» » Təhsilimizlə bağlı qənaətlərim: sovet dövrü təhsil sistemini necə gördük , bugünkü təhsil sistemi necədir (II yazı)

Təhsilimizlə bağlı qənaətlərim: sovet dövrü təhsil sistemini necə gördük , bugünkü təhsil sistemi necədir (II yazı)

 
Hər gün abadlaşan, maddi-texniki təchizatı yaxşılaşan məktəblər, amma köhnə sterotiplər

Yazımızda problemlərə daha çox yer ayırsaq da, bu, o demək deyil ki, təsilimizinişıqlı tərəfi yoxdur. Təhsilimizin yaxşı tərəfləri , əlbəttə, var. Məsələn, son illər məktəb tikintisi , məktəblərin maddi-texniki təchizatı əvvəlki illərdə olmadığı yüksəlişlə davam etdirilməkdədir. Amma əyalətlərdə hələ də elə məktəblər var ki, XXI əsrdə neft və milyonlar səltənətində belə məktəblərin olması bu inkişafa heç uyğun deyil.
Allaha şükür, informasiya bolluğumuz həddən ziyadədir. İstrənilən anda hər şey bütün ölkədə yayılır. İstənilən anda hər şeydən xəbər tutmaq olur. Ölkə başçısı Cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva özləri məktəb və bağça tikintilərinin təməlqoyma mərasimində iştirak edir, yeni tikilən və yaxud əsaslı təmirdən sonra istifadəyə verilən məktəb və bağçaların açılışında şəxsən iştirak edərək, uşaqların və gənc nəslin hansı şəraitdə təlim və tərbiyə aldıqlarına əminlik hasil edirlər.
 

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (II yazı)

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (II yazı)

 

Bəs nə üçün belə gözəl məktəb və bağçalarda da xoşagəlməz hallar baş verməlidir?
2017-ci ildə Şəmkir rayon Seyfəli kənd tam orta məktəbində , 2019-cu ildə Bakıdakı 162 nömrəli tam məktəbində (8-ci sinif üzrə qız şagirdi intihara cəhd etmiş, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişmişdi),
2020-ci iıdə Maştağa qəsəbəsindəki 187 nömrəli tam orta məktəbində, 2021-ci ildə 311 nömrəli tam orta məktəbində, 2021-ci ildə Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbində, 2021-ci ildə 189-190 nömrəli tam orta məktəbində ciddi nöqsanlar, hətta xoşagəlməz hadisələr baş vermiş, nəticədə həmin məktəblərin rəhbərləri vəzifələrindən azad edilmişlər.
Vəzifələrindən azad olunmuş yalnız sadaladığımız bu məktəblərin direktorlrı idi, amma nə qədər məktəblərdə belə direktorlar hələ də vəzifələrində qalmaqda davam edirlər.
Hər tədris ilində yeni tikilmiş, yaxud tam təmir edilmiş , ən müasir avadanlıq və məktəb ləvazimatlarla təchiz edilmiş məktəblərin bu cür fəaliyyətlərinə nə ad vermək olar? Belə məktəblərdə hansı yüksək təlim-tərbiyədən danışmaq olar?

Nizam-intizam, məsuliyyət və cavabdehlik təlim-tərbiyənin əsas şərtidir

Müasir məktəbin vəzifəsi təkcə bilikləri çatdırmaq, müstəqil öyrənən "ağıllı adamlar” yetişdirmək deyil, həm də onlara mənəvi və ictimai dəyərlər aşılamaq, onların şürunu həqiqəti dərk etməyə, demokratik dəyərlərin mənimsənilməsinə yönəltməkdir. Başqa sözlə, Təhsil Qanununda deyildiyi kimi təhsilin məqsədi :
" Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək”dir.

İdarəetmə təhsildə ən birinci strateji istiqamətdir

Bu vəzifələrin müvəffəqiyyətli həlli isə məktəbdə təlim və tərbiyənin uğurlu təşkilindən asılıdır.
Mənim fikrimcə, təhsildə idarəetmə ən birinci strateji istiqamətdir. Və təhsil sahəsindəki bütün problemlərin ən ciddi səbəbi də məhz təhsilin idarəedilməsində buraxılan səhvlərlə bağlıdır.
Ümumiyyətlə, Təhsil sistemində Nazirlikdən tutmuş məktəbəqədər tərbiyə müəssisələrinə qədər pedaqoji rəhbər vəzifələrə seçkilərdə çoxlu nöqsanlar var və davam etməkdədir.
 

