» » Anadolunun qədim körpülərindən biri olan "Çobandədə" tarixə meydan oxuyur

Anadolunun qədim körpülərindən biri olan "Çobandədə" tarixə meydan oxuyur


Anadolunun qədim körpülərindən biri olan "Çobandədə"  tarixə meydan oxuyur

Türkiyənin Ərzurumdakı ən köhnə 5 körpüsündən biri olan 723 yaşlı "Çobandədə” körpüsü Araz çayının təlatümlü sularında tarixə meydan oxuyur.

Dörd fəsildə fərqli bir gözəlliyə qovuşan Türkiyə  dünyaya  ən gözəl təbiət mənzərələri ilə iç-içə olan sakit bir mühit təqdim edir.  Turizm həvəskarları, təbiəti sevən hər kəs üçün   Türkiyədə təbiətlə tək ola biləcəyi   bölgələrdən biri haqqında  qısa tanışlıq məlumatı hazırladıq.

Ərzurumda Tarixi İpək Yolu üzərində inşa edilən Türkiyənin ən qədim 5 körpüsündən biri olan 723 illik "Çobandədə” körpüsü ilk gününün əzəməti ilə  bu gün də göz qamaşdırır. Nəqliyyat vasitələrinin hərəkəti üçün qapalı olan körpüdə yalnız piyadaların hərəkətinə icazə verilir.

Vəzir Salduzlu Əmir Çoban Noyin tərəfindən 1298-ci ildə Ərzurumun Köprüköy məhəlləsində İlhanlı hökmdarı Qazan Han üçün inşa edilən "Çobandədə” körpüsü ilk günündə  necə  əzəməti olun, bu  gün də  görənləri eləcə heyrətləndirir. Türk tarixinin ən qədim 5 körpüsündən biri olan "Çobandədə” körpüsü hər baharda olduğu kimi, bu il də Araz çayının şiddətli suları ilə mübarizə aparır. Yağışlardan sonra axın sürəti yüksələn Aras çayı bu tarixi binanın altında sürüşür.

Səlcuqlu və İlhanilər üslubunu əks etdirən körpü gündüz saatlarında adi bir körpü kimi görünsə də, səhər saatlarında günəşin ilk şüaları ilə müəmmalı bir görünüşə malik olur. "Çobandədə” körpüsü qırmızı, qara və boz rəngli kəsik daşlardan hazırlanımışdr.

Körpü,  əvvəlcə 7 tağla tikilsə də, bu gün cəmi 6 tağ var. Tarixi körpünün 1729-cu ildə baş verən bir daşqın zamanı zədələndiyi və təmir edildiyi, tağlardan birinin 1872-ci ildə baş verən sel səbəbi ilə məhv edildiyi və bağlanıldığı məlumdur.

Ərzurum-Horasan yolunun 58-ci kilometrliyində yerləşən "Çobandədə” körpüsü  şəhərin tarixi gəzməli yerlərindən biridir. Möhtəşəmliyi ilə fotoqrafların və səyyahların tez-tez ziyarət etdiyi bu tarixi körpü, havadan dronla da izlənilir.


Anadolunun qədim körpülərindən biri olan "Çobandədə"  tarixə meydan oxuyur


Qeyd: Yazı tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Tarixi körpünün 1729-cu ildə baş verən bir daşqın zamanı zədələndiyi və təmir edildiyied
free play cookie clicker
  • Нравится
  • 0