31 may - Ümumdünya Tütünlə Mübarizə Günüdür
Müəllif: Dəyanət от 31-05-2017, 00:10
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olan dövlətlər tütünün səbəb olduğu ölüm halları və xəstəliklər, həmçinin tütün epidemiyasına qarşı dünyanın diqqətini çəkmək məqsədi ilə 1987-ci ildə Ümumdünya Tütünlə Mübarizə Gününü təsis etmişlər. Hər il dünyada 6 milyon insan ölümü məhz tütün məhsullarının səbəb olduğu xəstəliklər nəticəsində baş verir. Bunlardan 5 milyondan çox insan birbaşa siqaret istifadəçisi olsa da, 600.000-dən çox insan dolayı yolla siqaret tüstüsünün təsirinə məruz qalan insanlardır.
Ümumdünya Tütünlə Mübarizə Günü hər il fərqli başlıqlar altında ÜST-ün Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyası daxilində qeyd edilir. "Ümumdünya Tütünlə Mübarizə Günü 2016"-də ÜST və ona tərəfdaş olan ölkələr bütün dünyanı qeyri-qanuni tütün məhsullarının ticarətinə qarşı birlikdə mübarizə aparmağa çağırırlar.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Tütünçəkmədən imtina etmə üzrə klinik protokol" hazırlamışdır.
Mənbə:http://snsk.az/snsk/news/31-may--Umumdunya-Tutunle-Mubarize-Gunudur
Oxşar postlar:
- Oxunub: 2 348
- Şərhlər: 0
- Bölmə: Humanitar / Səhiyyə
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar