» » "Bir ömür durnalar qoşa uçsa, yorulmaz "

"Bir ömür durnalar qoşa uçsa, yorulmaz "

"Bir ömür durnalar qoşa uçsa, yorulmaz  "

Durnalar bütün dünya xalqlarında sevənlərin, qəriblərin həmdəmi olub. Sevənlər yarından ayrı olanda göydə durna görən kimi,  ona boylanıb. İnsan  üçün zaman və məkan sədləri olsa da, durna üçün belə sədlərin olmadığını düşünüb. Xəyalən göydəki durnayla birləşib. Düşünüb ki, indi  əli çatmadığı, ünü yetmədiyi sevgilisi hardadırsa,  durna həmin  məkandan,  onun başı üstdən  uçanda sevgilisi də  bu quşu görüb eynən onun düşündüklərini düşünəcək, keçirdiyi eyni hisləri yaşayacaq. Qəribçilikdə olan  bir  həsrətli də həmçinin. O da   göydə durna görən kimi, Vətən sarı boylanıb, əzizləni gətirib  göz önünə. Uzaq qürbətə salamını durna ilə göndərib, durna ilə həmdəm olub, təpər tapıb. Bunlar olmasa, insan dözməzdi ki... Vədəsindən bir qədər də tez yumar gözlərini. Beləcə, durnalar insanları anlar, insanlar da durnaları.
Mən elə düşünürəm ki, durnalar bütün dərdlilərin, həsrətlilərin acılarını duyur, qəbul edir. Durnalar bütün ömürləri boyu bu səmadan o səmaya həsrət daşıyar... Bəlkə, buna görədir ki, bu quşun hər bir halı, hər bir hərəkəti insanları etirafa məcbur edir. 

"Bir ömür durnalar qoşa uçsa, yorulmaz  "

Durnalar haqqında, şəxsən, mənim indiyə kimi malik olduğum məlumatlar orta məktəb dərsliyindən o yana keçməyib. Şagird ikən durna ilə  bağlı nəyiı necə qavramışamsa,  bildiklərim də  elə bu olub, elə əksəriyyətin  təbiət, ətraf aləm haqqında bildikləri bu qədər olub.
Təəssüflənirəm ki, təbiətin qoynunda yaşayanlar; əlacı, təpəri ondan tapanlar təbiətin özü haqqında çox səthi məlumata malikdirlər: kim çox bilirsə, eşq olsun. Amma gəlin, səmimi olaq. Biz ana təbiəti tanımırıqsa, bu, bizim faciəmizdir. Biz "öz əliylə öz evini yıxan günahkarlar"dan biriyik.  
Təbiət bizim  həyat mənbəyimizdir, yaşamaq üçün ən ütibarlı dostumuz və canlı sipərimizdir. Biz bütün mətləblərin ən mükəmməlini  bizi əhatə edən  təbiətdən əxz edirik.  Məsələn, gözəlliyə, sevimli olmağa can atmağı çiçəklərdən, bəyazlığı və  təmizliyi zirvə qarından, vəfanı qu quşlarından, durnalardan... 
 Durnalar sevdiklərindən heç vaxt ayrı olmurlar, bunu bacarmırlar. Bəzən "quşbeyin" ifadəsi işlədirlər və bu sözün mənası ağılsız mənasına gəlir. Bu necə ağılsızlıqdır ki, durnalar öz sevgi nümunələri ilə bizi mat qoyurlar... Bir bu şəkillərə baxın... 

"Bir ömür durnalar qoşa uçsa, yorulmaz  "

"Bir ömür durnalar qoşa uçsa, yorulmaz  "

"Bir ömür durnalar qoşa uçsa, yorulmaz  " 

"Bir ömür durnalar qoşa uçsa, yorulmaz  "

"Bir ömür durnalar qoşa uçsa, yorulmaz  "

"Bir ömür durnalar qoşa uçsa, yorulmaz  "

"Bir ömür durnalar qoşa uçsa, yorulmaz  "

Düşünməyə dəyər...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz