» » Tarixdə bu gün - 7 may

Tarixdə bu gün - 7 may

Müəllif: Vüsal от 7-05-2017, 00:15

7 may — İlin 127-ci (uzun illərdə 128-ci) günü

Mühüm hadisələr:

1610 - Qalileo Qaliley Yupiterin ilk üç peykini tapdı.

1954 - Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə SSRİ-nin NATO-ya üzv olmasına rəsmən etiraz etdi.

Doğum günləri:

Tarixdə bu gün - 7 may1853 İlk azərbaycanlı hərbi topoqraf, general İbrahim Ağa Vəkilov Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Tarix Muzeyinin elmi arxivində saxlanılan əlli altı nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi Gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur.
1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı Ģöbəsində çalışır.
Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləĢdirilməsində iştirak edir.
Belə bir ciddi işi vaxtından əvvəl-iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən yüksək "Şire-Xurşid" ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik edən İbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov dörd il rus səfirliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. Mayor rütbəsində yenidən Qafqaz hərbi dairəsində mühüm işlər icraçısı işləyir. 1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır.
1912-1913-cü illərdə Rus-İran hökumətinin danışıqlarına əsasən polkovnik İ.Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində keçirilən topoqrafik çəkilişlərə də başçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüşən ordu qərargahında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci il inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri Stanislav, Anna və dördüncü dərəcəli Vladimir ordenlərinə layiq görülür.
İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Əsrin əvvələrində İbrahim ağa bir topoqraf kimi çox məşhur olub. general İ.Vəkilov 1934-cu il iyunun 2-də vəfat edib

Tarixdə bu gün - 7 may1861 — Böyük hind yazıçısı, şair, bəstəkar, rəssam və ictimai xadimi. 1913-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor Kəlküttədə anadan olmuşdur.

Rabindranat Taqor Kəlküttədə yaşayan zəngin brahman ailəsinin 14-cü uşağı idi. 14 yaşında anasını itirdikdən sonra tənha və qapalı həyat sürməyə başlamışdı. İlk şeirlərini kiçik uşaq ikən – səkkiz yaşında yazmışdı. Ev şəraitində, Kəlküttədəki Şərq seminariyasında və Benqal Akademiyasında təhsil almışdı. Benqal dilinin, tariх və mədəniyyətinin mahir bilicilərindən sayılırdı.

"Şairin tariхçəsi" adlı ilk poeması 1878-ci ildə çap olunmuşdu. Elə həmin ildə də hüquq təhsili almaq üçün Londona göndərilmişdi. Lakin təhsilini başa vurmadan geri qayıtmışdı. "Aхşam nəğmələri"  və "Səhər nəğmələri" ( poetik məcmuələri ilə yetkin şair kimi tanınmışdı. 1883-cü ildə Marinalini Devi ilə ailə qurmuşdu. Bu nikahdan iki oğlu və üç qızı doğulmuşdu. Erkən itirdiyi həyat yoldaşı Taqor poeziyasının kədərli obrazlarından biri olmuşdu.

Əsərlərini benqalca yazmışdır. Hindistan və Banqladeşin himnlərinin müəllifidir.
Rabindranat Taqorun "Gitancali" kitabına daхil olan şeirlər, "Fəlakət" romanı və bir sıra nəsr əsərləri Azərbaycan dilinə tərcümə olunmuşdur.
7 avqust 1941-ci ildə Kəlküttədə vəfat etmişdir.

Tarixdə bu gün - 7 may1880 — Görkəmli  Xalq rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Aslan oğlu Əzimzadə Novxanı kəndində anadan olmuşdur. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.
Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.
O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir.
Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan vermişdir. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdur. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə bilmişlər. 1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olmuşdur.
Əzim Aslan oğlu Əzimzadə 1943-cü il may ayının 15-də Bakıda vəfat etmişdir. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılmış, evin yaxınlılığındakı bağda büstü qoyulmuşdur.
 
 Tarixdə bu gün - 7 may1980 — Hüquq elmləri üzrə fəlsəfə doktoru, 3-cü dərəcə Dövlət müşaviri və Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Yaşar qızı Əliyeva Bakıda anadan olub. Ailəlidir, iki övladı var.
İxtisasca hüquqşünas olan Səbinə Əliyeva hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir.
O, "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
2019-cu ilin 29 noyabr tarixində səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Bundan əvvəl Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutub.
Eyni zamanda 3-cü dərəcə Dövlət müşaviridir.
Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır.
Səbinə xanım  Milli Məclisin sabiq vitse-spikeri, Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır.

 Vəfat etmişdir:

Tarixdə bu gün - 7 may1912 – İlk azərbaycanlı qadın teatr rəssamlarından biri. Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1949) və Xalq rəssamı Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) Bakıda anadan olub.
Bakı Pedoqoji Texnikumunu (1929), Bakı Rəssamlıq Məktəbini (1931) bitirib.  
şqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında quruluşçu-rəssam (1934-1935), Azərbaycan Dövlət Dram Teatrında tərtibatçı və geyim üzrə rəssam (1938-1960), 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam işləyib.
Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşası, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib.
Bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır.
Bədurə Əfqanlı 7 may 2002-ci ildə vəfat edib.
90 il ömür sürmüş Bədurə Əfqanlı bu bitkin həyatın 70 ilini teatra bağlayıb. 1930-cu ildə həyat yoldaşı Rza Əfqanlının quruluşçu rejissoru olduğu "Qaçaq Kərəm" tamaşasının bədii tərtibatı da məhz Bədurə Əfqanlıya məxsusdur.

 

Tarixdə bu gün - 7 may
1968 —  Məşhur şair,  tərcüməçi, ictimai xadim Əlibəyli Ənvər Əliverdi oğlu 62 yaşında Bakıda vəfat etmişdir.
Ənvər Əlibəyli 1916-cı il aprel ayının 1-də Bakıda dünyaya göz açmışdır. , APİ-nin filologiya fakültəsində təhsil almışdır. 1938-ci ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışmışdır. Tiflisdə Topçular Hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmişdir. İkinci Dünya Müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artileriya batareyasının komandiri olmuş, məşhur 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçmişdir. 1944-cü ildə ağır yaralandıqdan sonra yazıçı-jurnalist kimi döyüşdə iştirakını davam etmişdir.
Ənvər Əlibəyli 1968-ci ildə Bakıda həyatının, yaradıcılığının yüksələn bir vaxtında dünyadan köçmüşdür.
40-cı illərin axırında "İnqilab və mədəniyyət", "Təbliğatçı" jurnallarının məsul katibi olan Ənvər Əlibəyli 1948-1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı "Ədəbiyyat qəzetinin" redaktoru, 1952-ci ildən ömrünün axırınadək Respublika Radio və Televiziya Verilişləri Komitəsinin sədri vəzifələrində işləmişdir. SSRİ Ali Sovetinin deputatı (7-ci çağırış) olmuşdur. 1939-cu ildən Sovet Yazıçılar İttifaqının üzvü olan Ənvər Əlibəylinin şeir və poemaları rus dilinə, keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilmişdir.
Onun "Qaranquş” adlı ilk şeirlər kitabı 1947-ci ildə işıq üzü görür. Sonrakı illərdə xeyli kitabı nəşr olunur: "Sənin adınla”, "İlk məhəbbət”, "Dostluq körpüsü”, "Mingəçevir şeirləri”, "Dalğalar arasında”, "Elə xoşbəxtəm ki!”, "Nəğmələr”, "Bir kitab şeir”, "Ürəyimdəsən” və s.
"Ədəbiyyat" (1964) novella-pyesinin müəllifi olan Ənvər Əlibəylinin "Seçilmiş əsərləri" 1975-ci ildə işıq üzü görmüşdür. Rus dilində 1958-ci ildə nəşr olunmuş "За островом Артёма" kitabına müəllif seçmə şeirlərini toplamışdır. Puşkin və Nekrasovdan tərcümələri vardır.
Ənvər Əlibəyli həm də bir neçə poemanın müəllifidir. "Samur dastanı" poeması Samur çayının suyunu çəkib susuz çöllərimizə çatdıran inşaatçıların bəhrəli əməyindən bəhs edir. Əsərdə lirizm ilə epos maraqlı şəkildə bir-birinə qovuşur. "Bacı", "Gözlər, ürəklər, əməllər" poemaları 1941-1945-ci illərin hadisələrindən, "Dalğalar arasında" poeması isə dəniz neftçilərinin sücaətindən, "Polad", "Dostluq körpüsü" yaxın keçmişin hadisələrindən bəhs edir.

Tarixdə bu gün - 7 may1975 — Azərbaycanın görkəmli səhnə ustası,aktyor, teatr təşkilatçısı, dramaturq, Azərbaycanın Xalq artisti Hacıağa Mütəllib oğlu Abbasov Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb.
Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib.
1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb. Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. Həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında "Hacımirz" teatrı kimi tanınıb-sevilirdi. 1925-ci ildə Hacıağa Abbasov Akademik teatra direktor təyin olunub. Bakı Teatr Məktəbində direktor işləyib (1929-1937). Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb.
Aktyor Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Arşın mal alan", "Ər və arvad" operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə və uğurla oynayıb.
Hacıağa Abbasov 7 may 1975-ci ildə, 87 yaşında Bakıda dünyasını dəyişib və 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Tarixdə bu gün - 7 may1998 — Rejissor, operator. Xalq artisti Muxtar Baba oğlu Dadaşov 84 yaşında Bakıda vəfat etmişdir.
Muxtar Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olmuşdur.
1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir.
Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C.Cabbarlının "Sevil” pyesinin ilk tamaşasında Gündüzü oynamışdır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır.
1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir.
Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan Muxtar Dadaşov 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilir. Burada köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə almışdır. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilmişdir.
Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. "Sovet Azərbaycanı”, "Sovet Azərbaycanının 50 illiyi”, "Arazın o tayında”, "Sabir”, "Kür”, "Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.
Quruluşçu rejissor kimi isə debütü "Qanun naminə” bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun "Mehman" povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır.
Muxtar Dadaşovun "Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə "Bakı döyüşür” adlı sənədli film çəkmişdi.
O həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. "Nəriman Nərimanov” sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapır. Sonra həmin kadrları filmdə canlandırır.
 
Tarixdə bu gün - 7 may 2007 — Görkəmli uşaq yazıçısı Xanımana Sabir qızı Əlibəyli 87 yaşında   Bakıda vəfat etmişdir
  Xanımana Əlibəyli 1920-ci ildə Bakı şəhərinin Keşlə kəndində dünyaya göz açmışdır.
Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Şairimizin atası Sabir bəy Əlibəyov Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı.
Xanımananın anası Məsumə xanım Qarayeva H.Z.Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Əli Bayramov adına Qadınlar klubunun fəallarından olmuş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə əməkdar müəllim fəxri adına layiq görülmüşdü. Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi və təbii ki, valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular. Onların səyləri və şəxsi nümunələri zəminində qızcığaz mütaliəyə aludə olur, Azərbaycan və rus dillərində əvvəlcə xırda həcmli uşaq ədəbiyyatı nümunələrinin, sonra isə sanballı poeziya əsərlərinin, povest və romanların ardıcıl və potensial oxucusuna çevrilir.
Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur. Onlardan biri, sonralar görkəmli yazıçı kimi tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını görüb onunla məşğul olmuş, ilk şeirlərinin kütləvi informasiya vasitələrinə yol açmasına, özəlliklə də balaca şairin Azərbaycan radiosu ilə çıxışlarına məsləhətçi və köməkçi olmuşdur. Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, "Balaca həkim" adlı birinci kitabı isə 1955-ci ildə Uşaqgəncnəşr tərəfindən 30.000 nüsxə tirajla çap olunmuşdur.
16 yaşında ikən Xanımana Bakıda Tibb İnstitutuna daxil olmuşdur. 1942-ci ildə institutu uğurla bitirən gənc həkim təyinatla vətənimizin dilbər guşələrindən olan Masallıya göndərilmiş, orada Qızılavar kənd tibb məntəqəsində fəaliyyətə başlamışdır. Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar qazanan məhsuldar şairəmiz 1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın parlaq simalarından olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.

Bayramlar və xüsusi günlər:

7 may Beynəlxalq Radio Günüdür.
Bu tarixin Radio Günü olaraq seçilməsinin səbəbi Alexander Stepanovich Popovun 7 may 1895-ci ildə radionu ixtira etməsi ilə bağlıdır.
Bundan sonra Popov, Şərqi Avropada radionu icad edən adam olaraq tanındı. Ancaq Qərbdə Nikola Tesla və ya tarixən Guglielmo Marconi radionun ixtiraçısı olaraq qəbul edilməkdədir.
1945-ci il mayın 7-də SSRİ radionun yaranmasının 50 illiyini təntənəli şəkildə bayram edib. Bununla əlaqədar olaraq, 7 may tarixini hər il "Radio günü” kimi qeyd etmək qərara alınıb.
Müasir informasiya bumu bir neçə alim, mühəndis və texnik nəslinin, ümumiyyətlə rabitə ilə əlaqəli hər kəsin əməyinin nəticəsidir. Bu səbəbdən radio günü televiziya, radio, poçt işçiləri və radio həvəskarlarının bayramı hesab olunur.
Tarixdə bu gün - 7 may

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.