» » Azərbaycanlı şairənin 55 yaşı Dərbənddə qeyd olunub

Azərbaycanlı şairənin 55 yaşı Dərbənddə qeyd olunub


AZƏRTAC-ın müxbiri, şairə Zərəngiz Dəmirçi Qayalının anadan olmasının 55 illik yubileyi Rusiyanın Dərbənd Mərkəzi Kitabxanasında qeyd olunub. Tədbir çərçivəsində şairənin "Qayalı”, "Haqqı sevdim”, "Əziz rəhbər”, Oğul” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçiları - "Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova, "Bayat” ədəbi birliyinin sədri Qabil Ədalət, şairlər - Sona İsmayilova, Nailə Yusifova, Bədirə Niftəliyeva, Aybəniz Qafarlı, rejissor Elgün Seyidbəyli və başqaları şairənin həyat və yaradıcılığı haqqında söhbət açıblar.
Mərkəzi kitabxananın direktoru Diana Əliyeva, tanınmış şair, "Gülüstan” Ədəbiyyatçılar İttifaqının sədri Tahir Saleh, Dərbənd Yerli Milli-Mədəni Azərbaycanlıların Muxtariyyətının sədri, beynəlxalq jurnalist Telman Tahirli, şair-tərcüməçi Fəxrəddin Oruc, Dərbənd Azərbaycan Teatrının direktoru Firdovsi Əsgərov, "Dədə-Qorqud” Cəmiyyətinin sədri Rafiq Mövsümov, jurnalist Əsədulla Paşayev, ictimai xadim Gülpəri Mirzəbalayeva və başqaları ədəbiyyatlarımızın dostluğunun xalqlarımızın dostluğuna xidmət etdiyini söyləyiblər, şairəyə xoş arzularını bildiriblər.
Tədbirdə yubilyarın Azərbaycan ədəbiyyatına verdiyi töhfələr haqqında danışılıb, onun yaradıcılığından seçmələr səsləndirilib.
Z.D.Qayalı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitablarını Mərkəzi kitabxanaya hədiyyə edib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycanlı şairənin 55 yaşı Dərbənddə qeyd olunub

Mənbə:http://azertag.az/xeber/Azerbaycanli_sairenin_55_yasi_Derbendde_qeyd_olunub-1049823

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz