliyyət hiss etmirlər.
 Biz yuxarıda jurnalistikanı prinsipləri, məramı haqqında başa düşdüyümüz qədər az da olsa fikir bildirdik. Gerçəkdə isə əksər mətbuat və özəl kanallar ictimai tribuna cavabdehliyi daşımır, bunu heç qafalarına sığışdıra bilmir, dolanışıq hərisliyində gərəksiz mövzuları, erotik duyğulara bələdçilik edən görüntü və şəkilləri paylaşırlar. Çünki qanı, canı, ruhu qələmlə, qələmin müdriklik səlahiyyəti ilə birikmiş əsl jurnalistlər qalıb kənarda, televiziyada rəhbər vəzifələrə, yaradıcı reaksiyalara təsadüfi adamları seçib doldurublar. Azərbaycan musiqisini zaman-zaman qorumuş, sevdirmiş sənət adamları ( müğənni, bəstəkra, aktyor və s.) üşün süni baryerlər yaradılıb, küsdürülüb, incidilib sənətdən uzaqlaşdırılıb, Toliki, Zaur Kamalı, Zaur Baxşəliyevi, Xoşqədəmi, Sərxanı, Əli Mirəliyevi, Əlikramı, Nadiri, nə bilim hansı modelləri, şou müğənnilərini keçiriblər yuxarı başa. Olsun ki, Nadirin pərəstişkarları İlkin Əhmədovun pərəstişkarlarından az da deyil. Amma mənəvi baxışlarına görə İlkinin dinləyiciləri daha üstündür.
Nadirin tez-tez saytlara verdiyi açıqlamaları izləmirsinizmi:   bir tərəfdən  özünü müdrik kimi  göstərmək istəyir,  o biri tərəfdən də  paylaşdığı şə
killərlə  şou adamlarına yanıq verir, özünü onların fövqünə qaldırmaq istəyir. 
Hansı sayta üz tutursan, bunlar açıqlama verir, məsləhət edir, əxlaq dərsi verirlər.
Tolik, Əli Mirəliyev, Elgiz Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, jurnalistikamızın ustadlarından dərs almış peşəkarlar ortada yoxdur, meydanı veriblər bunlara.
İmkanı hesabına 5-3 mahnı klipləşdirən özünü cazmen, bəstəkar, rejissor və sair hiss edir. Onların səsini yayan şou mətbuatı və televiziyası da, maşallah, onların qulluğunda dəmadəm hazırdır.
Mətbuat, televiziya yazmağa, ekranlaşdırmağa mövzu tapmır. 44 günlük müharibənin yaratdığı assosiasiya ancaq qazanılan Zəfərdən qaynaqlanır. Bizim hünərvər oğullarımızın obrazını, özlərinə layiq obrazını görmədik mətbuatda, televiziyada. Dövlət mətbuatında ancaq titulu və statusu olanlar dərc olunur, digər mətbu vasitələrdə isə əsasən şou nümayəndələri, bəlli Millət vəkilləri ( 10-15 Millət vəkili).
Amma biz istərdik ki, mətbuatın da, televiziyanın da mərkəzində sadə adamlar daha çox olsun: müəllimlər, mədəniyyət işçiləri(kitabxana, muzey, arxiv nəzərdə tutulur), qəhrəman əsgərlərimizin valideynləri, el-oba ağsaqqalları.
Bir şou adamı olsun ki, müəyyən auditoriyaya malikdir. Onun rəyi rəylər içərisində yer ala bilər, amma ümumi halda cəmiyyətə söz deyə bilməz.  Belə şəxslər, adətən, populist fikirlərlə diqqət çəkmək istəyəcək.
Qələbəmiz haqqında, Ali Baş Komandan haqqında, Milli ordumuzun əsgər və zabitləri haqqında sadə bir adam söz desə, onu kimdir manşetə çıxaran, amma Millət vəkilinin, müəyyən fəxri adı, statusu olan şəxsin yazısını bütün mətbu vasitələr gözləyir ki, manşetə çıxarsın: yoxlamadan,  kəm-kəsirini redaktə etmədən.
Xüsusilə müsahibə janrında qeyri-peşəkarlıq diqqəti daha çox cəlb edir.
Müsahibə cəmiyyətdəki bütün vacib hadisələrə rəsmi şəxslərin, ayrı-ayrı sahələr üzrə mütəxəssislərin mövqeyini, eləcə də baş vermiş hadisələrin şahidlərinin söylədiyi məlumatları operativ və birbaşa auditoriyaya çatdırmaq imkanı verir.
Amma mübahisələrin coğrafiyası təkgə bunlarla kifayətlənmir axı.

Müsahibə həmçinin cəmiyyətin qəbul etdiyi, fəaliyyəti ölkənin, xalqın səadətinə həsr olunan şəxslərin ( faydalı və böyükqəlbli insanlar) həyat və yaşam haqqındakı fikirlərini əks etdirən bir tribunadır. Odur ki, hər  bir informasiya ya cəmiyyətin həyatında baş verən mühüm ictimai-siyasi, mədəni hadisələri insanlara çatdıqmaq amacında olmalı, ya da insanların əxlaqi-mənəvi dəyərlərin varisləri olmasına xidmət etməlidir. Demirik insanların əylənmək hüququ yoxdur, amma əylənmək də ağayana olmalıdır, məzmunlu olmalıdır.
Saytların birində yazılır ki, türkiyəli  sənətçilər - müğənni İrem Derici ilə   sevgilisi Cem Belevi ayrılıb. Daha sonra bildirilir ki, bunların sevgiləri cəmi bir ay çəkibmiş. Sayt tərəflərdən heç kəsin məsələ ilə bağlı hələlik açıqlama vermədiyinə təəssüfünü də gizlətməyərək, onların açıqlamalar verəcəyi anonsuna da işarə edir.
Kimə lazımdır belə sevgi nümunəsi , belə sevgililər, belə  sənətçilər? Hansı məşhur gözlərinin qurdunu öldürür, mətbuat onu cəmiyyətə tirajlayır. Siz cəmiyyətə belələrini deyil,  ölçü nümunələri gətirməlisiniz, hədəf müəyyən etməlisiniz.
Bu gün pozulan nikahların artmasında, dağılmış ailələrin daha çox yeni evliliklər arasında olmasında  zərərli ideoloji təsirlər əsas faktordur. Nümunəvi ailə çütlükləri, əsl sevgi obrazları, belə obrazların həyat tərzi yoxa çıxıb, mətbuat, bəzi özəl kanallardakı şou proqramları insanları əyləncə həyata bağlayır.
Saytlarda çox ciddi yazılar da olur, amma ciddi narahatçılıq doğuran yazılar da az deyil.  Məsələn, bir saytda  yazılıb: "Kəbinlə ikinci arvad almaq olarmı? – Çoxarvadlılığın dini və hüquqi yolları” (https://hokm.az/kebinle-ikinci-arvad-almaq-olarmi-coxarvadliligin-dini-ve-huquqi-yollari/). Bu yazı bir neçə saytda tirajlanıb, sadəcə, sərlövhələr başqa-başqadır. Məsələn,  digər bir sayt həmin  yazıya belə sərlövhə qoymuşdu: "İkinci arvad almağın şərtləri – Çoxarvadlılıq cana faydalıdır”
Onda biri də yazsın ki, çoxərlilik də cana faydadır. Olurmu belə?
Bizim gözəl bir bayatımız var:

Əzizim,  baxtı yarım,
Baxtımın taxtı yarım.
Üzündə göz izi var.
Sənə kim baxdı, yarım?


Bir vaxt Lent. az yazmışdı bə hətta Tolikin şəklini də paylaşmışdı: "Tolik liposaksiya yolu ilə qarın, kürək, sinə hissəsində olan piyləri çəkdirdiyini, buxaqdan xilas olduğunu deyib” (https://lent.az/xeber/maqazin/tolik-emeliyyat-olundu-401557).
Mətbuat Toliki , Namiq Kamalı, bir sözlə, şou sənətçılərini Azərbaycan televiziyasının keçən əsrin sonlarına qədər qazandığı  bütün dəyərlərin fövqünə qaldırır. Ali təhsilli müəllimlər 5 il təhsil alır, Dövlət İmtahan Komissiyası onlara ixtisas statusu verir. Gənc mütəxəssislər necə böyük arzularla fəal həyata atılmaq istəyirlər, amma iş tapa bilmirlər: işə qəbul üçün yenidən imtahan verməlisən, sonra diaqnostik qiymətləndirmələr, sertifikasiyadan keçmək və s. Mən bir gənc tanıyırdım: yüksək balla ali məktəblərin birinə qəbul olundu, əla və yaxşı qiymətlərlə də təhsilini başa vurdu. Di gəl, iş tapa bilmədi, sonra ailə qurdu, sonra da yolu tamam dəyişildi.
Amma bu şou sənətçiləri üçün bütün telekanalların qapısı açıqdır. Müəllim, kitabxana işçisi, muzey əməkdaşı ildə bir dəst kostyum ala bilmirsə, şou mətbuatı, şou televiziyası şou sənətçilərinin geyimlərini, zinət əşyalarını, avtomobillərini, istirahətlərini, zəngin süfrələrini gözə soxurlar.
Bu, aşınmadır.Bu ideoloji kürsümüzün hədəfinə hörmətsizlikdir, məsuliyyətsizlikdir. Belə məzmunsuz, məntiqsiz yazı və verilişlərə hər gün rast gəlirik.
Onlayn mətbuatda təqdim olunan  bir çox müsahibələr, özəl televiziyalardakı şou proqramları bu cür əxlaqa bələdçilik edir.
Bu yaxınlarda bir çox saytlarda televiziya aparıcısı Rövşanə Ağasəfqızının "Yüz il bundan qabaq babam kiminsə toyuna rus əlliliyi salıbsa, indi onu qaytarmalıyam..?” sərlövhəli bir yazısı dərc olunmuşdu.
Aparıcı xanım moderator.az-a açıqlamasımda toylarımız haqqında münasibət bildirərkən çox əhəmiyyətli bir məsələyə şəxsi fikirlərini ifadə etmişdir. 

Milli-mənəvi dəyərlərimizi necə itiririk - I yazı

Yazı, yəqin ki, koronavirus rejimində toylara olan qaqdağalara mümasibət kimi hazırlanıb. Amma mətndə daha çox toylarımıza münasibət yer alıb.
"Toy dəvətnaməsi almışam. Əslində bir neçə toya işimdən irəli gələrək gedə bilmədim, çünki həmin saatda canlı efirdə oluram. Gec olduğu üçün pul göndərdim. Hal hazırda da bir neçə toy dəvətnaməsi var. Yəni ki, hələ deyə bilmərəm belə istilərdə toya gedə bilərəm, yoxsa yox, amma pul göndərəcəm.
Aparıcı yeni toy qaydalarını dəstəklədiyini və uzaq qohumların toya dəvət edilməsinin əleyhinə olduğunu bildirdi:
"İndi 150 nəfərlik toyların keçirilməsinin tərəfdarıyam. Çünki aşağı-yuxarı insanın ən yaxın doğmaları, əzizləri elə 150 nəfər olur. Daha xalaqızının əmisi nəvəsini, bibim qızının qayınanasını toya çağırmağın nə mənası var? Hesab edirəm ki, bu şeylər yığışılmalıdır. Bu əlavə əziyyətdi, yükdü. Artıq bu insanların boynunun yükünə çevrilib. Camaatın balasının şad günündə ən yaxınları iştirak etməlidir. Məsələn, yüz il bundan qabaq babam gedib kiminsə toyuna rus əlliliyi pul salıb və indi bu yük mənim boynumdadır və atamın əmisi nəvəsinin baldızının toyuna gedib o pulu qaytarmalıyam. Ata-babadan qalan yük uşaqların çiyninə düşür. Hamı fikirləşməlidir ki, 150-200 nəfərlik toy edirəmsə, ən yaxın adamlar bura sevinə-sevinə gəlsinlər. Bu artıq yazılmamış bir qanuna, xəstəliyinə çevrilib və bundan qurtulmaq lazımdı. Düzdü, pandemiya bitəndən sonra heç kimə qadağa qoymaq olmaz ki, sən niyə 150 yox, 160 nəfər çağırdın. Amma fakt odur ki, pandemiya dövründə gördük ki, bu şeylər pis deyil. Sadəcə bir az yumşalmalar olsa, pasport məsələsi ləğv edilsə, daha yaxşı olar”"İndi 150 nəfərlik toyların keçirilməsinin tərəfdarıyam. Çünki aşağı-yuxarı insanın ən yaxın doğmaları, əzizləri elə 150 nəfər olur. Daha xalaqızının əmisi nəvəsini, bibim qızının qayınanasını toya
çağırmağın nə mənası var”- deyə aparıcı bildirib.

  Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.