» » Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı

Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı

Müəllif: Anaveusaq.az от 3-04-2021, 20:00
Azərbaycan xalq tətbiqi sənəti / KəlağayıKəlağayıya vurulan naxışların zənginliyi əsrlər boyu insanları heyran etmişdir. Bitkişəkilli və həndəsi ornamentlərlə yanaşı, tovuz quşu, şanapipik, bülbül, göyərçin rəsmlərinə, həmçinin "ceyrangöz haşiyə” və "pişik ayağı” adlanan xüsusi üslublu naxışlara da rast gəlmək olur. Hər bir dekorativ motivin rəmzi mənası, ta qədimlərə gedib çıxan dərin mifoloji kökü vardır. Təsadüf deyil ki, kəlağayıçının "məlumat bazası”na daxil olan bir çox təsvirlərə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən xalçaçılıq məktəblərinin kompozisiyalarında, habelə tunc dövrünə və sonrakı tarixi dövrlərə aid kurqanlarda və məzarlarda tapılmış keramik əşyaların üzərində rast gəlmək olur. Bunlar maral, balıq, quş təsvirləri, xüsusi üslubda və yaxud təbii şəkildə verilmiş bitki elementləri, Azərbaycan xalq yaradıcılığına aid çoxsaylı transformasiya və modifkasiyalarda əks olunmuş, çoxtəbəqəli və multikultural semantikaya malik nəfs "buta”, çiçək elementlərinin qovuşmasından yaranmış "islimi” və nəhayət, inkişaf, birlik və ölməzlik rəmzi kimi həyat ağacını əks etdirən "kartaş”dır.
Kəlağayı konsepsiyasının müəllifləri müəyyən etmişlər ki, "ornamentlərin və onların kompozisiyalarının mənası qəliblərin adlarında öz əksini tapmışdır. Onlar hamısı müxtəlif şəkildə – bəzən sərt qanunlar əsasında, bəzən də ustanın ("tavakeş”) ruhi və emosional vəziyyətindən asılı olaraq kəlağayının ornamental üslubuna daxil olmuşdur; məsələn, ustalar konsentrik qrupa aid olan naxışlı "Basqal” kəlağayısının kompozisiyasını kainatın mərkəzinin təsviri kimi izah edirlər. Bəşərin varlığı haqqında bütün universal təsəvvürlər burada öz əksini tapmışdır. Burada insanın ən yaxşı müdafəsinin ("şah”, "şah-buta”) dağlar ("dik haşiyə”) olmasına əminlik ifadə edilir, bu dünyada fziki şəkildə sona çatan həyatın digər yüksək bir dünyada daha dolğun, rəngarəng və məzmunlu şəkildə davam etdiyi bildirilir. Bəlkə elə buna görə də bu kəlağayılar zəngin rəng çalarlarına malikdir və onların hazırlanmasında müxtəlif qəliblərdən istifadə olunur.

Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı

Bu tip kəlağayı ustalığının zirvəsində "yeddirəng” kəlağayısı durur. Onun səxavətlə vurulmuş ornamentlərinin hər bir elementi yeddi rəngdən – qırmızı, göy, sarı, yaşıl, ağ, çəhrayı və tünd-qəhvəyi rənglərdən birinə və onun çalarlarına boyanır. Qeyd olunduğu kimi, kəlağayı naxışlarında təsvir edilən dünya mənzərəsi qədim arxeoloji mədəniyyət abidələrinin tunc və keramik nümunələrinə bənzəyir. Maraqlıdır ki, Basqal ustaları bu gün də qəliblərini həmin obrazlara uyğun şəkildə adlandırırlar; məsələn, kəlağayının mərkəzinə naxış vurulmasında istifadə olunan qəlibə "göbək” deyilir. Dairənin ¼ hissəsini təşkil edən bu qəlib konsentrik kompozisiyada bərabərtərəfli xaç əmələ gətirir və dünyanın mərkəzini, onun ətrafındakı dairə və yaxud kvadrat isə kainatı ifadə edir. Bir sıra tədqiqatçıların fkrinə görə, Avrasiyanın müxtəlif guşələrində (o cümlədən Azərbaycanda) təşəkkül tapmış konkret arxeoloji mədəniyyətlərdə dairə və yaxud kvadratın daxilinə yerləşdirilmiş xaçşəkilli simvol dünyanın mərkəzi və yaxud "kosmik göbək” haqqında şaman təsəvvürlərini əks etdirir. Basqalda tapılmış türk şaman ayinləri haqqında mətnlər bunu sübut edir.
Bu günə qədər yerli əhalidən 130-dan artıq alınmış qəlib ədəbi mənbələr və şifahi təsvirlər əsasında bərpa edilərək Basqaldakı interaktiv "Kəlağayı” muzeyində saxlanılır. İlk dəfə onların təsnifatı aparılmış və kataloq şəklində nəşr edilmişdir. Hər bir qəlibin öz adı var: "şah”, "şah-buta” və s. Bəzi qəliblər, məsələn, yuxarıda təsvir olunmuş "göbək”, "şah-həyat ağacı”, "şah-güllü”, buta motivləri – "bala buta”, "küsülü buta”, "güllü buta”, "hirsli buta”, "cüt buta”, "hamilə buta”, "sevgili buta”, "badam buta” və digərləri yalnız ağacdan hazırlanır. Bu siyahı kəlağayının ornament sisteminin nə qədər mürəkkəb və məzmunlu olduğunu göstərir. Bütün işarələr və rəmzlər barədə məlumatı olan adam üçün bu, əsl "həyat kitabı”dır. Təsadüfi deyil ki, burada hər bir motiv özündə müəyyən informasiya daşıyır, dünyanın sirrini açır. Çox vaxt bu gözəl yaylıqlar Cənnət təsvirlərini əks etdirir. Burada bitkilərin, çiçəklərin, ağacların, quşların və heyvanların konkret növünü asanlıqla müəyyən etmək olar. Belə ki, haşiyələr üçün nəzərdə tutulmuş qəliblər arasında "nar gülü”, "cır nar”, "günəş” təsvirlərinə rast gəlmək olur. "Ağ zəmin” kəlağayılarının bəzədilməsi üçün "xarıbülbül”, "aypara”, "meynə” qəliblərindən istifadə olunurmuş. Haşiyələr isə "aldan çıxartma”, "gülabzən”, "pullu qəlib”, "şiş papaq”, "ceyrangöz haşiyə”, "heyvagülü”, "pişik ayağı”, "yarpaq” qəlibləri vasitəsilə xırda naxışlarla zənginləşdirilirmiş.

Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı

Ən çox sevilən bitki motivləri isə qızılgül, nərgiz, qərənfl, lalə, zanbaq, süsən gülləri, nar, heyva, alça ağaclarının çiçəkləri, sünbül və müxtəlif biçimli yarpaqlar olub. yarpaq və çiçək rəsmləri mürəkkəb həndəsi naxışlarla uzlaşdırılırdı. Həndəsi naxış düz və sınan xətlərdən, ziqzaqlardan, üçbucaq, dördbucaq, altı və səkkizbucaqlı fqurlar, romb və ulduzlardan ibarət idi.
2014-cü ilin noyabrında YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına Azərbaycan xalqına aid daha bir əlamətdar element – "Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın baş örtüklərinin hazırlanması və istifadəsi” daxil edilmişdir. Bu böyük nailiyyətdə, sözsüz ki, Azərbaycan mədəniyyətinin böyük himayəçisi və fəal təbliğatçısı olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfri Mehriban xanım Əliyevanın rolu misilsizdir. Xalqımız yaşayır, yaradır – onun tarixi və mədəni irsi hər zaman geniş təbliğ olunmalı, dünyaya, gələcək nəsillərə çatdırılmalıdır. Mehriban xanım çıxışlarının birində demişdir: "Biz azərbaycanlılar öz qədim və zəngin tariximiz və mədəniyyətimizlə fəxr edirik, dünyada Azərbaycanı əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik”. Diqqətinizə təqdim olunan kitab məhz bu məqsədlərə xidmət edir.

Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı

Mənbə:https://kelaghayiart.az/az/page_06.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: online
  • Şərhləri: 91
  • Məqalələri: 1221
^


Bizim qız balalarımız onsuz da ağıllı və gözəldirlər. Bu fərqləndirmədə çox nominasiyalar var, qılzlarımız hamısında birincidir. Qərb dünyası, mədəni yolla bizim əxlaqi dəyərlərə Səlib yürüşü təşkil etməkdədir. Onlar çox yaxşı bilirlər ki, əxlaqı olmayan bir xalqı istənilən istiqanə yönlətmək olar.
Bunu anlatmalıyıq.
İdeoloji qayğılarımızı çox ciddi şəkildə nəzarətə götürməliyik. Amma bu, yoxdur. 5-3 gözəlçə peyda olub. Cürbəcürə geyimlərdə bədənlərini nümayiş etdirirlər. Niyə bu millətin müdrikləri susurlar?Niyə yazıçılar susurlar? Hamısının öz maraqlarına görə susmaq məharətləri də var.
Bizim Mirzə Cəlilimiz yox, Sabirimiz yox, Zakirimiz yox, S.Ə.Şirvanimiz yox....

1980-ci illərə qədərki həyatın dadı-duzu, mənası necə gözəl idi.


P.S: Qızılı örtsə də qara torpaqlar,
Yenə qiymətini özündə saxlar....
  • Нравится
  • 0