Xoş gəldin, Payız….
Müəllif: Anaveusaq.az от 24-09-2018, 00:30
Məlium olduğu kimi, sentyabrın 23-də yerli vaxtla saat 05:54-də gecə və gündüz bərabərliyi baş verib və bu andan etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayadı. Günəş də Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçdi.
Sinoptiklər payızın ilk günü üçün yağıntılı hava şəraiti proqnozlaşdırırmışdılar. Bakıda və Abşeron yarımadasında insanlar bu yağıntının çətinlikləri ilə üz-üzə qaldılar. Yaxşı ki, ciddi tələfat olmadı.
Biz payızı da, qışı da, yazı da, qaynar nəfəsli yayı da eyni səbirsizliklə gözlədik. Hər bir fəslin öz gözəlliyi və həyatımız üçün zəruriliyi var. Bunlar etalon ölçülərlə müəyyən edilib .
Payız bar-bəhər fəslidir.Payız məktəb fəslidir. Payız toy-düyün fəslidir.Payız qışı qarşılayacaq xoşməramlı səfirdir.…
Sadəcə, Sülh olsun, əmin-amanlıq olsun…İnsanlar payız bar-bəhərini xeyirli toy-düyünə sərf etsinlər…
Payıza xəzan da deyirlər. Qəm-qüssə, ayrılıq, hicran assosiativliyi doğursa da, sadiqliyə, vəfa və bağlılığa çağırış var bu xatırlatmada… Nə olsun ki:
Payız gəldi, uçdu getdi quşlar…
Payız gəldi neçə-neçə evimizə, ailəmizə cer-cehizli gəlin gəldi.Hər gəlin isə həyatın davamlılığına bir vəsilə və zəmanətdir…
Xoş gəldin, Payız….
Oxşar postlar:
- Payız depressiyası
- Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacaq
- Bütün ailələrə çoxlu-çoxlu körpə və nəvə arzulayıram...
- Payız ilin ən heyranedici son təbəssümüdür
- Bir qızılı payız da, inşallah, “dənsizləşib” bar-bəhərimi paylaşacağam
- Oxunub: 2 238
- Şərhlər: 0
- Bölmə: Fotosayt
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar