» » Bütün məzunlarımızı təbrik edirik

Bütün məzunlarımızı təbrik edirik

 

Bütün məzunlarımızı təbrik edirik

 

Sabah ölkəmizdə çox əlamətdar gündür. Ölkəmizin bütün məktəblərində Son zəng tədbiri keçiriləcəkdir. Hələ neçə gün öncə Azərbaycan Redpublikasının Təhsil Naziri Emin Əmrullayev ona ünvanlanan suallara cavab verərkən bildirmişdi ki, bu il ”Son zəng" tədbirləri müəyyən şərtlər daxilində məktəblərdə təşkil olunacaq. Nədir bu  müəyyən şərtlər:

- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;

- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;

- 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.


Eyni zamanda, bildirilib ki, tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və sair) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.

Nazirlik bununla bağlı rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar vermişdir.


Bütün məzunlarımızı təbrik edirik


 

Xatırladaq ki, ötən il koronavirus pandemiyası ucbatından ilk dəfə olaraq "Son zəng” tədbiri virtual şəkildə keçirilmişdi. Bu il isə həm 11-ci sinif şagirdləri, həm də onların valideynləri "Son zəng” tədbirinin məktəblərdə keçirilməsinə icazə verilməsini böyük səbirsizliklə gözləyirdilər.
Çünki pandemiyanın yaratdığı stresslər nəinki şagirdlərdə, onların müəllimlərində, hətta valideynlərində belə, psixoloji gərginliklərlə müşayiət olunurdu. Şagirdlərin öz sinif yoldaşlarından uzaq düşməsi, faktiki olaraq ünsiyyətin azalması onlara sonrakı gərgin qəbul imtahanlarında da eyni gərginliyi daşıyacaqdı. Amma şagirdlərin öz müəllimləri ilə birlikdə dogma məktəbə toplaşaraq onlarla vidalaşması, onların xeyir-duasını alması qəbul imtahanlarında motivasiya rolu oynaya bilər və biləcək də.
 

Bütün məzunlarımızı təbrik edirik

 

Bu il XI sinfi 84 069 şagird bitirir
2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.
2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.
2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.
Əziz Məzunlar! Ölkəmizin həyatında çox əlamətdar hadisələr baş verməkdədir. Azərbaycanın yeni tarixi yaradılır. Siz bu dönüş və yüksəliş illərində mütləq iştirak edəcəksiniz.
Biz 30 ildən artıq davam edən erməni işğalına vətənpərvər əsgər və zabitlərimizin sayəsində son qoyduq. Biz torpaqlarımızı və suverenliyimizi qorumaq və əbədi etmək üçün müdafiə qabiliyyətimizi hər zaman artıracağıq, ordumuzu daim gücləndirəcəyik. Cənab Ali Baş Komandan bunu dəfələrlə bəyan edib. Amma bütün bunlarla yanaşı,  bizim ölkə başçısı islahatçıdır, gəncərə böyük ümid bəsləyir. Biz dünya savaşlarının hamısında əsgərlərimizlə çıxmayacağıq ki. Bizim siz kimi gənclərdən böyük intellect ordumuz olmalıdır. Siz ölkəmiz üçün gərəkli olan vacib ixtisas və peşələrə yiyələnməlisiniz, Vətənimizi, torpağımızı sevməlisiniz. Üçrəngli bayrağımızın altında hər birinizin yeri var, yüksəlişə doğru hücumda…
Sizi təbrik edirik….
Məzun gününüz mübarək…
Sizi bu hücuma hazırlayan məktəblərimizə və müəllimlərimizə təşəkkür edirik…

Bütün məzunlarımızı təbrik edirik

 

Bütün məzunlarımızı təbrik edirik

 

Məktəb illəri

Sözləri: Kəmalə Abiyeva
Musiqisi: Aygün Səmədzadə


Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuzda eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda.

Bir müəllim töhmətiydi dərdimiz,
Bir töhmətdən için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz,
Bir gün necə həsrət ilə anarıq.

Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.

Nəqarət:

Məktəb illəri…
Ömrümün ən şirin duyğulu qayğısız günləri…
Hər anı bir ömrə bərabər sehirli günləri…
Ən təmiz arzulu günləri….

Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz bir damcı,
Hələ onda sevincimiz çox idi

Yazılanı bir silgiylə pozmaq da
Bizim üçün nə asandı, nə asan!
Xəbərsizdik ömrümüzə biz hələ
Tale yazan pozulmayan yazıdan…

Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq…

Bütün məzunlarımızı təbrik edirik


Bütün məzunlarımızı təbrik edirik

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Olan

  • 24 iyun 2021 11:48
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
The çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.
Arcade game: happy wheels
  • Нравится
  • 0