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (II yazı)

1990-cı illərdən sonra belə hallar kütləviləşməyə doğru meyilləndi. Pedaqoji rəhbər vəzifələrə namizədləri qohumbazlıqla, yerlibazlıqla təyin etməyə başlamışdılar.
Və yaxud hansısa bir rayonda işləyən müəllimi gətirib tamam başqa rayonda məktəb direktoru təyin edirdilər.
Bu, necə ola bilər, məgər həmin məktəbdə müəllim yoxdur? Guya gələn şəxs buradakı müəllimlərdən artıqdır?
Halbuki, o vaxtın məktəb nizamnaməsinə görə direktoru Pedaqoşi Şuranın seçkisi ilə kollektivin özündən təyin etməli idilər.
Elə müəllimlər də var idi ki, uzun müddət partiya, sovet, həmkarlar təşkilatlarında işləmişdi. İndi vəzifədən azad ediləndə rəncidə salmamaq üçün onu bir təhsil şöbəsinə müdir, yaxud hansısa bir məktəbə direktor qoyurdular.
Bu hal həmişə belə olub, lap sovet dövründə də.
Təhsil zəhmət, məqsədyönlü əzmkarlıq, hədəf tələb edir. Biz belə düşünmüşük. Düçünmüşük ki, zəkmət çəkirsən, öz hədəfinə doğru inamla addımlayırsan və sonda da məqsədinə çatırsan. Amma belə deyilmiş sən demə. İstər sovet dövründə də, istərsə də indiki dövrdə təhsil təkcə ağılla deyil, həm də pulla bağlı olmuşdur. Vəzifə sahiblərinin imkanları gen-bol olduğundan təhsil imkanları da geniş olub. Sovet dövründə repetitorluq dəbdə deyildi, amma vəzifəlilərin övladlarını müəllim hazırlaşdırırdı. Atalarının, dayılarının hesabına onlar ən prestijli fakültələrə qəbul olunurdular. Lap bunlara qəbul oluna bilməsələr də, hansı fakültəyə düzəldə bildiklərinin əhəmiyyəti yox idi, təki ali təhsil diplomu olsun. İmkanları hesabına bu gül balaları komsomola işə düzəldirdilər, partiyaya keçirirdilər, bir də gördün olurdu partiya işçisi, ya da orqan işçisi.
İndi ondan da beşbetərdir. Özəl məktəblərdə təhsil, xaricdə ali təhsil, magistratura, doktorantura və sair. Bunlar böyük vəsait tələb edir. Aşağı təbəqə uşaqlarının bu motivasiyaları uzun illərə gerçəkləşə bildiyi halda, yuxarı təbəqə uşaqları elə anındaca nail olurdular . Onlar üçün adlarına layiq iş yeri də universiteti bitirən kimi hazır olur.
Belə ölçü hər şeyi alt-üst edir. Çünki karyera qurmaq üçün çalışan, ümidli olan gınclər açıqca görürlər ki, artıq heç nə dialekt həllini onların düşünə, dərk edə bildiyi kimi tapa bilmir. Danışmaq statusu olan adamlar isə bu mövzudan heç kəlmə də kəsmirlər.Çünki azından bir dəfə də özləri, onların övladları bu "imtiyaz”dan yararlanıb.
 

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (II yazı)

 

Pedaqoji rəhbər vəzifələrə hüquqşünasları, kənd təsərrüfatı mütəxəssislərini, biznesin, bələdiyyələrin idarə edilməsi üzrə diplomu olanları təyin etməyə başlamışdılar. Təhsil Nazirliyində, Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsində bunun nümunələri bu gün də yaşamaqdadır.
Aşağıda Təhsil Nazirliyinin rəsmi saytında bir neçə il əvvəl direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə kimlərin iştirak edə bilməsi haqqında verilən izaha baxın:
"Kimlər iştirak edə bilər?
Təsdiq edilən qaydalara görə, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 illik təcrübə ilə də direktorluğa namizəd olmaq mümkündür (https://edu.gov.az/az/news-and-updates/15640)”.
Nə deməkdir "...və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili olan”? Məgər Azərbaycanın ali pedaqoji ixtisas verən təhsil müəssisələrində idarəetmə ixtisası var? Heç lazım da deyil. Bu olarsa, onda imtiyazlı təbəqənin balaları ödənişli əsaslarla da olsa, bu ixtisaslara qəbul ediləcək, sonra da pedaqoji müəssisələrə rəhbər təyin edilib, fond pulu adı ilə təhsil müəssisəsini çevirəcəklər bazara.
Bu izahdan mən belə başa düşdüm ki, güc-bəla özünü özəl "Uni”lərin birinin biznesin və yaxud bələdiyyələrin təşkili fakültəsinə dürtə bilən hansısa məzun oranı bitirib peşə məktəblərində, gənc texniklər dərnəyində müvəqqəti işə düzələcək, olacaq pedaqoji fəaliyyətlə məşğul olan şəxs və daha sonra da müsabiqədə iştirak edib olacaq məktəb direktoru. Yaxud da qeyri-pedaqoji təhsillilər ilin əvvəlində birillik İxtisasartırma və kadrların yenidən hazırlanması kurslarına adını yazdırıb, ilin sonunda da möhürlü kağız alacaq ki, bu şəxslər Azərbaycan Dövlət Universitetinin, Azərbaycan Pedaqoji İnstitutunun hazırladığı məzun statusunda pedaqoji kadrdır, müəllim işləyə bilərlər.
Hüquq fakültəsini bitirmiş şəxs niyə məktəb direktoru olmaq istəsin? Alim (pedaqoji elmlər üzrə alim deyilsə) nə üçün tədqiqtlardan, universitet auditoriyalarından ayrılıb məktəb direktorluğuna can atsın? Ona müəllimlik işi təklif edilib direktor maaşı verilsə, inanmıram, o alim həmin məktəbdə işləməkdə davam etsin.

Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrü təhsil sistemini necə  gördük , bugünkü təhsil sistemi necədir (II yazı)

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.