» » Epidemiyaya qarşı istifadə olunan maskalar haqqında nə bilirik

Epidemiyaya qarşı istifadə olunan maskalar haqqında nə bilirik

Müəllif: Anaveusaq.az от 4-06-2021, 10:21

Epidemiyaya qarşı istifadə olunan maskalar haqqında  nə bilirik

 

Koronavirus xofuna qədər çoxumuz maskanı ancaq həkimlərdə, sanitariya-dezinfeksiya işçilərində, yanğınsöndürənlərdə görmüşük. Bu gün isə COVID-19 mövcud olandan sonra qoyulmuş müəyyən qadağalar, o cümlədən maskasız gəzmək qadağası maska anlayışını həm beyinlərdə, həm də kütləvi informasiya vasitələrində aparıcı mövzuya çevirdi. Bu gün bəlkə də "maska” sözü qədər dövriyyədə olan 2-ci bir söz yoxdur.
Eyni mənzərə 20-ci əsrin əvvəllərində Mançuriya epidemiyasında insanların həyatını xilas etmək cəhdləri qoruyucu vasitələrin yayılmasına imkan verən bir hadisə kimi tarixə düşmüşdür.
O zaman qoruyucu vasitələrin olmaması on minlərlə insanın həyatını itirməsinə səbəb oldu.
Xəstəliklərin insandan insana keçə biləcəyinə dair akademik nəzəriyyələr həqiqətən XVI əsrdən bəri mövcuddur. Lakin bu nəzəriyyələr 1800-cü illərdə mikrobların mövcudluğu ilə təsdiqləndi.

17-ci əsrdə istifadə olunan "dimdik” maskalar

Epidemiyaya qarşı istifadə olunan maskalar haqqında  nə bilirik

1890-cı illərdə maskaların əhəmiyyəti qismən başa düşüldü. Hong -Kongda ortaya çıxan və bütün dünyaya yayılan bir xəstəliyə qarşı əməliyyat otaqlarında bütün heyət tərəfindən maskalardan istifadə edildi.

1910-cu ildə Mançuriyada yeni bir epidemiya ortaya çıxdı. Rusiya, Yaponiya və Çində rast gəlinmiş və bu xəstəliyə tutulmuş xəstələrin yüzdə -yüzə yaxını ölümdən xilas ola bilmirdi. Təxminən 2 gündə xəstəliyə tutulan insanların ölümü cəmiyyətdə çaxnaşmaya səbəb olmuşdu.

Gənc həkimin "qalmaqallı” nəzəriyyəsi

Epidemiya ilə mübarizə aparmaq üçün bölgəyə göndərilən mütəxəssislər arasında Vu Lien Teh adlı gənc bir həkim olub. Malayziyada anadan olan və Cambridge Universitetində təhsil alan Vu xəstəliyin təkcə siçan üzərindəki birədən insanlara deyil, həm də insanlardan insana keçə biləcəyini irəli sürmüşdür.

Epidemiyaya qarşı istifadə olunan maskalar haqqında  nə bilirik

"St Andrews” Universitetinin tibbi antropoloqu Xristos Lİnteris o dövrdə baş verənləri belə izah edir:
" Vu Lien Teh sətəlcəm epidemiyası olan və ağ ciyərləri yoluxmuş bir insanın hava yolu ilə başqalarına birbaşa keçə biləcəyini və birələrin vasitəçiliyi lazım olmadığını təklif etdi. Bu, o dövrdə çox yeni və qalmaqallı bir fikir idi."
Vunun təklifi də bu olmuşdu ki, insanlar mütləq üzlərini qoruyacaq bir maska taxmalı olacaq. Lakin o dövrdə Çin dövlətinin zəifliyi və xalqın ənənəvi təbabətə bağlılığı bunu çətinləşdirdi.

Mançuriyada epidemiyaya qarşı mübarizə aparan həkimlər

Epidemiyaya qarşı bölgədə olan və çinli həkim nəzəriyyələrini rədd edən fransız həkim Gerald Mesny heç bir tədbir görmədən xəstələrin yerləşdiyi klinikanı ziyarət etdi. Amma Mesny günlər sonra vəfat etdi. Bundan sonra maskalara maraq birdən-birə artdı.

 

Epidemiyaya qarşı istifadə olunan maskalar haqqında  nə bilirik

 

Tərcümeyi-halında Vu bu hadisədən sonra yazmışdır ki, bu hadisədən sonra, demək olar ki, küçədəki hər kəs bir şəkildə üzlərini örtərək maska taxmağa başladı.

O dövrdən qalan fotoşəkillərdə tibb işçilərinin üzlərini tamamilə örtmüş parçalar geyindiyi görünür. Cəsədləri daşıyan işçilər tərəfindən belə qoruyucu vasitələrin taxılması bütün işçilərin sağlamlığının qorunması baxımından görünməmiş bir vəziyyət idi.

Vu Lien Teh səyləri sayəsində qoruyucu vasitələrin əhəmiyyəti başa düşüldü və sonrakı dövrlərdə maskalar geniş yayıldı.

 

Epidemiyaya qarşı istifadə olunan maskalar haqqında  nə bilirik

 

Qeyd: Yazı türk saytlarından tərcümə yolu ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz